ciyərdə albuminlərin miqdarı azalır. Həm qara və həm də çil-çil cinsdən olan kontrol cücələrin qaraciyərinin ümumi zülallarının miqdarını müqayisə etdikdə aydın olur ki, qara toyuq cücələrinin qaraciyərində ümumi zülalın miqdarı çil-çil cücələrinə nisbətən çoxdur. Bu da cinsin spesifik biokimyəvi xüsusiyyəti ilə izah edilə bilər.
Əldə etdiyimiz məlumatlara görə qan zərdabında ümumi zülalın miqdarı kontrola nisbətən hər iki cinsdən olan cücələrdə azalır (cədvəl 1 və 2). Lakin, bu azalma qara cücələrdə statistik dürüstdür. E.tenella ilə yolux-durulmuş yerli cinsindən olan qara cücələrdə α-qlobulinlərin miqdarında statistik dürüst dəyişikliklər invaziyanın 3-cü günündə, çil-çil cücələrin qan zərdabında isə invaziyanın 7 günü müşahidə olunur.
E.tenella parazitinin 20000 sporlaşmış oosistası ilə yoluxdurulması zamanı qara və çil-çil cücələrin qan zərdabında γ-qlobulinlərin miqdarı bütün invaziya dövründə artır.
Ədəbiyyat məlumatlarının və xüsusi tədqiqatlarımızdan alınan nəticələrin təhlilindən aydın olur ki, koksidioz zamanı α- və β-qlobulinlərin miqdarının artması orqanizmin immun sisteminin səfərbərliyə alınması nəticəsində antitellərin sintez olunması ilə bağlıdır. Qara və çil-çil cücələrin qanında qlobulinlərin miqdarının eyni olması (müvafiq olaraq 1,79 q/% və 1,80 q/%) onların koksidilərin həyat fəaliyyətinin məhsullarına qarşı eyni dərəcədə antitelləri sintez etməsi ilə bağlıdır (cədvəl 1 və 2).
100000 sporlaşmış oosista ilə yoluxdurulan qara cücələrin qan zərdabın-da ümumi zülalın miqdarı kontrolla müqayisədə invaziyanın 5-ci günü 0,74q% azalır (P<0,05). Ümumi zülalın miqdarının azalması həmçinin çil-çil cücələrin qan zərdabında da müşahidə olunur (P<0,05). Bütün qruplar-dan olan cücələrdə yoluxdurma dozasından asılı olmayaraq albuminlərin miqdarı azalır.
Çil-çil cücələrin parazitin 20000 oosista dozada ilə yoluxdurulması qara cücələrin qan zərdabında olduğu kimi, invaziyanın bütün günləri β-qlobulinlərin miqdarının statistik dürüst azalmasına səbəb olmur. Parazitin 100000 oosista dozası ilə yoluxdurulma zamanı isə maraqlı bir mənzərə yaranır. İnvaziyanın 3-cü günü β-qlobulinlərin miqdarı 0,11q% azalır (P<0,01). İnvaziyanın 5 və 7-ci günləri β-qlobulinlərin miqdarı kontrol qrupun göstəriciləri səviyyəsində olur. 10-cü gün isə onun miqdarı əvvəlki günə nisbətən 0,08q%, kontrol qrupun göstəricisinə nisbətən isə 0,11q% azalır.
20000 oosistası ilə yoluxdurma zamanı γ-qlobulinlərin miqdarı kontrol qrupun göstəricilərindən invaziyanın 5, 7 və 10-cu günləri yüksək olmuş-dur. 100000 oosista dozada yoluxdurma zamanı da γ-qlobulinlərin miqdarı invaziyanın 3, 5 və 10-cu günləri kontrol qrupun göstəricilərindən aşağı, 7-ci günü isə γ-qlobulinlərin miqdarı kontrol qrupunun göstəricisindən 0,02q% çox olmuşdur.
Baykoksun 2ml/L dozasının sağlam qara cücələrin qan zərdabının zülal fraksiyasına təsirinin öyrənilməsi göstərdi ki, baykoks ümumi zülalın miqdarına, qlobulin fraksiyalarından α- və β-qlobulin fraksiyalarına statistik dürüst təsir göstərmir. Preparatın verilməsinin ilk günlərində γ-qlobulinlərin miqdarının artmasına səbəb olur (P>0,05).
Parazitin 20000 oosistası ilə yoluxdurulmuş baykoks və acı yovşanın kombinasiyası ilə müalicəsi cücələrin qan zərdabında parazitin sahibin bağırsağında inkişaf mərhələlərinə uyğun olaraq bütün zülal fraksiyaların miqdarının dəyişməsinə səbəb olur. Müalicə edilən cücələrin qan zərdabın-da kontrolla müqayisədə invaziyanın 3-cü və 5-ci günləri ümumi zülalın miqdarında azalma baş verir. Azalma invaziyanın 3-cü günü 0,13q% (P<0,05), 5-cü gün 0,98q% (P<0,05) təşkil edir. Ümumi zülalın miqdarı invaziyanın 7-ci günü 0,01 (P>0,05), 10-cu günləri 0,01q% (P>0,05) azalsa da statistik dürüst deyil. İnvaziyanın 3-cü və 5-ci günləri albuminlərin miqdarı statistik dürüst azalır (P<0,05). 7-ci və 10-cu günlər isə onların miqdarı kontrol qrupun göstəricilərindən aşağı olmasına baxmayaraq statistik dürüst deyil.
Beləliklə, baykoksun acı yovşan ilə kombinasiyası qan zərdabında ümumi zülalın və zülal fraksiyalarının azalmasının qarşısını tam almasa da, baykoks sahibin bağırsağında parazitin endogen inkişaf mərhələsinın, acı yovşan isə zərərli mikroorqanizmlərin inkişafının qarşısını alıb γ-qlobulinlərin miqdarının artmasına səbəb olmaqla cücələr arasında baş verən ölüm hallarını minimuma endirir.
V FƏSİL. E.TENELLA (APİCOMPLEXA COCCİDİA) İLƏ YOLUXDURMANIN VƏ MÜALİCƏNİN YERLİ CİNSDƏN OLAN CÜCƏLƏRİN ZÜLAL MÜBADİLƏSİNƏ TƏSİRİ
Eymeriyalarla yoluxdurulmuş 20 günlük qara və çil-çil toyuq cücələrinin qan zərdabında invaziyanın 3-cü günü parazitin merontlarının 1-ci generasiyasının inkişafı zamanı ayrılmış 18 fraksiyadan 9-da zülalların miqdarı dəyişir. İnvaziyanın 5-ci günü də qan zərdabının zülallarının miqdarı azalmaqda davam edir. 7-ci gün EHS 0,05; 0,16 və 0,66 olan zülalların miqdarı artır. İnvaziyanın 10-cu günü (Elektroforetik Hərəkət Sürəti) EHS 0,42 və 0,44 olan fraksiyalar istisna olmaqla miqdarında dəyişikliklər baş verən fraksiyalarda zülalların miqdarı normaya qayıtmır.
Yoluxdurulmuş çil-çil cücələrin qan zərdabında EHS 0,29, 0,38 və 0,43 olan fraksiyalarda zülalın miqdarı artır. Onlardan birincidə zülalın miqdarı 21,85% (normada 14,96%), ikincidə 22,48% (normada 12,63%), üçüncüdə 9,83%-ə (normada 0,58%) qədər artır. EHS 0,19 olan fraksiyada isə zülalın miqdarı 8,94%-ə (normada 18,15%), EHS 0,75 olan zülalın miqdarı isə 3,63%-ə (normada 15,00%) qədər azalır. Digər zülalların miqdarında statistik dürüst dəyişkənlik baş vermir (şəkil 1B).
İnvaziyanın 5-ci həm də 7-ci günlərində 5 zülalın miqdarı statistik dürüst dəyişir. İki fraksiyada zülalın miqdarı azalır, 3 fraksiyada isə artır. Bəzi fraksiyalarda zülalların miqdarının azalması invaziyanın 10-cu günü də müşahidə edilir.
E.tenella ilə yoluxdurulmuş cücələrin acı yovşanın 1500 mq/kq dozası ilə müalicəsi zamanı qan zərdabında ümumi zülalın miqdarının azalmağa doğru meyl göstərməsinə baxmayaraq müalicə olunmayan qrupa nisbətən ciddi dəyişikliklərə uğramır, onun miqdarı kontrol qrupun göstəricilərin-dən aşağı olmasa da yoluxdurulmuş qrupun göstəricilərindən yüksək olur (şəkil 2).
Eymeriozun müalicəsində tətbiq edilmiş acı yovşanın hər üç (1500mq/kq, 2000mq/kq və 3000mq/kg) dozası qan zərdabında ümumi zülalın miqdarının azalmasının qarşısını aldığından onları effektli hesab etmək olar. Acı yovşanın 1500 mq/kq dozasından fərqli olaraq 2000 və 3000 mq/kq dozaları ilə müalicə, cücələr arasında koksidioz zamanı müşahidə olunmayan əlavə narahatçılıq, stress kimi halların meydana çıxmasına səbəb olur.
Acı yovşanın 1500 mq/kq dozası ilə müalicə olunmuş cücələrin qan zərdabında müalicə dövrü bəzi fraksiyalarda zülalın miqdarının artması yoluxdurulmuş quşlardakına nisbətən çox olur. Zülalların miqdarının azalma sürəti isə zəifləyir. Bu acı yovşanın 1500mq/kq dozasının müalicəvi əhəmiyyəti ilə yanaşı cücələrin orqanizmində eymeriyalara qarşı yaranan immunitetə də müsbət təsir etdiyini göstərir.
A.absinthium-un 2000mq/kq və 3000mq/kq dozaları ilə eymeriozun müalicəsi zamanı qan zərdabında albuminlərin miqdarı azalır, qlobulinlər isə artırlar. Acı yovşanın 1500mq/kq dozası ilə müqayisədə onun 2000 mq/kq və 3000mq/kq dozasının zərdabında ayrı-ayrı zülalların miqdarının tənzimlənməsinə təsiri nisbətən zəifdir. Çünki qeyd edilən dozaların sağlam cücələrin orqanizminə əlavə təsir effektinə malik olduğu müəyyən edilmiş-dir. Bu baxımdan acı yovşanın 1500 mq/kq dozasını daha effektli hesab edirik.
E.tenella parazitinin 20000 sporlaşmış oosistası ilə yoluxdurulmuş və
A
|
B
|
Şəkil 1. Kontrol (A) və Eimeria tenella ilə yoluxdurulmuş (B) qara toyuq cücələrinin qan zərdabının densitoqramması
|
|
|
|
A
|
B
|
Ç
|
Şəkil 2. Acı yovşanın 1500 mq/kq (A), 2000 mq/kq (B) və 3000 mq/kq (Ç) dozaları ilə müalicə olunmuş cücələrin qan zərdabın densitoqramması.
|
Dostları ilə paylaş: |