Azərbaycan Resbuplikası Elm və Təhsil Nazirliyi Sumqayıt Dövlət Üniversiteti Fizika və Elektroenergetika Fakültəsi



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə4/5
tarix26.11.2023
ölçüsü1,22 Mb.
#135272
1   2   3   4   5
pedaqogika serbest iş

T
əlim prosesinin ziddiyyətləri. 
T
əlim prosesi üçün xarakterik ziddiyyətlər bunlardır:
c
əmiyyətin artan tələbləri ilə təlim prosesinin real imkanları arasında ziddiyyət; yeni
v
əzifələrlə təlimin mövcud səviyyəsi arasında ziddiyyət; müəllimin öyrətmə fəaliyyəti ilə
şagirdin (tələbənin) öyrənmə fəaliyyəti arasında ziddiyyət; şagirdin (tələbənin)
18 


qavraması və anlaması arasında ziddiyyət; mövcud biliklərlə onları tətbiq etmək
bacarıqları arasında ziddiyyət və s. 
Müəllim təlim prosesindəki ziddiyyətləri görməli və onların ardıcıl həllinə nail olmalıdır.
Göstərilən ziddiyyətlərin həll olunması təlim prosesi və onun tərkib hissələrinin (təlimin
m
əzmunu, metod və formalarının) inkişafı və təkmilləşdirilməsinə, şagirdlərin dərin
bilikl
ərə, bacarıq və vərdişlərə yiyələnməsinə, zehni inkişafın, fəallıq və müstəqilliyin
güclənməsinə səbəb olur. 
T
əlim prosesinin ziddiyyətlərini nəzərə almaqla müəllim bu prosesi daha səmərəli
qurmağa, təlimin qarşısında duran funksiyaları daha müvəffəqiyyətlə yerinə yetirməyə
çalışmalıdır. 
T
əlimin funksiyaları. 
T
əlim üç başlıca funksiyanı yerinə yetirir: öyrətmək, tərbiyə etmək
v
ə inkişaf etdirmək. 
T
əlimin 
öyrədici funksiyası 
şagirdləri proqram dairəsində bilik, bacarıq və vərdişlərlə
silahlandırmaqda ifadə olunur. Təlimdə həm xüsusi (ayrı-ayrı fənlər üzrə), həm də
ümumi (bütün fənlər üçün zəruri olan) bacarıq və vərdişlər aşılanmalıdır. Ümumi bacarıq
v
ə vərdişlərə kitabla iş, planlaşdırma, optimal tempdə oxumaq və yazmaq, ifadə və inşa
yazmaq, m
ətni yığcam danışmaq, özünənəzarət bacarıq və vərdişləri daxildir. Belə
bacarıqlara yiyələnən şagirdlər uğurla oxuyur, təlimdə az vaxt və qüvvə sərf etməklə
daha yüksək nəticələrə nail olurlar. 
T
əlimin 
t
ərbiyəedici funksiyası 
t
əlim prosesində şagirdləri tərbiyə etməkdə ifadə olunur.
G
ənc nəsildə vətənpərvərlik, milli iftixar hissi, humanizm və digər ideya-mənəvi
keyfiyy
ətlər tərbiyə etməkdə, onlara yüksək hisslər aşılamaqda təlim əvəzsiz vasitədir.
T
ərbiyə funksiyası təlimin məzmunu, təşkili formaları və metodları, müəllimin şəxsi
nümunəsi və ünsiyyət prosesi vasitəsilə həyata keçirilir. 
T
əlimin 
inkişafetdirici funksiyası 
t
əlim prosesində şagirdlərin ümumi inkişafında, psixi
prosesl
ərinin təşəkkülündə ifadə olunur. Təlim özlüyündə şagirdlərin diqqətinin,
hafiz
əsinin, təfəkkür və təxəyyülünün inkişafını təmin etmir. Bu inkişafı təmin etmək
üçün təlimi xüsusi istiqamətləndirmək lazımdır. Müəllim təlim prosesinin imkanlarından
istifad
ə edərək, gənc nəslin zehni, mənəvi, iradi və emosional inkişafı üçün əlverişli
şərait yaratmalıdır. 
19 


Real t
əlim prosesində təlimin hər üç funksiyası vəhdətdə özünü göstərir. Müəllim təlimin
öyrədici, tərbiyəedici və inkişafetdirici funksiyalarını qarşılıqlı əlaqədə həyata keçirməklə
şagird şəxsiyyətinin formalaşması və inkişafına kömək göstərə bilər. 
T
əlim funksiyalarının yerinə yetirilməsində müəllim-şagird (tələbə) ünsiyyəti və təlim
prosesinin quruluşu da müəyyən əhəmiyyət kəsb edir. Demokratik, qarşılıqlı hörmətə
əsaslanan ünsiyyət üslubu, eləcə də təlim prosesinin quruluş ünsürlərinin düzgün təşkili
t
əlim funksiyalarını yerinə yetirmək baxımından böyük imkanlara malikdir. 

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin