Azərbaycan miLLİ elmlər akademiyasi zoologiya institutu


VII FƏSİL. EKSPERİMENTAL EYMERİOZ VƏ ONUN MÜALİCƏSİ ZAMANI CÜCƏLƏRİN ORQANİZMİNDƏ



Yüklə 424,51 Kb.
səhifə5/6
tarix22.10.2017
ölçüsü424,51 Kb.
#9558
1   2   3   4   5   6

VII FƏSİL. EKSPERİMENTAL EYMERİOZ VƏ ONUN MÜALİCƏSİ ZAMANI CÜCƏLƏRİN ORQANİZMİNDƏ

AMİN TURŞU MÜBADİLƏSİ

Kontrol, yoluxdurulmuş və baykoksun 2 ml/L dozası ilə müalicə edilən qara cücələrin qan zərdabında amin turşulardan lizin, histidin, arginin, asparagin turşusu, treonin, serin, qlutamin turşusu, prolin, qlisin, alanin, sistein, metionin, valin, leysin, izoleysin, tirozin və fenilalanin qeydə alınmışdır.

Müəyyən edilmişdir ki, yoluxdurulub müalicə olunmayan və müalicə olunan qrupun cücələrinin qan zərdabında mübadiləsi öyrənilən 17 aminturşudan invaziyanın müxtəlif günlərində ümumilikdə 10-un miqdarın-da statistik dürüst dəyişkənlik baş verir. Müalicə olunan qrupda invaziyanın 10-cu günü mübadiləsində dəyişkənlik baş verən amin turşuların miqdarı yarıya enir. Aydın olur ki, koksidioza qarşı müalicə məqsədilə tətbiq edilən baykoks qan zərdabında aminturşu mübadiləsinin tənzimlənməsində elə bir mühüm rol oynamır. Buradan da belə nəticəyə gəlmək olar ki, eymeriozun baykoksla müalicəsi zamanı preparatın ayrı-ayrı amin turşuların mübadilə-sinə müsbət təsiri az olsa da, ümumi amin turşulara görə isə baykoks ümumilikdə əvəz olunan və olunmayan amin turşuların mübadiləsinin tənzimlənməsinə müsbət təsir göstərir.

E.tenella-nın 20000 sporlaşmış oosistası ilə yoluxdurulmuş 20 günlük qara toyuq cücələrinin baykoks və acı yovşanın kombinasiyası ilə müalicəsi lizinin, asparagin turşusunun, serinin, qlutamin turşusunun, qlisinin, sisteinin, leysinin və fenilalaninin miqdarının azalmasına, prolin, alanin və tirozinin miqdarının isə statistik dürüst artmasına səbəb olur. Miqdarında statistik dürüst dəyişkənliklər baş verən amin turşuların əksəriyyətinin miqdarı invaziyanın 7-ci günündə normaya qayıdır. İnvaziyanın 3-cü günü miqdarında statistik dürüst dəyişkənlik baş verən 9 amin turşusundan 3-ün miqdarı normaya qayıdır. İnvaziyanın 10-cu günü miqdarında statistik dürüst dəyişkənliklər baş verən amin turşuların sayı 4-ə qədər azalır və ya 64,71%-dən 23,53%-ə enir.

Baykoks ilə acı yovşanın kombinasiyası mübadiləsi öyrənilən amin-turşulardan histidinin, metioninin, valininin və izoleysinin mübadiləsinə təsir etmir, asparagin və qlutamin turşularının, leysin və tirozinin mübadiləsini tənzimlədiyi müəyyən edilmişdir.

Cücələrin əzələ, qaraciyər toxuması və sinir toxumalarının sərbəst amin turşularının müqayisəli analizi göstərir ki, triptofanın əzələ və sinir toxumasında təsadüf edilən miqdarı o qədər az olmuşdur ki, onun miqdarını müəyyən etmək mümkün olmamışdır. Qaraciyər toxumasında isə onun miqdarı 1,013 mkmol/1q dır. Əzələ toxumasında lizinin miqdarı qaraciyər toxumasında olan miqdarından 2,5 dəfə çox, sinir toxumasında (beyində) olan miqdarından isə 0,092 mkmol/1q azdır. Hər üç toxumanın əvəzolunmayan sərbəst amin turşularından lizinin miqdarını müqayisə etdikdə məlum olur ki, əzələ toxumasında onun miqdarı qaraciyər və sinir toxumasına nisbətən daha çoxdur.

Əvəzolunmayan amin turşulardan treoninin miqdarını qaraciyər toxuma-sında təyin etmək mümkün olmamışdır. Əzələ toxumasında (bud əzələləri) onun miqdarının 1,423 mkmol/1q olduğu müəyyən edilmişdir ki, bu beyin toxumasında olan miqdarından 2,9 dəfə çoxdur. Hər üç toxumada əvəzolunmayan amin turşuların ümumi miqdarına nəzər saldıqda aydın olur ki, onun ən yüksək miqdarı əzələ toxumasında (3,905 mkmol/1q), sonra qaraciyər toxumasında (3,636 mkmol/1q), ən az miqdarı isə sinir (beyin) toxumasında olub, 2,483 mkmol/1q təşkil edir. Qaraciyər, əzələ və sinir toxumasında öyrənilən əvəzolunan amin turşuların miqdarını müqayisə etdikdə məlum olur ki, əzələ toxumasında serinin miqdarı digər iki toxumaya nisbətən daha çox olub 4,796 mkmol/1q -dır.

20000 oosista ilə yoluxdurma zamanı beyində təyin edilən 17 amin turşudan 7-də statistik dürüst dəyişkənlik baş verir ki, bu da ümumi amin turşuların 41,2%-ni təşkil edir.

Cücələrin parazitin 100000 oosistası ilə yoluxdurma zamanı öyrənilən 17 amin turşusundan 9-nun mübadiləsi pozulur. Bu da ümumi aminturşuların 52,9%-ni təşkil edir. Mübadiləsi pozulan amin turşularına lizin, arginin, asparagin turşusu, qlutamin turşusu, prolin, alanin, metionin və valin aiddir.

Alınan nəticələrin müqayisəli analizi göstərir ki, cücələrin E.tenella-nın 20000 oosistası ilə yoluxdurulması zamanı 100000 oosista ilə yoluxdurmadan fərqli olaraq qlisinin miqdarında statistik dürüst dəyişkənlik baş vermiş (P<0,01), sisteinin miqdarında isə baş verməmişdir (P>0,05)

Parazitin hər iki dozası ilə yoluxdurma beyində amin turşuların miqdarında eyni istiqamətdə dəyişkənliklərə səbəb olur, yəni hər iki halda onların miqdarında azalma və ya artma müşahidə edilir. Lakin, E.tenella-nın 100000 oosistası ilə yoluxdurulan qrupun ümumi amin turşularının cəminə nəzər saldıqda aydın olur ki, aşağı doza ilə yoluxdurmadan fərqli olaraq yüksək dozada yoluxdurma amin turşuların ümumi miqdarının daha çox azalmasına səbəb olur.



E.tenella-nın 20000 sporlaşmış oosistası ilə yoluxdurulan və baykoksla (2ml/l) müalicə edilən cücələrin beynində lizinin, arginin, asparagin və qlutamin turşularının miqdarı statistik dürüst dəyişkənliyə məruz qalmır və bu göstərici fizioloji norma hüdudunda olur. İnvaziyanın 5-ci günü qlutamin turşusu və metionin istisna olmaqla digər amin turşuların miqdarında statistik dürüst dəyişkənlik baş vermir. Bu nəticələr onu deməyə əsas verir ki, xəstəliyin ilkin mərhələlərində baykoks eymeriyaların inkişafının qarşısını alır və beləliklə də dolayısı ilə cücələrin beynində amin turşu mübadiləsi az da olsa tənzimlənir.

100000 oosista ilə yoluxdurulan cücələrin baykoks, baykoks və acı yovşanın kombinasiyası ilə müalicəsi zamanı beyninin amin turşu mübadiləsinin müqayisəli öyrənilməsi göstərir ki, hər iki halda amin turşu mübadiləsi pozulur. Yalnız, fərq ondadır ki, 20000 oosista ilə yoluxdurma zamanı miqdarında statistik dürüst dəyişkənlik baş verməyən treonin, 100000 oosista ilə yoluxdurma zamanı treoninlə birlikdə əlavə olaraq prolinin və alaninin miqdarında statistik dürüst dəyişkənlik baş verir. Müalicə zamanı əksər amin turşuların miqdarı kontrol qrupun göstəriciləri səviyyəsində olur.

Əzələ toxumasında müəyyən edilən 17 amin turşusundan invaziyanın müxtəlif günləri ümumilikdə 13 amin turşusunun miqdarında statistik dürüst dəyişkənlik baş verir ki, bu da ümumi amin turşuların 76,5%-ni təşkil edir.

Parazitin bağırsaqda inkişaf mərhələlərinə uyğun olaraq baş verən dəyişkənliklərin izlənilməsi nəticəsində müəyyən edilmişdir ki, invaziyanın 5-ci günü əvəzolunmayan 7 amin turşusundan 6-nın miqdarında statistik dürüst dəyişkənliklər baş verirsə, invaziyanın 7-ci və 10-cü günləri bir amin turşunun – lizinin miqdarında dəyişkənlik baş verir. Lizinin miqdarı invaziyanın 10-cu günü də normaya qayıtmır (P<0,001).

100000 oosista ilə yoluxdurma, 20000 oosista doza ilə yoluxdurmada olduğu kimi, əvəzolunmayan amin turşulardan fenilalanin istisna olmaqla demək olar ki, eyni amin turşuların mübadiləsinin pozulmasına səbəb olur. Qeyd etmək lazımdır ki, 20000 doza ilə yoluxdurmadan fərqli olaraq, 100000 oosista ilə yoluxdurma əvəzolunmayan amin turşuların miqdarının daha kəskin azalmasına səbəb olur. Bunu əvəzolunmayan amin turşuların ümumi miqdarının hesablanması da sübut edir.

Hər iki doza ilə yoluxdurulan cücələrin əzələlərində lizin, metionin və prolinin miqdarında baş verən dəyişikliklər bütün invaziya dövründə müşahidə edilir və hətta parazitin inkişafının sona çatmasına baxmayaraq normaya qayıtmır.

Baykoksun 1ml/l dozası bud əzələsində müəyyən edilən 17 amin turşu-ların hər birinin miqdarında müəyyən dəyişkənliklərə səbəb olsa da baş verən dəyişkənliklər statistik dürüst olmamışdır (P>0,05). 2ml/l dozada baykoks verilən cücələrin bud əzələlərində əvəzolunmayan amin turşuların miqdarında statistik dürüst dəyişkənliklər baş verməsə də, əvəzolunan aminturşulardan histidinin, prolinin və qlisinin miqdarında statistik dürüst dəyişkənlik baş vermişdir (müvafiq olaraq P<0,05 və P<0,01). Baykoksun 3ml/l dozası həm əvəzolunan və həm də əvəzolunmayan sərbəst amin turşuların mübadiləsinin pozulmasına səbəb olur. Müəyyən edilən 7 əvəzolunmayan amin turşudan 4-nün (lizin, valin, leysin, izoleysin) müba-diləsi pozulur. 10 əvəzolunan amin turşudan isə 4-nün (histidin, prolin, qlisin və tirozin) mübadiləsində pozuntular qeydə alınmışdır. Baykoksun dozasının artırılması ilə paralel olaraq mübadiləsində dəyişikliklər baş verən amin turşuların miqdarı da artır. Bu onu sübut edir ki, preparatın müalicə dozasının artırılması orqanizmdə əlavə təsirlərin meydana çıxmasına səbəb ola bilər.

Qeyd etmək lazımdır ki, baykoksun dozasının artırılması ilə paralel olaraq treoninin miqdarı da azalır. Məlumdur ki, treonin normal zülal balansının saxlanılmasında, immunitetin yaranmasında və s. mühüm rol oynayır. Alınan nəticələrə əsaslanaraq göstərmək olar ki, baykoksun dozasının artırılması qaraciyərin funksiyasına və immunitetə mənfi təsir göstərir.

Baykoksun 3ml/l dozası ilə müalicə effekti lizin, treonin, prolin və tirozinə münasibətdə özünü zəif büruzə verir. Hətta invaziyanın 10-cü günü bu amin turşuların miqdarı kontrol yoluxdurulmamış cücələrin göstəriciləri səviyyəsinə qayıda bilmir. Cücələrin baykoksla müalicəsi asparagin turşusu, prolin, qlisin və alaninin mübadiləsinə müsbət təsir göstərir. Baykoksla müalicə onların miqdarının azalmasının qarşısını müalicənin ilk günündən almaqla bu amin turşuların mübadiləsini tənzimləyir.

100000 oosista ilə yoluxdurulan cücələrin baykoks (2ml/l) və A.absinthium-un (1500 mq/kq) kombinasiyası ilə müalicəsi lizinin, histidinin, argininin, asparagin turşusunun, serinin və prolinin miqdarı normaya qayıtmasına səbəb olur. Qeyd edildiyi kimi, əgər yoluxdurulub müalicə edilməyən cücələrin əzələlərində 10 amin turşunun mübadiləsində dəyişiklik baş verirsə, müalicə olunan cücələrin əzələlərində 4 amin turşunun mübadi-ləsi pozulur. Göründüyü kimi cücələrin eymeriozuna qarşı müalicə məqsədilə tətbiq edilən baykoks və A.absinthium-un kombinasiyası əksər amin turşuların mübadiləsinı tənzimləyir və bunun nəticəsidir ki, müalicə olunan cücələr sağ qalır.



E.tenella-nın 20000 oosistası ilə yoluxdurulan cücələrin qaraciyərinın amin turşuların miqdarında ən çox dəyişikliklər qametoqoniya mərhələ-sində baş verir.




Qrafik 2. Cücələrin əzələlərində miqdarında statistik dürüst dəyişkənliklər baş verən sərbəst aminturşuların aminturşularının dinamikası

1-Lizin, 2- Treonin, 3- İzoleysin, 4-Histidin, 5- Arginin,

6- Asparagin turşusu, 7- Serin, 8- Qlutamin turşusu,

9- prolin, 10-Alanin

B u zaman tədqiq edilən 17 amin turşusun-dan 9-un mübadiləsində statistik dürüst dəyişik-liklər baş verir. Parazitin inkişafının başa çatması ilə əlaqədar sahibin qa-raciyərində amin turşu-ların mübadiləsi bərpa olunur. Bu dövrdə kon-trol qrupun göstəriciləri ilə müqayisədə ancaq lizinin miqdarında dəyiş-iklik baş verir (P<0,01).

Müəyyən edilmişdir ki, 100000 sporlaşmış oosista ilə yoluxdurma 20000 oosista ilə yolux-durmaya nisbətən çox sayda amin turşuların miqdarında dəyişikliklərə səbəb olur. Belə ki, birinci halda tədqiq edilən amin turşulardan 88,23%-nin mübadiləsi pozulursa, ikinci halda isə tədqiq olunan amin turşuların 52,94%-nin mübadiləsi pozulur. Bu fərqə baxmayaraq yüksək və aşağı doza ilə yoluxdurma invaziyanın 7 və 10-cu günləri valin, serin, alanin və tirozin kimi amin turşuların miqdarında statistik dürüst dəyişkənliklərə səbəb olmur.

Müalicə məqsədilə yoluxdurulan cücələrə baykoksun 2ml/l dozasının verilməsi qaraciyərdə xəstəlik zamanı amin turşu mübadiləsində baş verən patoloji dəyişkənliklərin qarşısını alır. Baykoksun təsirindən invaziyanın 5-ci günündən başlayaraq leysinin, serinin, prolinin, qlisinin, alaninin və tirozinin mübadiləsi bərpa olunur. Fenilalaninin və qlutamin turşusunun mübadiləsi isə invaziyanın 7-ci gününə qədər, triptofan və asparagin turşusunun mübadiləsi isə invaziyanın 10-cu gününə qədər tənzimlənir. Leysinin və tirozinin mübadiləsi isə müalicənin ilk günlərin-dən tənzimlənir. Lizinin mübadiləsi isə invaziyanın 10-cu günü belə tənzimlənə bilmir.

Cücələrin baykoksla müalicəsi zamanı onların yeminə acı yovşanın əlavə edilməsi əvəzolunmayan amin turşuların mübadiləsini tənzimləyir. Belə ki, 100000 oosista ilə yoluxdurulan cücələrin baykoksun 2ml/l dozası ilə müalicəsi dövründə əvəzolunmayan amin turşulardan 5-nin (lizin, triptofan, metionin, leysin və fenilalanin) mübadiləsi pozulursa, quşların yeminə acı yovşanın 1500 mq/kq dozada əlavə edilməsi miqdarında dəyişikliklər baş verən amin turşuların hamısının mübadiləsini tənzimləyir.

Beləliklə, müəyyən edilmişdir ki, koksidiozun müalicəsində baykoksla birlikdə acı yovşanın tətbiqi aminturşu mübadiləsini tək baykoksla müalicəyə nisbətən daha sürətlə tənzimləyir.

Təcrübələrin nəticəsi göstərir ki, baykoksun müalicəvi dozası (2ml/l) 100000 oosista ilə yoluxdurulan cücələrin qaraciyərində altı amin turşusu-nun mübadiləsində statistik dürüst dəyişkənlikliyə səbəb olur. Mübadilə-sində dəyişikliklər baş verən amin turşulardan lizinin, treoninin, fenilalaninin, argininin və tirozinin miqdarı azalır, qlutamin turşusunun miqdarı isə artır. Baykoks xüsusilə lizinin və tirozinin mübadiləsinə mənfi təsir göstərir. Baykoks verilən qrupda cücələrin qaraciyərində qeyd edilən amin turşu-larından lizinin miqdarı yoluxdurulan qrupun göstəricisindən 2,42 mkmol, tirozinin miqdarı isə kontrol və yoluxdurulan qrupların cücələrinin göstəricilərindən müvafiq olaraq 2,17 və 3,82 mkmol az olur.

100000 oosista ilə yoluxdurulan cücələrin bud əzələlərində müəyyən edilən 16 amin turşudan fenilalanin və prolin istisna olmaqla digər amin turşuların miqdarında statistik dürüst dəyişkənlik baş verir və alanin istisna olmaqla bütün amin turşuların miqdarı artır. Hətta miqdarında statistik dürüst dəyişkənlik baş verməyən fenilalanin və tirozinin miqdarı müvafiq olaraq 5,690 və 3,490 mkmol artır (P<0,05-0,01).

Beləliklə, təcrübələrin nəticələrinə əsasən göstərmək olar ki, koksidio-zun təsirindən qaraciyər və əzələlərdə aminturşuların ümumi miqdarı artır, baykoksun təsirindən isə azalır. Baykoksun verilməsinin dayandırılmasın-

dan 3 gün sonra amin turşuların mübadiləsi qismən bərpa olunmağa başlayır.
VIII FƏSİL. EYMERİOZ VƏ ONUN MÜALİCƏSİ ZAMANI FERMENTLƏRİN AKTİVLİYİ

Sağlam 23 günlük qara cücələrin qan zərdabında laktatdehidrogenazanın (LDH) aktivliyi 0,784 nmol/ml·saat təşkil edir. Cücələrin yaşı artdıqca qan zərdabında LDH aktivliyi də artır. 30 günlük cücələrdə LDH aktivliyi 23 günlük cücələrin göstəricilərinə nisbətən 0,028 nmol artaraq 0,812 nmol/ml·saat təşkil edir. E.tenella-nın 20000 oosistası ilə yoluxdurulan qrupda LDH-nın aktivliyi azalır. Baykoksun müalicə məqsədi ilə tətbiqinin ilk günləri preparat LDH-nın aktivliyinin yoluxdurulan qrupun göstəricilərinə nisbətən daha da azalmasına səbəb olur ki, bu da preparatın əlavə təsiri ilə izah edilə bilər.



A

B



Qrafik 3. Qara toyuq cücələrinin eymeriozu və onun baykoksla müalicəsi zamanı qanda LDH (A) və Q-6FDH (B) aktivliyinin dəyişməsi

Müəyyən edilmişdir ki, kontrol qrupda sağlam cücələrin yaşı artdıqca qlükoza-6-fosfatdehidrigenaza (Q-6FDH) aktivliyi də artır. E.tenella ilə yoluxdurulmuş qrupda isə belə bir qanunauyğunluq aşkar edilməmişdir. Yəni invaziyanın 5 və 7-ci günləri Q-6FDH-nın aktivliyi azalır, 10-cu gün isə yenidən yüksəlir (P<0,05).

Baykoksla müalicə olunan qrupda kontrol və yoluxdurulmuş cücələrin göstəricisinə nisbətən Q-6FDH-nın aktivliyinin artdığı (P<0,01) müəyyən edilmişdir.

Parazitin endogen inkişaf mərhələsinin sona çatmasına baxmayaraq (10-cu gün) Q-6FDH-nın aktivliyi nə yoluxdurulan, nə də müalicə olunan qrup-

da normaya qayıtmır.

Baykoksun 2ml/l dozası eritrositlərdə Q-6FDH-nın aktivliyində əlavə dəyişikliklərə səbəb olur ki, bu da preparatın Q-6FDH aktivliyinə mənfi təsiri ilə izah oluna bilər.

Müəyyən edilmişdir ki, eritrositlərdə qlutationreduktazanın (QR) aktivliyinin artması invaziyanın 3-cü günündən başlayır və bu proses invaziyanın 7-ci günü də davam edir. İnvaziyanın 3-cü və 5-ci günləri QR-in aktivliyi tədricən artsa da, 7-ci gün onun aktivliyi sürətlə artaraq 8,586 mkmol/l dəqiqə -ə qədər yüksəlir (kontrol qrupda 6,688 mkmol/ l dəqiqə). İnvaziyanın 10-cu günü QR-nın aktivliyi əvvəlki günə nisbətən 1,790 mkmol azalaraq kontrol qrupun göstəricisinə yaxınlaşır.

Eymeriozun müalicəsi zamanı baykoksun 2 ml/l dozası eritrositlərdə xəstəliyin təsirindən mübadiləsi pozulan QR-in aktivliyini bərpa edir.

Beləliklə, alınan nəticələr göstərir ki, cücələrin eymeriozunun baykok-sun 2ml/l dozası ilə müalicəsi orqanizmdə baş verən patoloji proseslərin qarşısını almaqla QR-nın aktivliyinin fizioloji norma hüdudunda saxlanılmasına səbəb olur.


A

B



Qrafik 4. Qara toyuq cücələrinin eymeriozu zamanı qaraciyər toxumasında, beyin və əzələlərdə alaninaminotransferazanın (A) və aspartataminotrans-ferazanın (B) aktivliyinin dəyişməsi

Tədqiq edilən qaraciyər, beyin (sinir) və əzələ toxumalarında yoluxdurulmuş quşlar arasında aspartataminotransferazanın (AST) ən yüksək aktivliyinə qaraciyərdə invaziyanın 7-ci günü, ən az aktivliyinə isə yoluxdurmanın 10-cu günü əzələlərdə təsadüf olunur. Alaninaminotrans-ferazanın (ALT) ən yüksək aktivliyinə yoluxdurulmuş cücələrin öyrənilən orqanlarında invaziyanın 7-ci günü beyində, ən az aktivliyi isə invaziyanın 10-cu günü əzələlərdə təsadüf edilir (qrafik 4).



ALINAN NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ
Bu fəsildə tədqiqatlarda alınan nəticələr mövcud ədəbiyyat məlumatları ilə müqayisəli şəkildə analiz edilir.
NƏTİCƏLƏR
1.Eymeriozun müalicəsində baykoksun tətbiqi toxumalarda amin turşuların mübadiləsinin tənzimlənməsinə səbəb olur. Preparatın dozasını azaltmaqla onun müalicə effektini A.absinthium-un hesabına artırmaq olar. Öyrənilən biokimyəvi dəyişkənliklərin kəmiyyət dərəcəsi yoluxdurma dozasından və cücələrin cinsindən asılıdır.

2. Eimeria tenella-nın 20000 sporlaşmış oosistası ilə yoluxdurulub baykoksla (2ml/l) müalicə edilən cücələr xarici görünüşünə görə yolux-durulmamış kontrol cücələrdən fərqlənməmiş, patoloji-anatomik dəyişkən-liklər ancaq kor bağırsaqda zəif müşahidə edilmiş, cücələrin çəki artımı, yoluxdurulub müalicə edilməyən cücələrin göstəricilərindən yüksək olmuşdur.

3. Baykoksun (2ml/l) acı yovşan (1500 mq/kq) ilə kombinasıyası ilə müalicə cücələrin sağ qalma faizinin yüksəlməsinə, ifraz olunan oosistaların sayının azalmasına səbəb olur.

4. 2,5%-li baykoksun 2 ml/L dozada həm qara və həm da çil-çil cücələrin orqanizmində parazitə qarşı yaranan immunitetə mənfi təsir etmədiyi müəyyən edilmişdir. Cücələrin eksperimental koksidiozunun baykoks ilə müalicəsi qan zərdabında ümumi zülalın miqdarının normal səviyyədə saxlanılmasını təmin edir, γ-qlobulinlərin isə miqdarının artmasına səbəb olur.

5. Müəyyən edilmişdir ki, Artemisia absinthium-un 1500 mq/kq yemlə qarışığının sağlam cücələrin qanında leykositlərin sayının və hemoqlobinin miqdarı-nın azalmasına, qan zərdabında ALT və AST fermentlərinin aktivliyinin artmasına səbəb olsa da, ümumi zülalın, α, β və γ-qlobulinlərin dinamikasına təsir etmir.

6. Eymerioz zamanı qara və çil-çil cücələrin qanında leykositlərin, limfositlərin, eozinofillərin, bazofillərin miqdarı artır, eritrositlərin, psevdoeozinofillərin və hemoqlobinin miqdarı azalır. Baykoks və acı yovşanın kombinasiyası ilə müalicə onların miqdarının normada saxlanıl-masını təmin edir.

7.Yüksək doza (100000 oosista) ilə yoluxdurma, aşağı doza (20000 oosista) ilə yoluxdurmaya nisbətən çox sayda aminturşuların mübadiləsində dəyişikliklərə səbəb olur. 20000 oosista ilə yoluxdurma zamanı ümumi aminturşuların 52,94%-nin, 100000 oosista ilə yoluxdurulma zamanı isə 70,59% -nin miqdarında dəyişkənliklər baş verir. Belə fərqin olmasına baxmayaraq hər iki doza invaziyanın 5, 7 və 10-cu günlərində valin və sisteinin miqdarında statistik dürüst dəyişkənliklərə səbəb olmur.

8.Eksperimental eymerioz cücələrin toxumalarında histidin, sistein, tirozin və fenilalanin istisna olunmaqla bütün aminturşuların mübadiləsinin pozulmasına səbəb olur. Xəstə quşların əzələlərində lizin, serin, metioninin, valin, leysin, izoleysinin miqdarı artır, arginin, asparagin turşusu, prolin, qlisin və alaninin miqdarı isə azalır. Müalicə məqsədilə istifadə edilən baykoksun 2 ml/l dozası əzələlərdə sərbəst aminturşuların mübadiləsini tənzimləyir.

9. Eksperimental eymerioz zamanı cücələrin qanının eritrositlərində laktat-dehidrogenazanın aktivliyinin azaldığı, qan zərdabında isə qlutation-reduktazanın aktivliyinin artdığı müşahidə olunur. Baykoksla müalicə edilən cücələrdə bu fermentlərin aktivliyi dəyişmir. Müəyyən edilmişdir ki, yoluxdurulan cücələrin eritrositlərində qlükoza-6-fosfatdehidrogenazanın aktivliyi dəyişmir, baykoksla müalicə isə onun miqdarının artmasına səbəb olur.

10.Yoluxdurulmuş quşların əzələlərində, qaraciyər və beyində AST və ALT-nin aktivliyi azalır. AST-nin ən yüksək aktivliyi beyin, qaraciyər və əzələlərdə, ALT–nin ən yüksək aktivliyi isə əzələlərdə olur. Qaraciyər və beyində AST-nin aktivliyi eynidir, qaraciyərdə isə ALT-nin aktivliyi beyindəkindən yüksəkdir.

11. Cücələrin eymeriozunun baykoksun 2ml/L dozası ilə müalicəsi quşların orqanizmində baş verən patoloji proseslərin qarşısını alır, qanın hematoloji göstəricilərinin və qlutationreduktazanın aktivliyinin fizioloji norma hüdudunda saxlanılmasına səbəb olur. Preparatın müsbət təsiri ilə yanaşı onun 2ml/l dozası eritrositlərdə qlükoza-6-fosfatdehidrogenazanın aktivliyində əlavə dəyişikliklərə də səbəb olur.

12.Acı yovşanın 1500 mq/kq dozasının baykoksun 2ml/l dozası ilə birlikdə tətbiqi tək kimyəvi preparata nisbətən yaxşı müalicə - profilaktika effektinə malikdir. Müalicə məqsədilə istifadə edilən preparatın dozasını azaldıb xəstə quşların yeminə acı yovşan əlavə etməklə preparatın terapevtik effektini saxlamaq olar. Baykoksla acı yovşanın tətbiqi, invaziyanın zəif keçməsinə, cücələrin sağ qalma faizinin yüksəlməsinə, çəki artımına, pozulmuş maddələr mübadiləsinin tez bərpa olunmasına səbəb olur.



ƏMƏLİ TƏKLİFLƏR
1.Eymerioz müşahidə edildikdə müalicə və profilaktikanın effektliyini yüksəltmək üçün xəstə quşların kompleks müayinəsi, o cümlədən qanın biokimyəvi və hematoloji analizi aparılsın. Müalicə profilaktika tədbirləri aparılan zaman xəstə quşların yaşı, cinsi və onların immunobiokimyəvi statusu mütləq nəzərə alınmalıdır.

2.Baykoksun 2ml/l dozasından cücələrin koksidiozunun müalicəsində iki gündən artıq istifadə edilməsi məsləhət deyil. Baykoksun müalicə dozasını (2ml/l) profilaktika dozasınadək (1ml/l) azaltmaqla və quşların yeminə 1500 mq/kq dozada A.absinthium əlavə etməklə preparatın effektini yüksəltmək olar.

3. Aparılan tədqiqat işinin nəticələri əsasında döşəmə şəraitində saxlanılan cücələrin eymeriozunun profilaktikasında 2,5%-li baykoksun 1 ml/l-ni 1L suda həll etməklə 2 gün müddətində, A.absinthium-un isə 1500 mq ununu 1kq yemdə qarışdırmaqla 10 gün müddətində verilməsi sxemi təklif olunur.

4. Cücələrin qan zərdabının bəzi hematoloji və biokimyəvi göstəricilərindən əlavə diaqnostik test kimi, koksidioza qarşı tərkibində toltrazuril olan preparatların orqanizmin immun sisteminə təsirinin qiymətləndirilməsində istifadə edilə bilər.



5.Parazitoloji və biokimyəvi tədqiqatlar nəticəsində alınan məlumat-lardan elmi-tədqiqat işlərində, ali məktəblərin biologiya fakültələrində, baytarlıq istiqamətli tədris müəsissəllərində tədris prosesində, toyuqların saxlanılması ilə məşğul olan təsərrüfatlarda baytar həkimlər tərəfindən istifadə edilə bilər.


Yüklə 424,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin