«Vaşinqton-Post»da da bu mövzuda xəbərlər var. Onlardan biri Rusiyanın enerji layihəsi, Azərbaycanın bu proyektdəki yeri və ABŞ-ın buna tənqidi münasibətindən bəhs edilir. Xəbər elə belə də adlanır «ABŞ Rusiyanın enerji layihəsini tənqid edir»
«...Russia and the U.S. are struggling for influence over energy export routes from the former Soviet Union. Also in Azerbaijan, U.S. Energy Secretary Samuel Bodman said the Russian creation of an OPEC-like group to coordinate prices would be bad for consumer nations...”*
*ABŞ və Rusiya daim keçmiş Sovet ölkələrinin enerji məsələlərinə təsir göstərrmək uğrunda mübarizə aparıblar. Bu ölkələrdən biri də Azərbaycandır. ABŞ-ın fikrincə Rusiyanın qiymətlərə təsir etməsi enerji tələbatı olan digər ölkələrə təsir göstərəcək. Xəbərin əsasında bu fikir və ABŞ-ın Rusiyanın enerji siyasəti haqqında dediyi fikirlər durur.
*New-York Posts August 23 2008
*Washington-Post November 13 2008
Nəticə
Burada ancaq bəzi ölkələrin mətbuat orqanları və onların Azərbaycan nefti haqqında yazdıqları təqdim olunub. Hər bir qəzetdə və ya jurnalda nəşr olunanlar ölkənin bu məsələyə baxışını, münasibətini əks etdirir. Danılmaz faktdır ki, bu ölkələrin Azərbaycana belə maraq göstərməsinin əsas səbəbi «neft»dir. Ona görə Azərbaycan haqqında, hətta başqa mövzuda yazı yazarkən ilk olaraq buna neft maraqları fonunda yanaşılır, belə demək mümkünə ölçülür-biçilir.
Hazırda Azərbaycan neftinin verdiyi xeyirlər və vurduğu ziyanları haqqında xarici ölkələrin mətbuatında yer alan mütəxəssis fikirləri müxtəlifdir. Belə ki, bəzi fərziyyələrə görə ölkədə Holland sindromunun simptomları nəzərə çarpır. Xarici mətbuat bunu Azərbaycanın gələcək inkişafı üçün təhlükə hesab edir. Çünki neft tükənən sərvətdir və əgər Azərbaycan neft bitdikdən sonra da dünyayla əlaqələrinin möhkəm olmasını istəyirsə, digər sahələrə də diqqət ayırmalıdır.
Görünür ki, bu məsələdə Azərbaycanda bir çox ölkələrin maraqları toqquşur. Buna görə də Azərbaycan nefti, onun gəlirləri, bu pulların hara xərclənməsi və s. kimi mühüm məsələlər uzun müddət dünyanın, deməli mətbuatın da maraq dairəsində olacaq.
Dostları ilə paylaş: |