Azərbaycan qədim dövrlərdən öz təbii sərvətləri, neft, qaz kimi zənginlikləri ilə məşhur olmuşdur. Bu sahədə partlayış isə XIX əsrin sonlarında baş vermiş və beləliklə, Azərbaycanda neft sənayesinin əsası qoyulmuşdur



Yüklə 60,87 Kb.
səhifə2/7
tarix10.01.2022
ölçüsü60,87 Kb.
#108895
1   2   3   4   5   6   7
Avropa ölkələrinin

mətbuatında yazılanlar


Avropa ölkələrinin mətbu orqanlarında Azərbaycan haqqında müxtəlif məzmunlu xəbərlərə, yazılara tez-tez rast gəlmək olur. Xüsusilə də enerji sahəsində yazılan yazılardı Azərbaycanın öz yeri var.Azərbaycan üçün bu ölkələrdə baş verənlər maraqlı olduğu kimi, bu ölkələrdə də Azərbaycanın iştirak etdiyi enerji layihələri, gördüyü işlər, atdığı imzalar daim izlənilir.

Böyük Britaniyanın məşhur «Guardian»ı da öz səhifələrində Azərbaycana geniş yer ayıran qəzetlərdəndir. Burda dərc olunmuş yazılarda əsasən şərhlərə, analizə üstünlük verilir. Azərbaycanın adı daha çox iştirak etdiyi enerji layihələri barədə yazılarda çəkilir.

Məslən, məqalələrdən biri Azərbaycan-Gürcüstan-Rusiya münasibətlərinə, müharibənin enerji məsələlərinə təsirindən bəhs edir. «Brüssel Azərbaycanın boru xətti xəyalını izləməyi məsləhət görür» başlıqlı yazıda Gürcüstan-Rusiya müharibəsinin Qafqaz ölkələrinə, o sümlədən burada mühüm mövqe tutan Azərbaycana təsirindən bəhs edir.

«...The conflict in the Caucasus has led many experts to dismiss Nabucco, the planned 3,300km pipeline from Azerbaijan to Europe via Georgia and Turkey...»*

*Bu müharibə Azərbaycanın bir çox layihələrinə müəyyən dərəcədə təsir etdi. Yuxarıda verilən hissədə isə Nabucco layihəsindən bəhs edilir. Belə ki, Qafqazdakı konflikt bir çox ekspertlərdə bu layihədən imtina etmək fikrini yaradıb.

Məşhur «Times» qəzeti də Azərbaycan adını öz xəbərlərində, analitik yazılarında tez-tez hallandırır. Belə yazılardan biri Bakı-Tibilisi-Ceyhan layihəsinə
*The Guardian September 12 2008
bəslənən ümüdlər haqqında danışır. Yazı «Azərbaycandan neft axını, qiymətlərdə dəyişikli gözlənilir» adlanır.

«...A steady and increasing flow of crude from the Caspian Sea will help to quench the fire in the oil futures market, according to Leo Drollas, director of the Centre for Global Energy Studies....»*

*Qlobal Enerjinin Mərkəzinin başçısı L. Dollarsın bu dəyişikliklər barədə dedikləri maraqlıdır. Belə ki, Azərbaycan neftinin neft bazarında baş alıb gedən «yanğını» söndürəcəyi gözlənilir.

Bundan başqa yazıda BTC-nin imkanları, boru xətti haqqında statistik məlumatlar, onun iştirakçısı olan ölkələrə təsiri, ümumiyyətlə enerji bazarına təsiri geniş işıqlandırlılb. Bu yazını oxuduqda proyek haqqında lazımi məlumatı almaq mümkündür.

Ukrayna mətbuatının Azərbaycan həyatını işıqlandırması da maraq doğurur. Burda Azərbaycanın prezident seçkilərindən, mədəniyyətinə qədər bir mövzular işlənib. Neft isə Ukraynanı xüsusilə maraqlandıran məsələlərdəndir. «Ukrainian Journal»da daha çox Ukraynanın Azərbaycanla iş birliyində olduğu layihələr haqqında qısa xəbərlər yer alır.

Bir xəbərdə Ukraynanın ən iri neft istehsalçısı UkpNaftanın Azərbaycanın SOCAR-ıyla planlaşdırılan maraqlı layihəsindən danışılır.

«...UkrNafta, Ukraine’s largest oil producer, and SOCAR, Azerbaijan’s state oil company, may create a joint venture to refine Caspian Sea crude oil at two oil refineries in Ukraine, a top official said Wednesday...»*

*Belə ki, bu iki şirkət Azərbaycanın xam neftinin Ukraynada istehsalı barədə danışıqlara başlayıblar. Buna görə Ukrayna mətbuatı bu məsələyə ciddi fikir verir.


* The Times June 2 2006

* Ukrainian Journal January 8 2008

Azərbaycan nefti haqqında geniş yazılara Gürcüstanda nəşr olunan «Qafqaz» qəzetində də rast gəlmək olar. Bu mətbu orqanda Azərbaycanın enerji sahəsində atdığı hər bir addım işıqlandırılır. Ən azı Azərbaycanın dövrü nəşrləri kimi bu qəzet də belə məsələlərə önəm verir.

Qəzetdə nəşr olunan yazılardın biri belə adlanır «Türkmənistan-Azərbaycan sazişi Enerji sahəsində ümüdləri artırır»

Adından görüldüyü kimi məqalədə Türkmənistanla Azərbaycan arasında Xəzərin Enerji resurslarını inkişaf etdirmək üçün bağlanmış müqavilənin yaradacağı imkanlardan bəhs edilir. Məsələyə bir neçə rakursdan baxılır.

Daha bir xəbər Azərbaycanın Rusiyaya neft idxalını dayandırması ilə bağlıdır. Belə ki, Azərbaycan 2007-ci ilin yanvarında Rusiyanın QazProm şirkəti ilə yaranmış problemin həlli müddətində Azərbaycan neft idxalını kəsmişdi.

«The export chief of Azerbaijan's state oil firm, SOCAR, Mukhtar Babayev, told the AFP news agency that SOCAR halted its deliveries to Russia on January 1.Babayev said the oil would be used to fuel Azerbaijani power stations that formerly ran on Russian natural gas.»*

*Xəbərdə SOCAR-ın nümayəndəsi Muxtar Babayevin açıqlaması da verilib. Belə ki, Azərbaycan nefti bir müddət əvvəl Rusiya qazı ilə işləyən enerji stansiyalarının işə salınmasında istifadə deəcək.

Bakı-Tibilisi-Ceyhan mövzusu da «Qafqaz»ın diqqət mərkəzində idi. Təbii ki, Gürcüstanın mətbu orqanında bu barədə xəbərlərin daha çox yer alması normaldır. Belə xəbərlərdən birində Qazağıstan neftinin BTC ilə axınına razılıq əldə olunması haqqında informasiya verilir. Elə bu xəbərlə bərabər hadisəni şərh edən bir yazı da dərc olunub. Məqalədə bu addımın tərəflər üçün yaratdığı imkanlardan bəhs olunur.

*Caucaz January 8 2007




Yüklə 60,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin