Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 1,08 Mb.
səhifə6/72
tarix02.01.2022
ölçüsü1,08 Mb.
#31421
1   2   3   4   5   6   7   8   9   ...   72
DİLÇİLİK MƏSƏLƏLƏRİ


ABBASƏLİYEVA R.Z.
ЕMOSİONALLIQ VƏ EKSPRİSSİVLİYİN VERBAL VƏ

QEYRİ-VERBAL İFADƏ VASİTƏLƏRİ
Açar sözlər: emosionallıq, ekspressivlik, şifahi nitq, yazılı nitq, verbal, qey­ri-ver­bal, nida

Ключевые слова: эмоциональность, экспрессивность, устный речь, пись­мен­ный речь, междуметия, вербальный

Key words: emotionality, expressivity, spoken language, spoken language, interjections, verbal, non-verbal
Nitqə emosionallıq və ekspressivlik xasdır. Bu baxımdan nitqin ekspres­siv­liyi, nitqin emosionallığı həmişə tədqiqatçıların diqqətini cəlb edir. Bununla bel­ə, nitqdə emosionallıq və ekspressivliyin verbal və qeyri-verbal ifadə vasitələri, on­ların işlənmə məqamları, nitq prosesi iştirakçılarına, eləcə də nitqin semantika və məzmununa təsiri məsələləri hələ ki, yetərincə öyrənilməmişdir. Nitqin əşyaları, hal-hərəkəti, vəziyyəti, şəraiti, zamanı və sairəni konkret adlandırmaq, sözlər v­a­si­tə­si ilə ümumləşdirmə aparmaq, ünsiyyətə xidmət etmək kimi funksiyaları vardır.

Şifahi nitq səsli nitq şəklində təzahür edir. Şifahi nitq səsləndirilən, səs vasitəsi ilə canlandırılan nitqdir. Bu nitqdə səs mühüm rol oynayır. Dilin fonemlər sisteminin vahidləri bir-biri ilə müəyyən düzülüşlə bağlanaraq dil üçün semantik mənası olan leksemlər əmələ gətirir. Leksemlər müəyyən qrammatik şəkilçilər qəbul edərək bir-biri ilə əlaqələnir. Bəzən əlaqələnmə sintaktik vasitələrin köməyi ilə gerçəkləşir. Eyni zamanda, qeyd etmək lazımdır ki, nitqin səsləndirilməsi subyektiv səciyyəlidir. Nitq səsləndirilərkən onun səslə bağlı həm linqvistik, həm də ekstralinqvistik parametrləri üzə çıxır. Səsin tonu, tembri, prosodik vahidlərdən istifadə olunması nitqə xüsusi çalarla yanaşı, xüsusi məzmun da əlavə edir. Səsin bu parametlərinin bir qismi nitqi canlandıran şəxsin emosional və ekspressiv vəziyyətini ifadə edir. Bu vasitələrin bir qismi qeyr-verbal ifadə vasitəlridir.

Danışıq üslubu, əsasən şifahi nitqdə ifadəsini tapır. Danışıq dili üçün sər­bəst da­nışıq, sintaktik konstruksiyaların sadələşdirilməsi, dil normasından kənarçıxma sə­ciyyəvidir. Dil paradiqmasının mövcud formalarından yayınma ənə­nəvi hal al­dıq­da və danışıq dilində özünü çox göstərdikdə belə yayınmalar dilin başqa üs­lub­la­rına keçərək normanı dəyişə bilir.

Nitqdə emotiv, estetik funksiyaları az və çox dərəcədə ifadəsini tapır. Emo­tiv və estetik funksiyaları, ekspressivliyi nitq və onun məhsulu olan diskurs və mətn­lərin köməyi ilə öyrənmək mümkündür.

Nitqdə qrammatik forma əlavə konnotativ məna alır. Qrammatik məna ilə sö­­zün leksik mənası arasındakı uyğunsuzluğun aradan qaldırılması nəticəsində ifa­­dəlilik əldə edilir. Leksik və qrammatik mənanın sintezi əvəzinə onlar arasında zid­­­diyyət aşkarlanır. Belə ekspressivlik situativ kontekst zəminində meydana çı­xır.

Qrammatik formanın funksional dəyişməsinin ən ekspressiv halı transpo­zi­si­ya zamanı baş verir. Bu zaman emosiyanın qiymətləndirilməsi və ya üslubi ifa­də­lilik adi qrammatik əlaqələrin pozulmasının nəticəsi kimi meydana çıxır. Trans­po­zisiya zamanı əvəz edən üzv özünün funksional keyfiyyətini itirərək eyni za­man­da iki funksiyanın daşıyıcısına çevrilir. Bu zaman ekspressiv zənginləş­dir­mə­nin başqa formasına köçürülməsi gerçəkləşir.

Cümlə kommunikativ cəhətdən müstəqildir, nitqdə ayrıca məlumat verən va­­hid kimi işlənir. Bununla yanaşı, danışıq dilində bir sıra diferensiallaşmamış ifa­­də vasitələri vardır ki, onlar kommunikativ müstəqilliyə və nitqdə müəyyən mə­­lu­mat bildirmək imkanına malikdirlər. Danışıq dilində zəngin semantikası və qu­­ru­luş müxtəlifliyi ilə seçilən nida cümlələri belə ifadə vasitələridir.

Nitqdə istifadə olunan qiymətləndirici nida cümlələri daha zəngin struktur tipl­əri ilə seçilir. Qiymətləndirici nida cümlələri həm müsbət, həm də mənfi məz­mun daşıyır. Məzmunun mənfiliyi və ya müsbətliyi kontekst əsasında müəyyən­lə­şir. Qiymətləndirici nida cümlələrində emosiyanın ifadəsi deyil, daha çox müna­si­bət və qiymət bildirilir.

Cümlənin tərkibinə daxil olan, onu təşkil edən elementlər sözlərdir. Bu söz­lər həm də dilin leksik sisteminin vahidləridir. Onların hər birinin semantikası var­dır. Bir sıra sözlər müstəqil leksik mənaya malik olmur. Dildə belə sözlər köməkçi nitq hissələri kimi qruplaşdırılır.

Danışıq dili nidalarla zəngin olur. Nida gerçəkliyə emosional münasibəti imp­lisitləşdirir. Emosional-ekspressiv xüsusiyyətlər şifahi nitqdə daha çox qeydə alı­nır. Dil vasitəsilə müxtəlif emosional vəziyyətin müsahibə çatdırılması emo­tivlərin özlərinin ünsiyyət funksiyalarını yerinə yetirməsidir. Emosiyanın xü­susiy­yət­ləri, onların qrup xarakteri, polisemantikliyi, emotiv vasitələrin polufunk­sional­lı­ğına təsir göstərir. Emosionallığın və ekspressivliyin dildə ifadəsini tapmasının müx­təlif vasitələri vardır. Bura paralinqvistik (mimika, jest və s.), superseqment (in­to­nasiya, ritm, və s.), qeyri-verbal kontekst (nitq situasiyası), verbal kontekst (əla­və sözlər).

Ritorikada nitqi dinləyənlərin, adresat və adresatların emosional vəziyyətinə təsir göstərmək, onlarda emosiyanı gücləndirmək vacib şərtlərdən sayılır. Bu sahədə emosionallığın əldə edilməsi üçün paralinqvistik vasitələrə daha geniş yer verilir.

Paralinqvistik vasitələr nitqi müşaiyət etməklə kommunikasiyanın emo­si­o­nal tərəfini tamamlayır, müsahibin həmin andakı vəziyyəti barədə əlavə məlumat ve­rir (sakit, həyəcanlı, inamlı, yorğun). Paralinqvistik vasitələr dil vahidləri ilə pa­ra­­lel istifadə oluna bilər.

Nitqdə emosional vəziyyətin birbaşa ifadəsi qeyri-verbal vasitələrin köməyi ilə olur. Məsələn, qışqırmaq, səsini qaldırmaq, əli ələ vurmaq, əl çırpaq, yam­sıla­maq, dodağı büzmək və s. Bu vasitələr nitqin reallaşması prosesində müəyyən mə­­qam­larda üzə çıxır. Emosional – ekspressiv vəziyyət nitqin baş verdiyi şəraitlə əla­­qəlidir. Bu vəziyyət nitq prosesində dəyişir. Emosionallıq artır, azalır və s. Emo­­sionallıq mövzunun dəyişməsinə, qəfil kəsilməsinə, nitqdə ellep­tik va­sitə­lər­dən çox istifadə olunmasına, unison danışığa əsas yaradır.

Хüsusi üslubi səciyyəli funksional sistem olmaq etibarilə ədəbi dilin qeyri-rəsmi bir forması kimi rəsmi formaya – kitab dilinə qarşı qoyulan nitq danışıq dili adlandırılır. Danışıq aktının hazırlıqsız baş verməsinə, danışanların söhbətdə bilavasitə iştirak etməsinə görə ədəbi dildən fərqlənir. Danışıq dili özündə intellektual və emosional nitqi birləşdirir və çox zaman iki şəxs arasında gedən formada təzahür edir. «Şifahi nitqi danışıq dili (nitqi) ilə eyniləşdirmək olmaz. Bədii əsərlərdə verilən dialoq nitqi danışıq dili nümunəsi hesab olunur və şifahi nitq sayılmamalıdır. Çünki bu nitq artıq yazıya alınmışdır və yazılı nitqdir».

Sözün leksik-semantik təbiəti lüğət tərkibindəki sözlərin semantik yaxınlığa və ziddiyyətə, eləcə də fonetik cildin eyniliyi semantikasının fərqliliyinə görə qrup­lara bölünür. Sinonim, antonim və omonimlər də mətn daxilində üslubi funk­si­yalar yaradır. Antonimlər mətndə daha çox yanaşı işləndikdə və ya eyni kontekst da­xilində olduqda üslubi cəhətdən aktivləşirlər. Frazeoloji vahidlərin işlədilməsi də üslubla bağlılığa malikdir. Qeyd edilənlər üslubun leksik səviyyəli va­si­tə­lə­ri­dir. Bununla belə, onlar nitq prosesində nitqi yaradanın, nitqin müəllifinin emosi­o­nal və ekspressiv vəziyyətinin də ifadəsni gerçəkləşdirir.

Emosionallığın eyni bir ifadə vasitəsi nitqdə müxtəlif şəraitlərdə zidd emosi­yaları göstərə bilir. Fərqli mənaları ifadə edən nidalar müxtəlif intona­siyalarla tələffüz olunur.

Nida cümləsi keyfiyyətinə malik vahidlərin emosionallıq səciyyəsi mütləq şərt deyil. Digər tərəfdən, emosionallıq heç də həmişə nida cümləsi ilə əlaqədar deyildir. Nida cümləsi olmayan, başqa növ kommunikativ vahidlər də vardır.

Ekspressiv və emosional diskurs tipində iştirakçılar arasındakı danışıq emo­sional tonda gedir. Bu zaman tərəflərdən biri, bir neçəsi və ya hamısı emosional tərzdə söhbət aparır. Bəzən bir tərəf digərinə öz nöqteyi-nəzərini hər cür vəchlə sübut etmək istəyir və qarşı tərəfin mövqeyi ilə hesablaşmır. Eyni emosional vəziyyət qarşı tərəfdə də ola bilər.

Nitqdə elə konstruksiyaları yaranır ki, onların fikir ifadə etməsində intonasiya həlledici amilə çevrilir. İntonasiya müəyyən ünsiyyət şəraitində cümlələrin məna və məzmununu konkretləşdirməkdə və onların kommunikativ növlərini təmin etməkdə mühüm rol oynayır. Emosional narazılıq bildirən təkrarlarda istehza, gülüş, nifrət məna çalarları var.

Emosionallığın kommunikativ ifadə vasitələri müxtəlif münasibətləri bildirməkdə mühüm rol oynayırlar. Emosionallığın intensivliyini əldə etmək üçün bu vasitələr bir mərkəzə toplanır.

Nitqdə iştirakçı tərəflər yalnız informasiyanın ötürülməsi ilə kifayətlən­mirlər. Hər bir kommunikant müsahibənin hisslərinə təsir göstərməyə çalışır. Müsahibə təsir göstərmək arzusu nə qədər çox olursa, dil vasitələrinin seçilməsi, nitqdə işlədilməsinə diqqət artırılır. Məlümatın ekspressivliyi dil vasitələrinin daha ciddi şəkildə seçilməsinə səbəb olur.


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin