Azərbaycan Respublğikaeı Nazirliklərinin Dövlət Komitələrinin və başqa Mərkəzi İcra hakimiyyəti


Ödəniş dərəcələrinə ixtisas tələbləri



Yüklə 1,67 Mb.
səhifə13/147
tarix10.01.2022
ölçüsü1,67 Mb.
#109970
1   ...   9   10   11   12   13   14   15   16   ...   147
Ödəniş dərəcələrinə ixtisas tələbləri:

18-ci dərəcə - ali təhsil, 10 il pedaqoji və 5 il rəhbər işlərdə staj.



DİREKTOR MÜAVİNİ

Əmək funksiyası:

Direktor müavini respublikada fəaliyyət göstərən peşə təhsili müəssisələrində ixtisaslı fəhlə kadrları hazırlığının metodiki təminatı və onun təkmilləşdirilməsi üzrə iş aparır.

Təhsil Qanununa, Təhsil Nazirliyinin normativ sənədlərinə və texniki peşə təhsili üzrə respublikada tədris-metodika kabinetinin əsasnaməsinə uyğun olaraq onun laboratoriyalarının fəaliyyətinə nəzarət edir, onların işini ixtisaslı fəhlə kadrlarının hazırlanması keyfiyyətinin yüksəldilməsinə istiqamətləndirir və bu işin daha da təkmilləşdirilməsi üçün təkliflər verir.

Rəhbər və mühəndis-pedaqoji işçilərin metodiki hazırlığı və ixtisasının artırılması vəziyyətinin təhlil edilməsi, təlim və tərbiyənin yeni forma və metodlarının tətbiqinə dair eksperimentlərin keçirilməsi və onların nəticələrinin ümumiləşdirilməsi işlərində iştirak edir.

Respublikanın xalq təsərrüfatının inkişafına uyğun olaraq yeni peşələrin müəyyənləşdirilməsi, onların peşə məktəbi və peşə litseylərində hazırlanması üçün təkliflərin verilməsində iştirak edir.

Peşə məktəbi və peşə litseylərində tədris plan və proqramların yerinə yetirilməsində, metodiki işlərin təşkilində rəhbər və mühəndis-pedaqoji işçilərə metodiki köməklik göstərir və bu sahədə qarşıya çıxan çətinliklərin aradan qaldırılması üçün lazımi məsləhətlər verir.

Direktor olmayanda müvafiq qaydada onu əvəz edir.

Bilməlidir:

"Azərbaycan Respublikasının Təhsil Qanunu"nu, Təhsil Nazirliyinin normativ sənədlərini, maliyyə-təsərrüfat işlərini idarə etməyin forma və metodlarını, pedaqogika və psixologiyanın əsaslarını, normativ sənədlərin tərtibi qaydalarını, tədris plan və proqramların tərtibinə dair tələblərin, kabinet və peşə təhsili müəssisələri işçilərinin ixtisas xarakteristikasını.




Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin