Azərbaycan qədim dövrlərdən öz təbii sərvətləri, neft, qaz kimi zənginlikləri ilə məşhur olmuşdur. Bu sahədə partlayış isə XIX əsrin sonlarında baş vermiş və beləliklə, Azərbaycanda neft sənayesinin əsası qoyulmuşdur



Yüklə 60,87 Kb.
səhifə5/7
tarix10.01.2022
ölçüsü60,87 Kb.
#108895
1   2   3   4   5   6   7
Amerika mətbuatında

«Azərbaycan və neft» mövzusu
Amerika qitəsi bizdən nə qədər uzaq olsa da, müəyyən mənada maraqlar toqquşur və buna görə də bu ölkəkələrin mətbu orqanlarında da Azərbaycan haqda xəbərlərə, silsilə yazılara rast gəlmək olur. Təbii ki, Azərbaycan Bakı deyəndə burda da ilk yada düşən söz «oil, petrol» yəni neft olur.

Xüsusilə də ABŞ-ın dünyaca məşhur dövrü nəşrlərində Azərbaycan və onun neft layihələri haqqında yazılanlar daha maraqlıdır. Çünki burda məsələyə fərqli yanaşmalar var.

Məşhur «Nyu-York Tayms» qəzetində Azərbaycan barədə müxtəlif yazılara rast gəlmək olar. Təbii ki, həm xəbərlərin, həm də analitik yazıların əsas hədəfi neftdir.

Məsələn, xəbərlərdən biri BP-nin Azərbaycanda keçirdiyi brifinq haqqındadır. Yazının başlığı belədir «Dünya brifinqi. Asiya: Azərbaycan» Xəbər BP-nin Azərbaycan üzrə prezidenti Bill Şraderin jurnalistlərlə görüşündən bəhs edir. Burda əsas mövzu neft olmasa da, Azərbaycana önəmli yatırımlar etmiş şirkət haqqında ittihamlar var idi. Bu da dünyanın gözündən qaça bilməzdi. Belə ki, BP 1992-93-cü illərdə çevriliş etmək istəyi ilə bağlı çıxan xəbərləri inkar üçün bu konfransı keçirirdi.



«An executive of the energy company BP felt compelled to hold a news conference in Baku, the capital of oil-rich Azerbaijan, to deny allegations that the company had tried to stage coups in 1992 and 1993. The executive, Bill Schrader, the country president for BP, said such an action would ''contradict corporate philosophy''...»*
*New-York Times May 30 2007

Bakı-Tibilisi-Ceyhan boru xəttinin istifadəyə verilməsi kimi mühüm hadisə də bu qəzetin diqqətindən yayına bilməzdi. «Nyu-York Tayms» da bu hadisəni, onun tarixini, inkişafını əks etdirən geniş bir yazı nəşr olunmuşdu.



«Boru xətti hazırdır, Azərbaycan nefti Türkiyəyə axmağa başladı» adlanan məqalənin müəllifi ERIN E. ARVEDLUND öz yazısında əsasən BTC-nin hazır olana qədər keçdiyi çətin tarixi yolu, hazırlanma mərhələlərini, burda iştirak edən ölkələrin vəziyyətini və Amerikanın bu layihəyə münasibətini əks etdirməyə çalışmışdır. Məsələn, Ilham Əliyevin ABŞ-ın layihəyə dəstəyi haqda dediyi sözlər xüsusilə vurğulanıb:

« "Some did not believe in the realization of this project, some tried to disrupt it, but the support of the United States and the activity of BP helped realize the project," the president of Azerbaijan, Ilham Aliyev, said at a news conference.... »*

*Ilham Əliyev qeyd edib ki, bir çoxları bu layihənin reallaşmasına inanmırdılar, bəziləri mane olurdular. Lakin ABŞ-ın dəstəyi və BP-nin fəallığı nəticəsində layihə gerçəkləşdi.

Bu məqalədə ABŞ Dövlət Departamentinin sözcüsü Richard A. Boucherin BTC haqqında dediyi sözlər də diqqəti cəlb edir.

"The Baku-Tbilisi-Ceyhan pipeline is a major success for the United States goal of enhancing and diversifying global energy supplies," Mr. Boucher said. *

*Cənab Boucher BTC-nin ABŞ-ın qlobal enerji təchizatlarının inkişaf etdirilməsi yolunda gördüyü işlərdən ən uğurlusudur.

Bu sözlər Azərbaycanın enerji bazarında önəmini bir daha təstiqləyir.




Yüklə 60,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin