AMEA müxbir üzvü Əbülfəz Quliyevin bu monoqrafiyasında qədim uyğur türklərinin onomastikası leksik-semantik baxımdan sistem halında tədqiq edilmişdir. Qədim uyğur türkləri göy türklərin davamçıları olduğu kimi mənəvi-mədəni ənənələri, yazı ənənəsini də qoruyub saxlamışlar. Ona görə əsərdə qədim uyğur onomastikası üç bölmə üzrə - Otükən uyğurlarının (745-840) onomastikası, Turfan uyğurlarının (840-1206) onomastikası və “Kutadqu bilig”in onomastikası bölmələri üzrə araşdırılmışdır. Kitabda eyni zamanda qədim uyğur onomastik vahidlərində özünü göstərən göy türk onomastikası ilə oxşar və fərqli xüsusiyyətlər də təhlil edilmişdir.