HİDRONİMLƏR
Run əlifbası ilə qələmə alınmış uyğur mətinlərində aşağıdakı hidronimlər işlənmişdir:
Yar ügüz (ŞU8). Abidələrdə bir dəfə aşağıdakı cümlədə işlənmişdir: Kögürde, Kömür tağda, Yar ügüzde üç tuğlığ türk bodun... – Kögürdə, Kömür dağda, Yar çayında (ügüz) üç tuğlu türk xalqı...
Ümumiyyətlə, uyğur yazılı abidələrində Orxon abidələrində olduğu kimi bir çox hidronimlər ügüz coğrafi termini ilə formalaşır. Yar toponiminin apelyativi, bizcə, qədim türk dilindəki yar (yarğan) məfhumu ilə əlaqədardır. Onu da qeyd etmək lazımdır ki, Turfan bölgəsində bir şəhərin adı da Yar idi (Usp. 39).
Bu coğrafi obyektin Yaşıl ügüzün (Xuanxe çayı) şimalında, Yin-şan bölgəsində olduğunu ehtimal etmək olar. L.Bazin də bu yer adının Huang-honun şimalı olduğunu göstərmişdir (22, s. 58-60).
Dostları ilə paylaş: |