Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı



Yüklə 18,01 Kb.
tarix17.11.2018
ölçüsü18,01 Kb.
#83635

Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı

Zərbə” qəzetinə qarşı



Azərbaycan Mətbuat Şurasının Qərarı №152

Qərarın qəbul olunduğu tarix: 30 dekabr 2009-cu il

Şikayətin məzmunu:

Azərbaycan Müəllimlər İnstitutu Gəncə filialının rəhbərliyi Azərbaycan Mətbuat Şurasına müraciətində həmin şəhərdə ayda bir dəfə çıxan “Zərbə” qəzetinin ilk saylarından müxtəlif vəzifəli, peşəli insanlar barədə təhqiramiz, həqiqətə söykənməyən, təhdidedici materiallara geniş yer verdiyini göstərib. Qəzetin 2009-cu ilin oktyabr sayının ikinci səhifəsində gedən 50 anonsda peşə etikası ilə bir araya sığmayan cəhətlərin özünü aşkar biruzə verdiyini vurğulayan məktub müəllifləri filialın direktoru, professor Ramiz Məmmədovun da “Gəncə şəhərində yerləşən DİN-in texniki baxış şöbəsinin rəisi Qafar müəllimin qoyduğu gündəlik tas onun xərclərini ödəyirmi? Şöbəsinin rəisi Qafar müəllimdir yoxsa Knyaz? Qafar müəllim qaynatası Ramiz Məmmədovamı arxayındır? Görəsən Ramiz müəllim Müəllimlər institunda testdən yayınmış, əyani və qiyabi bəzi tələbələrə saxta diplom verdiyi kimi öz kürəkəni Qafara damı verərək onu mayor edib? Bunun üçün Qafar qaynatası Ramiz müəllimə arxayın olaraq Gəncədə dinc sürücülərə divan tutur və istədiyi qiymətlərlə texniki baxış keçirdir” kimi əsassız, fakta, reallığa söykənməyən fikirlərdə şantaj hədəfi seçildiyi bildirilib.Müraciətdə Azərbaycan Mətbuat Şurasından “Zərbə” qəzetinin fəaliyyətinin araşdırılıması, ali təhsil müəssisəsi rəhbərinin şərəf və ləyaqətinin təhqirinə, işgüzar nüfuzunun aşağılanmasına yönələn fikirlərin müzakirə olunaraq nəşr barədə müvafiq ölçü götürülməsi xahiş edilib.



Cavabdehin izahatı:

İzahat təqdim olunmayıb. “Zərbə” qəzetinin rəhbərliyi Azərbaycan Mətbuat Şurası Şikayətlər üzrə Komissiyasının 20 noyabr 2009-cu il tarixli iclasında məsələnin müzakirəsində iştirak edəcəyini bildirsə də, naməlum səbəbdən tədbirə qatılmayıb.



Azərbaycan Mətbuat Şurasının Qərarı

Azərbaycan Mətbuat Şurası Şuranın Şikayətlər üzrə Komissiyasının 20 noyabr 2009-cu il tarixli iclasının Azərbaycan Müəllimlər İnstitutu Gəncə filialı rəhbərliyinin “Zərbə” qəzeti ilə bağlı müraciəti əsasında rəyini və toplanmış materialları müzakirə edərək qənaətə gəlib ki, həmin nəşrin fəaliyyətində “reket jurnalistika”ya xas cəhətlər özünü göstərməkdədir. Ayda bir dəfə işıq üzü görən qəzet oxuculara informasiya, müxtəlif məsələlərə dair bilgilər vermək, dolğun materiallar təqdim etmək əvəzinə etik prinsiplərə aşkar sayğısızlıqla böhtan, təhdidedici xarakterli nümunələri səhifələrinə çıxarmaqdadır. Nəşrin oktyabr 2009-cu il tarixli sayında gedən yazıların tam əksəriyyətinə bu xarakterikdir. Mətbu vasitəyə belə yanaşma sivil jurnalistika ilə bağlı marağın arxa planda olduğunu göstərməkdədir. Qəzetin ikinci səhifəsindəki 50 anonsun məzmun və mahiyyətindən də bu nəticə hasil olur. Mətbuat Şurası qərara alıb ki, orada gedən “Gəncə şəhərində yerləşən DİN-in texniki baxış şöbəsinin rəisi Qafar müəllimin qoyduğu gündəlik tas onun xərclərini ödəyirmi? Şöbəsinin rəisi Qafar müəllimdir yoxsa Knyaz? Qafar müəllim qaynatası Ramiz Məmmədovamı arxayındır? Görəsən Ramiz müəllim Müəllimlər institunda testdən yayınmış, əyani və qiyabi bəzi tələbələrə saxta diplom verdiyi kimi öz kürəkəni Qafara damı verərək onu mayor edib? Bunun üçün Qafar qaynatası Ramiz müəllimə arxayın olaraq Gəncədə dinc sürücülərə divan tutur və istədiyi qiymətlərlə texniki baxış keçirdir” mətnli anonsda “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın prinsip və bəndlərinin tələblərinə məhz belə tərzdə yanaşılıb.Mətbuat Şurası bildirir ki, istənilən şəxsin yaxın qohumu barədə tənqidi materiallar vermək hər bir qəzetin müstəsna hüququdur. Lakin bu zaman yaxınlar, hər iki cinah qanunlara zidd hərəkətlərdə ittihamlandırılarkən fikirlər məntiqə, müvafiq sənədlərə, dəlil-sübutlara söykənməlidir. “Zərbə” qəzeti həmin tələbi gözləməyərək oxucu fikrini-təhsilə aid olmayan başqa sahədə, yəni texniki baxış şöbəsinin rəisi işləyən şəxslə bağlı mənfi rəyi onun AMİ-nin Gəncə filialının direktoru olan qohumu ilə əlaqələndirilməsinə yönəldən cəhdə baş vurub. Qəzet anonsda filial direktorunu saxtakarlıqda, qanuna zidd hərəkətlərdə ittihamlandırarkən eyni üsulu seçib. Nəticədə “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın “Həqiqətə xidmət, dəqiqlik və obyektivlik” adlı 1-ci prinsipinin 1.1 bəndinin “jurnalistikanın ali məqsədi həqiqəti yaymaqdır, obyektivlik isə əsas peşəkarlıq meyarıdır”, “İnformasiya qaynaqlarına sayğılı yanaşma” adlı 2-ci prinsipinin 2.2 bəndinin “qeyri-rəsmi mənbələrin məlumatları onların həqiqətə uyğunluğu və informasiya dəyəri yoxlanılmadan yayılmamalıdır”, “Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı” adlı 3-cü prinsipinin 3.2 bəndinin “jurnalist görüşdüyü, haqqında yazdığı hər bir şəxsin şərəf və ləyaqətinə, şəxsi həyatının toxunulmazlığı prinsipinə hörmətlə yanaşmalıdır”, “Jurnalistin özünün və çalışdığı orqanın reputasiyasının qorunması” adlı 4-cü prinsipinin 4.2 bəndinin “jurnalist redaksiyada çalışdığı vaxtda onun və ya işlədiyi informasiya orqanının reputasiyasına kölgə salan, obyektivliyinə inamı azaldan hər hansı başqa işlə məşğul olmaqdan çəkinməlidir”, 4.3 bəndinin “redaksiya tapşırığı qanunlara və peşə əxlaqına zidd olduqda, jurnalistin həmin tapşırıqdan imtina etmək hüququ var” tələbləri pozulub. Mətbuat Şurası nəşrdəki çoxsaylı dil, üslub pozuntularının burada peşəkar mühit olmadığından qaynaqlandığı qənaətinə gəlib. Şura qərar çıxararkən MŞ-nin “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının “Zərbə” qəzeti ilə bağlı araşdırmasının yekununun da nəzərə alınmasını vacib sayıb. Belə ki, qəzet rəhbərliyi Şuranın müvafiq rəyindən nəticə çıxarmaq əvəzinə nəşrin noyabr sayında da eyni tərzli fəaliyyətini davam etdirirb.”Ramiz Məmmədov bizə xox gəlir MŞ əilə. Getsin yararsız müəllimlərinə, kollektivinə xox gəlsin” mətnində eyni tərzli fəaliyyətdə israrlı olduğunu göstərib. Azərbaycan Mətbuat Şurası bütün bunları nəzərə alaraq Qərara Alır:

  1. “Zərbə” qəzeti nəşrin oktyabr (2009-cu il) tarixli sayında gedən anonsda “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın “Həqiqətə xidmət, dəqiqlik və obyektivlik” adlı 1-ci prinsipinin 1.1 bəndinin “jurnalistikanın ali məqsədi həqiqəti yaymaqdır, obyektivlik isə əsas peşəkarlıq meyarıdır”, “İnformasiya qaynaqlarına sayğılı yanaşma” adlı 2-ci prinsipinin 2.2 bəndinin “qeyri-rəsmi mənbələrin məlumatları onların həqiqətə uyğunluğu və informasiya dəyəri yoxlanılmadan yayılmamalıdır”, “Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı” adlı 3-cü prinsipinin 3.2 bəndinin “jurnalist görüşdüyü, haqqında yazdığı hər bir şəxsin şərəf və ləyaqətinə, şəxsi həyatının toxunulmazlığı prinsipinə hörmətlə yanaşmalıdır”, “Jurnalistin özünün və çalışdığı orqanın reputasiyasının qorunması” adlı 4-cü prinsipinin 4.2 bəndinin “jurnalist redaksiyada çalışdığı vaxtda onun və ya işlədiyi informasiya orqanının reputasiyasına kölgə salan, obyektivliyinə inamı azaldan hər hansı başqa işlə məşğul olmaqdan çəkinməlidir”, 4.3 bəndinin “redaksiya tapşırığı qanunlara və peşə əxlaqına zidd olduqda, jurnalistin həmin tapşırıqdan imtina etmək hüququ var” tələblərini pozub.



  1. “Zərbə” qəzeti etik prinsiplərə zidd halları fəaliyyətində normativə çevirdiyi üçün “reket qəzet” adlandırılsın və Azərbaycan Mətbuat Şurasının “qara siyahı”sına daxil edilsin.

Əflatun Amaşov Azərbaycan Mətbuat Şurasının sədri



1. 8.
2. 9.
3. 10.
4. 11.
5. 12.
6. 13.
7. 14.
Yüklə 18,01 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin