AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ
NƏSİMİ adına DİLÇİLİK İNSTİTUTU
DİLÇİLİK
İNSTİTUTUNUN
ƏSƏRLƏRİ
Xüsusi buraxılış
2012
Bakı – 2012
Nəsimi adına Dilçilik İnstitutu Elmi Şurasının 14 mart 2012-ci il tarixli iclasının (protokol № 04) qərarı ilə çap olunur.
Redaksiya şurası :
akad A. A. Axundov
AMEA-nın müxbir üzvü K.M. Abdullayev
fil.e.d., prof. Q.Ş.Kazımov
fil.e.d., prof. Q.İ.Məşədiyev
fil.e.d., prof. S.H.Mehdiyeva
fil.e.d., prof. S.A.Sadıqova
fil.e.d. R.H.Eyvazova
fil.e.d. prof. İ.O.Məmmədli
fil.e.d. M.M.Mirzəliyeva
fil.e.d. prof. M.Ə.Mahmudov
fil.e.d. İ.M.Tahirov
fil.üzrə fel.d. T.A.Quliyev
Baş redaktor: fil.e.d., prof F. Y. Veysəlli
Buraxılışa məsul: fil.e.n. E. İnanc
Dilçilik İnstitutunun əsərləri
Xüsusi buraxılış
2012
© Nəsimi adına Dilçilik İnstitutu, 2012
BAŞ REDAKTORDAN
Hörmətli oxucular.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 23 may 2012 ci il və “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” 29 may 2012-ci il tarixli sərəncamlarının icrası ilə əlaqədar AMEA Nəsimi adına Dilçilik İnstitutunda 2012-ci il dekabrın 13-də “Ölkədə Dil Situasiyası” mövzusunda Respublika elmi konfransı keçirilmişdir.
Konfransda Azərbaycan dilinin fəaliyyəti, kütləvi işlənməsi, dil və ailə, dil və təhsil, reklamların dili və s. informasiya vasitələri mövzularında məruzələr dinlənilmişdir.
“Dilçilik İnstitutunun əsərləri” nin redaksiya şurası konfransda dinlənilən məruzələrin mətnini, habelə vaxt çatışmazlığında və ya konfransın mövzusundan kənara çıxan tezislərin aktuallığını nəzərə alaraq onların bu topluda çap olunmasını qərara almışdır. Bu aktuallar Azərbaycan dilinin müxtəlif məsələlərlə maraqlanan mütəxəssislər, tələbələr və ali məktəb müəllimləri üçün faydalı ola bilər.
Toplu ilə bağlı rəy və təkliflərinizi jurnalın redaksiyasına göndərə bilərsiniz.
Dostları ilə paylaş: |