MƏKTƏBƏQƏDƏR TƏRBİYƏ İŞLƏRİ ÜZRƏ METODİST
Əmək funksiyası:
Rayonun məktəbəqədər müəssisələrində metodiki işi təşkil edir. Uşaqların tərbiyə-təlim və məktəbə hazırlıq işlərini təkmilləşdirmək üçün məktəbəqədər müəssisələrin işini öyrənir, təhlil edir. Tabeliyindən asılı olmayaraq məktəbəqədər müəssisələrin müdir və tərbiyəçilərinə uşaqların tərbiyə-təlim prosesinin keyfiyyətinin yaxşılaşdırılmasında, pedaqoji prosesin təkmilləşdirilməsində yaxından köməklik göstərir. Bağçaların rəhbər və pedaqoji işçilərinin qabaqcıl iş təcrübəsini ümumiləşdirir və yayılması üçün tədbir görür, pedaqoji işçilərin metodbirləşmələrinin işini təşkil edir və istiqamətləndirir. Pedaqoji kadrların ixtisaslarının artırılması işini həyata keçirir. Bütün kateqoriyalı məktəbəqədər işçilər üçün kurslar, seminarlar, metodbirləşmələr təşkil edir. Pedaqoji oxular, konfranslar, müşavirələr hazırlayır və onlarda iştirak edir. Valideynlər arasında pedaqoji biliklərin yayılması işini təşkil edir. Məktəbəqədər müəssisələrin fəaliyyətinin yoxlanması işində iştirak edir. Metodiki kabineti lazımi metodik ədəbiyyat, əyani təlim vəsaitləri, təlimatı-metodiki materiallarla təchiz edir.
Bilməlidir:
"Azərbaycan Respublikasının Təhsil Qanunu"nu, məktəbəqədər tərbiyəyə aid rəhbər orqanların əmrlərini, təlimatlarını, sərəncamlarını və başqa normativ sənədlərini; məktəbəqədər tərbiyənin nəzəriyyəsi və metodikasını; metodiki işin təşkili və pedaqoji kadrların ixtisaslarının artırılması qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; texniki təhlükəsizliyin norma və qaydalarını.
Dostları ilə paylaş: |