Azərbaycan monqol ağalığı dövründə


Monqol əsarəti və ona qarşı mübarizə



Yüklə 441,29 Kb.
səhifə4/4
tarix01.01.2022
ölçüsü441,29 Kb.
#106797
1   2   3   4
Azərbaycan monqol ağalığı dövründə

Monqol əsarəti və ona qarşı mübarizə

  • Azərbaycan xalqı monqol əsarətinə qarşı daim mübarizə aparmışdır. Çox vaxt feodal zülmündən cana doymuş kəndlilər silahlı dəstələr düzəldir, monqol feodallarının mülklərinə basqınlar edir, onları öldürməkdən də çəkinmirdilər. Bəzən bu mübarizə yerli feodallar da qoşulur, kəndli dəstələrinə başçılıq edirdilər.
  • Monqol zülmünün ilk illərində Qarabağda böyük üsyan oldu. Bu üsyana yerli hakim Həsən Cəlal başçılıq edirdi. Bir qədər sonra Şirvanda da böyük çıxışlar baş verdi. Şəhər zəhmətkeşləri, sənətkarlar da bu çıxışlarda iştirak edirdilər. Belə çıxışlardan biri Təbriz şəhərində oldu. Bütün bu çıxışların çox ciddi xarakterli olmalarına baxmayaraq üsyançılar yaxşı silahlanmış, sayca daha çox olan qoşunlara ciddi müqavimət göstərə bilməyərək məğlubiyyətə düçar olurdu.

Nəticə

  • Monqolların II yürüşdə məqsədi işğal etdikləri ərazilərdə, əsasən Azərbaycanda və ona qonşu olan ərazilərdə möhkəmlənmək idi. Onlar Monqolustana qayıtmadılar və tutduqları ərazilərdə, o cümlədən Cənubi Qafqazda məskunlaşdılar. Azərbaycan və Cənubi Qafqaz ərazisi 1239-1256-cı illərdə Böyük Monqol imperatorluğunun buradakı canişinləri tərəfindən idarə olundu. Monqol əyanlarının Azərbaycanda həyata keçirdiyi siyasətin əsas mahiyyəti yerli feodalların-vassalların köçmə monqol əyanlarından asılılığını getdikcə artırmaq idi. Köçmənlərin bir qismi yerli feodallarla ittifaqa üstünlük verirdilərsə, başqaları onlara heç bir hüququn verilməməsinin tərəfdarı idi.

Yüklə 441,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin