Azərbaycan monqol ağalığı dövründə


Monqolların Azərbaycana ilk yürüşlərinin nəticələri



Yüklə 441,29 Kb.
səhifə2/4
tarix01.01.2022
ölçüsü441,29 Kb.
#106797
1   2   3   4
Azərbaycan monqol ağalığı dövründə

Monqolların Azərbaycana ilk yürüşlərinin nəticələri

  • Monqolların Azərbaycana ilk yürüşləri kəşfiyyat xarakteri daşıyırdı. Lakin bu yürüşlər Azərbaycanda siyasi pərakəndəliyin hökm sürdüyünü bir daha sübut etdi. Düşmənə qarşı yekdilliklə mübarizə aparılmaması monqolların qələbəsini təmin etdi. Monqolların ilk yürüşləri Azərbaycanın ictimai-iqtisadi , siyasi və mədəni həyatına böyük zərbə vurdu. Monqolların keçdikləri ərazidə mədəniyyət abidələri, ticarət yolları dağıdıldı, kənd təsərrüfatı talan edildi, əkin yerləri tapdalandı, yanğınlar törədildi, mal-qara sürülüb aparıldı.
  • İqtisadi vəsiyasi qudrətini itirmiş Atabəylər dövləti ölkədə vəziyyəti nizama salmaq iqtidarında deyildi. Azərbaycanda yaranmış ağır vəziyyət yeni istilaçıların həmlələri üçün imkan yaratdı.
  • 1223-cü ildə qıpçaq dəstələri Şimali Qafqaz çöllərindən keçərək Dərbəndə gəldilər və buradan Azərbaycana soxuldular. Şirvanda qarətçilik edən qıpçaqlar Arrana gəlib Qəbələ və Gəncəyə tərəf irəlilədilər. Qəbələ şəhəri qıpçaqların yürüşündən böyük zərər çəkdi. Qıpçaqlar Gəncə hakimi ilə danışıqlar apardılar, onun nüfuz dairəsində olan ərazidə yaşamalarına razılıq istədilər və buna nail oldular
  • . Lakin tezliklə qıpçaqlar Gəncədə yerli əhaliyə əziyyət verməyə başladılar, onların əmlakını talayıb özlərini qul etdilər. Qıpçaqlara qarşı Arran, Şirvan, Gürcüstan və Dağıstan əhalisi arasında ittifaq yarandı və nəticədə qıpçaq dəstələri məğlub edildilər. Lakin Azərbaycanın ağır vəziyyətindən istifadə edən gürcü feodalları 1225-ci ildə Gəncəyə hücum etdilər, Gəncə qarət edildi.

Yüklə 441,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin