Təhsil sahəsi işçilərinin qulluqçu
vəzifələrinin Vahid Tarif-İxtisas
sorğu kitabçası
Hissə - 75
G i r i ş
Qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu (VTİS) kitabçasının Təhsil, tərbiyə bölməsinə daxil olan qulluqçu vəzifələrinin tarif-ixtisas xüsusiyyətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 1993-cü il tarixli 205 saylı "Azərbaycan Respublikasında fəhlə və qulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqımda" və 25 aprel 1995-ci il tarixli 93 saylı "Fəhlə peşələri və qulluqçu vəzifələri üzrə ümum-respublika təsnifatının və fəhlə peşələrinin, qulluqçu vəzifələrinin, Vahid Tarif-İxtisas Sorğu kitabçalarının işlənib hazırlanması haqqında" qərarlarının icrası ilə əlaqədar tərtib olunmuşdur.
Tarif-ixtisas sorğu kitabçası əməyin Vahid Tarif Cədvəli (VTC) əsasında ödənilməsinin tətbiqi zamanı normativ sənəd kimi istifadə edilmək üçün hazırlanmışdır.
Burada göstərilməyən vəzifələr üzrə təhsil sahəsində işləyən qulluqçuların və fəhlələrin əməyinin ödənilməsi təhsil müəssisələri işçiləri üçün nəzərdə tutulmuş şərtlər nəzərə alınmaqla müvafiq sahələr üçün müəyyən olunmuş qaydada həyata keçirilir.
Tarif ixtisas sorğu kitabçası kadrların seçilməsi və yerləşdirilməsi, onların peşə ixtisasının artırılması, eləcə də əmək funksiyalarının və əməyin ödənilməsi dərəcələri üzrə ixtisas tələblərinin müvafiq qaydada uyğunluğunu təmin edir.
Vəzifə maaşları və stavkalar ştat cədvəli üzrə orta maaşlara riayət olunmadan müəyyən edilir.
Dostları ilə paylaş: |