Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ ƏBÜLFƏz quliyev



Yüklə 1,03 Mb.
səhifə19/54
tarix01.01.2022
ölçüsü1,03 Mb.
#104025
1   ...   15   16   17   18   19   20   21   22   ...   54
Kan ıduk baş oronimindəki baş komponenti dağ başı, zirvəsi mənasını bildirən coğrafi termindir və bir çox türk toponimlərinin tərkibində təsadüf edilir. T.Tekinin tədqiq etdiyi Terxin abidəsindəki As Öngüz baş və Kan ıduk baş oronimləri ilə əlaqədar onu da qeyd edək ki, S.Q.Klyaştornı bu toponimləri Süngüz başkan ıduk baş şəklində oxumuşdur ki, bunları qədim türk dili zəminində izah etmək məntiqi cəhətdən özünü doğrultmur (58, s. 92).

Ağulığ. Bu oronim ŞU abidəsində qərb tərəf 45-ci sətirdə çıxış etmişdir. Bu hissədə səkkiz oğuz və doqquz tatarlara qarşı mübarizədən bəhs edilir. Hazırkı dövrdə Krasnoyarsk diyarında Sayan məntəqəsində Ağulığ adlı oronim mövcuddur (150, s. 21). Ehtimal etmək olar ki, Ağulığ oronimi də indiki Krasnoyarsk diyarında olmuşdur. Ağulığ coğrafi adının apelyativi çox güman ki, ilk zamanlar Akuluğ (ulu, böyük, yüksək) şəklində olmuşdur.

Talakam. Bəzi tədqiqatçıların Talakamın şəklində təqdim etdiyi bu toponim ŞU abidəsi 32-ci sətirdə işlənmişdir: ... İrlünte Talakamınta yetdim. - İrlün yaxınlığında Talakamda yetişdim. Bu bölgə ehtimal ki, uyğur xaqanlığının basmıl və karluklarla iqtidar mübarizəsi apardığı zaman qarşılaşdıqları bir yerdir və Cunqariya ərazisində yerləşirdi. Talakam toponiminin apelyativi ehtimal ki, tala və kam leksemlərindən ibarətdir. Kam leksemi bir çox toponimlərin tərkibində gözə çarpır (Kama, Kama çayı, Dağıstanda Kurukam və s.) və türk dilində böyük çay mənasını ifadə etmişdir (98, s. 247).


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin