Seben və Teledü T.Tekinin aşağıdakı mətndə bu şəkildə oxuduğu çay adlarını S.Q. Klyaştornı Sebentürdü şəklində transkripsiya etmişdir: ... Ötüken eli tegres eli ekin ara ılğam tarığlağım sekiz Selenge Orkun, Tuğla, Seben, Teledü, Karağa, Burğu ol (Terxin, qərb, 4). - (Ötüken yurdu və Teqres yurdu) arasındakı vadilərim və tarlalarım bunlardır: səkkiz qollu Selenqa, Orkun, Tuğla, Seben, Teledü, Karağa, Burğu. (165, s. 806).
Adı çəkilən Seben və Teledü çayları Şimali Monqolustanda yerləşirdi.
Keyre başı. Bu hidronim ehtimal ki, bir çayın adını bildirir. Onun Ongin çayı çevrəsində olduğunu təxmin edə bilərik. ŞU abidəsində bir dəfə işlənmişdir: Keyre başı Üç birküde kan süsi... katıldım (Şuşm7). - Keyre başında və Üç birküdə xan qoşunu ilə birləşdim.
Uyğur abidələrində bunlardan başqa Selenge, Toğla, Bolçu (indiki Urunqu), Orkun, Ertiş çaylarının adlarına da təsadüf edilir. Lakin bu hidronimlər Orxon-Yenisey abidələri fəslində ətraflı araşdırıldığına görə burada onlardan bəhs etməyi məqsədəuyğun hesab etmədik.
Dostları ilə paylaş: |