Arkar başı. Bu toponim bir dəfə ŞU abidəsində işlənmişdir: Ertiş ügüzig Arkar başı tuşı anta Er kamış altın yana sallap keçdim (ŞU25). - Ertiş çayını Arkar zirvəsinin yanında Erkamışın altında salla keçdim. Bəzi tədqiqatçılar bu toponimin çay adını bildirdiyini iddia edir (38, s. 21.).
Bu məsələdə prof. Ə.Rəcəbovun oxunuşunu düzgün hesab edərək onun oronim olduğunu ehtimal edirik. Bu toponimin apelyativi qədim türk dilində dağ keçisi mənasını bildirirdi. Azərbaycan dilinin dialekt və şivələrində də arkar leksemi bu gün arğalı formasında çıxış edir.
Dostları ilə paylaş: |