Azərbaycan Respublğikaeı Nazirliklərinin Dövlət Komitələrinin və başqa Mərkəzi İcra hakimiyyəti


Ödəniş dərəcələrinə ixtisas tələbləri



Yüklə 1,67 Mb.
səhifə22/147
tarix10.01.2022
ölçüsü1,67 Mb.
#109970
1   ...   18   19   20   21   22   23   24   25   ...   147
Ödəniş dərəcələrinə ixtisas tələbləri:

13-cü dərəcə - ali təhsilli, incəsənət ixtisaslı mütəxəssis-metodist vəzifəsində 5 ildən çox stajı olan;

14-cü dərəcə - ali təhsilli, incəsənət ixtisaslı mütəxəssis-metodist vəzifəsində 3 ildən çox stajı olan.
METODİST

Əmək funksiyası:

Bədii Yaradıcılıq Evi haqqında Əsasnaməyə uyğun olaraq təhsil alan gənclərin bədii yaradıcılığının, fərdi qabiliyyətinin inkişaf etdirilməsi, estetik zövqlərinin, maraq və meyllərinin düzgün istiqamətləndirilməsi, asudə vaxtlarının səmərəli və maraqlı təşkili üçün şərait yaradır. Gənclərin özfəaliyyət kollektivlərinə cəlb olunması işinə səmərəli və məqsədyönlü köməklik göstərir. Dərnək rəhbərlərinə təkliflər verir. Onların işini günün tələbləri səviyyəsində qurur. Bədii Yaradıcılıq işləri, özfəaliyyət kollektivlərinin təşkili üzrə metodiki tövsiyə, vəsait, konkret tədbirlər üzrə ssenarilər, plan və proqramlar işləyib hazırlayır. Seminar müşavirələr, fərdi konsertlər, hesabat konsertləri. yaradıcılıq gecələri, müəllif konsertləri, görüşlər, yubiley şənlikləri, bayram şənlikləri, baxış-müsabiqələr, sual-cavab gecələri; müsahibə və məsləhət saatları, toplanışlar təşkil edir. Xalq yaradıcılığı adət-ənənələrini, yeniliklərini yüksək qayğı və tələbkarlıqla öyrənib yeniyetmələr arasında təbliğ etməlidir.



Bilməlidir:

"Azərbaycan Respublikasının Təhsil Qanunu"nu, tədris müəssisələrinin fəaliyyətinə aid olan normativ sənədləri, bədii yaradıcılıq işini, tərbiyə işinin psixoloji yaş xüsusiyyətlərini; bədii yaradıcılıq və özfəaliyyət işinin metodikasını, metodiki tövsiyə, təlimat, vəsait, plan və proqramların, ssenarilərin işlənib hazırlanması qaydalarını.




Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin