Ödəniş dərəcələrinə ixtisas tələbləri:
Ali və ya orta ixtisas təhsilli;
8-ci dərəcə (tərbiyəçi) - orta ixtisas təhsilli, staja tələb qoyulmadan;
9-cu dərəcə (tərbiyəçi) - orta ixtisas təhsilli, 3 ildən 5 ilədək pedaqoji stajı olan və ya orta ixtisas məktəbini fərqlənmə diplomu ilə bitirən;
10-cu dərəcə (tərbiyəçi) - ali təhsilli, iş stajına tələb qoyulmadan; orta ixtisas təhsilli, 5 ildən 10 ilədək pedaqoji stajı olan;
11-ci dərəcə (tərbiyəçi) - ali təhsilli, 3 ildən 8 ilədək pedaqoji stajı olan və ya ali məktəbi fərqlənmə diplomu ilə bitirənlər; orta ixtisas təhsilli, 10 ildən 15 ilədək pedaqoji stajı olan;
12-ci dərəcə - (II kateqoriya tərbiyəçi) - ali təhsilli, 8 ildən 13 ilədək pedaqoji stajı olan; orta ixtisas təhsilli, pedaqoji stajı 15 ildən çox olan;
13-cü dərəcə - (I kateqoriya tərbiyəçi) - ali təhsilli, 13 ildən 18 ilədək pedaqoji stajı olan; orta ixtisas təhsilli, təcrübəsi respublika səviyyəsində yayılmış;
14-cü dərəcə (ali kateqoriya tərbiyəçi) - ali təhsilli, 18 ildən çox pedaqoji stajı olan və ya stajından asılı olmayaraq təcrübəsi respublika səviyyəsində yayılmış.
Dostları ilə paylaş: |