BAKI -2014 Monoqrafiya AMEA Naxçıvan Bölməsi Rəyasət heyətinin 3/6 saylı qərarı ilə nəşr edilir(24.01.2014,pr.NO:3)
Elmi redaktor: Nizami Cəfərov
AMEA-nın müxbir üzvü
Rəyçilər: Tofiq Hacıyev
AMEA-nın müxbir üzvü
Əbülfəz Rəcəbov
Filologiya üzrə elmlər doktoru,professor
AMEA müxbir üzvü Əbülfəz Quliyevin bu monoqrafiyasında qədim uyğur türklərinin onomastikası leksik-semantik baxımdan sistem halında tədqiq edilmişdir. Qədim uyğur türkləri göy türklərin davamçıları olduğu kimi mənəvi-mədəni ənənələri, yazı ənənəsini də qoruyub saxlamışlar. Ona görə əsərdə qədim uyğur onomastikası üç bölmə üzrə - Otükən uyğurlarının (745-840) onomastikası, Turfan uyğurlarının (840-1206) onomastikası və “Kutadqu bilig”in onomastikası bölmələri üzrə araşdırılmışdır. Kitabda eyni zamanda qədim uyğur onomastik vahidlərində özünü göstərən göy türk onomastikası ilə oxşar və fərqli xüsusiyyətlər də təhlil edilmişdir.