ŞÖBƏ MÜDİRİ
Əmək funksiyası:
Şöbə işi planlaşdırır, rüblük və illik iş planı tutur, iş planının şöbə işçiləri tərəfindən yerinə yetirilməsinə nəzarət edir. Metodiki və təlimati vasitələrin və tövsiyələrin işlənməsi, qabaqcıl təcrübənin ümumiləşdirilməsi və s. işlərə rəhbərlik edir. Təlim-tərbiyə müəssisələri üçün turizm-diyarşünaslıq üzrə kadrların hazırlanması ilə əlaqədar seminarlar, kurslar, konfranslar təşkil edir. Metodiki kömək məqsədilə respublikanın şəhər və rayon məktəbləri ilə, məktəbdənkənar müəssisələrlə, XTŞ ilə əlaqədə dərnək rəhbərləri ilə pedaqoji iş aparır. Ekspedisiya, diyarşünaslıq və turizm işlərinin təbliği və bununla əlaqədar tərtibat işlərinə - plakatların, afişaların, sorğu kitablarının və s. çapına nəzarət edir. Daxili nizam-intizama nəzarət edir. Direktor və direktor müavini tərəfindən verilən göstəriş və tapşırıqları yerinə yetirir.
Bilməlidir:
İş planlarının düzgün tutulmasını; kütləvi tədbirlərin təşkili və keçirilməsinə rəhbərliyi; müəssisənin nizamnaməsini; turizm-diyarşünaslıq üzrə normativ sənədləri.
Ödəniş dərəcəsinə ixtisas tələbləri
14-cü dərəcə - ali ixtisas təhsilli, müvafiq ixtisas üzrə 5 il iş stajı
METODİST
Əmək funksiyası:
Məktəbdənkənar tərbiyə müəssisələrinin pedaqoji işçilərinə proqramların, dərnəklərdə, bölmələrdə, studiyalarda və digər birliklərdə şagirdlərdə aparılan işlərin məzmun, forma və metodlarının hazırlanmasında və təkmilləşdirilməsində metodik köməyi həyata keçirir. Pedaqoji prosesin və onun nəticələrinin təhlili əsasında məktəbdənkənar tərbiyə müəssisələri işçilərinin pedaqoji ustalığının yüksəldilməsi ilə məşğul olur. Dərsdən sonrakı iş sahəsində qazanılan qabaqcıl təcrübəni öyrənir və yayır. Şagirdlərin dərsdən sonrakı fəaliyyətinin təşkili üzrə məktəblilərlə, valideynlərlə, məktəbdənkənar və digər təlim-tərbiyə müəssisələrinin işçiləri ilə məsləhət xarakterli işlər aparır. Məktəbdənkənar tərbiyə müəssisəsinin inkişafının perspektiv yollarını proqnozlaşdırır, informasiya fəaliyyətini həyata keçirir, sinifdənxaric və məktəbdənkənar işlər üzrə metodik tövsiyələr, məktəbdənkənar tərbiyə müəssisəsinin fəaliyyətinin məqsədli proqramını işləyib hazırlayır.
Bilməlidir:
Elmi-tədqiqat işlərinin və məqsədli planlaşdırmanın metodlarını; məqsədli kompleks proqramların tərtibini; uşaq şəxsiyyəti inkişafının əsas qanunauyğunluğunu, onun ehtiyac və maraqlarının spesifikasını, tərbiyənin nəzəriyyə və metodlarını, pedaqogikasını və pedaqoji psixologiyanı, təlimin və şagirdlərin tərbiyəsi və inkişaf metodlarını; elmin, texnikanın, mədəniyyətin və incəsənətin müasir nailiyyətlərini; məktəbdənkənar müəssisələri fəaliyyətinin məzmununu və onların işini nizama salan normativ sənədləri; əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə norma və qaydaları.
Ödəniş dərəcələrinə ixtisas tələbləri
11 -ci dərəcə (metodist) - ali ixtisas təhsilli, müvafiq ixtisas üzrə 5 ilə qədər iş stajı;
12-ci dərəcə (II kateqoriya metodist) - ali təhsilli, 5 ildən artıq pedaqoji və ya müvafiq ixtisas üzrə iş stajı;
13-cü dərəcə (I kateqoriya metodist) - ali təhsilli, II kateqoriya metodist vəzifəsində 2 il iş stajı;
14-cü dərəcə (ali kateqoriya metodist) - ali təhsilli, I kateqoriya metodist vəzifəsində 2 il stajı olan.
Dostları ilə paylaş: |