Ağlamaq - göz yaşı axıtmaq ( tökmək) – qaragözlük etmək (dan.) – gözünün qorasını sıxmaq: “ Ağlama, can bala, qayıdar atan; Bizə də rəhm edər bizi yaradan” ( S.Vurğun “26-lar”). ( Gülsüm: ) Ay qızım, əziz balam , belə mısmırıq töküb, göz yaşı axıtmaq da yaxşı deyil” ( X.Hasilova “ Nəğməli Könül” ).” ( Vəzir: ) Nə olacaq? Anan; Bizans torpağına qayıdan zaman; Göz yaşı tökürdü” ( S.Vurğun “ Fərhad və Şirin”).
Azarlamaq − xəstə düşmək – yorğan-döşəyə düşmək – başı yastığa enmək. “ O, yenə azarlayıb yatmışdı...” ( M.C.Ordubadi “ Dumanlı Təbriz” ) , “ Bir il bəxtiyar yaşadıqdan sonra istəkli əri xəstə düşüb vəfat etdi” (S. S. .Axundov. hekayalər və pyeslər, səh. 24).” ( Qəndab:) Yorğan-döşəyə düşdüm. Mənim dərdimdən əmim arvadı işdən çıxmalı oldu”( B.Bayramov “ Mən ki gözəl deyildim...” ) , “ Gec-tez başı yastığa enəcək” ( Q.Xəlilov “ Yaşamaq istəyirəm”).