METODİST
Əmək funksiyası:
Yeni alınmış tədris filmlərinə və kinofraqmentlərinə baxış keçirir. Bu filmlərin tədris prosesində istifadəsinə dair metodiki rəylər, annotasiya hazırlayıb məktubla yerlərə göndərir, rayon filmotekalarına və məktəblərinə metodiki təşkilatı işlərin həyata keçirilməsində, ekran vasitələrindən istifadə edilməsində praktik köməklik göstərir. Elmi-praktik konfransların, seminarların keçirilməsində yaxından iştirak edib, mövcud vəziyyəti təhlil etmək məqsədilə məruzə ilə çıxış edir. Kino nümayişçilərinin hazırlanması və vəsiqələrin verilməsi, aparatların bölüşdürülməsi işini təşkil edir. Məktəblərdə təlimin texniki vasitələrinin saxlanması, istifadə edilməsi və silinməsi haqda arayış tərtib edir, fondun yararsız kinofilmlərinin silinməsində iştirak edir. Rayon (şəhər) filmoteka metodistlərinin gördükləri işlərə dair hesabatlarını dinləyir, onlardan irəli gələn məlumatları ümumiləşdirir. Məktəb kinoteatrlar üzərində nəzarət və uçotun aparılması, festival, kinoteatrlar, səhərciklər və digər işlərin təşkili işini aparır. Məktəblərdə müxtəlif fənlər üzrə tədris kinofilmlərindən istifadə edilməsinə dair açıq dərslər təşkil edir. Qabaqcıl müəllimlərin tədris filmlərindən istifadə etmək sahəsində qazandıqları təcrübəni öyrənib, ümumiləşdirib məktəblər arasında yayır. Yeni Təhsil Qanununun tələblərinə müvafiq olaraq məktəblərin filmoteka ilə əlaqələrinin gücləndirilməsi işini təşkil edir. Rayon filmotekalarının tədris kinofilmləri ilə təmin olunmasında iştirak edir. Müntəzəm olaraq ayrı-ayrı fənn müəllimlərinin dərslərində tədris filmlərindən istifadə vəziyyətini öyrənmək məqsədi ilə iştirak edir.
Bilməlidir:
Filmoteka metodistinin əsas vəzifələrini, filmotekadan tədris kinofilmlərinin alınması üçün sənədlərin rəsmiləşdirilməsi və onun prokat qaydalarını, təlimin vasitələri və təhsillə əlaqədar olan dövlət qərarlarını, pedaqoji və psixoloji ədəbiyyatdakı yeniliyi, məktəblərin tədris filmlərindən və kinoaparatlarından istifadə etməsi vəziyyətini, məktəblərdəki kinonümayişçilərin sayını, filmotekanın fondunda saxlanılan tədris filmlərinin fənnlər üzrə sayını və s.
Ödəniş dərəcələrinə ixtisas tələbləri
11-ci dərəcə (metodist) - ali təhsilli, 5 il pedaqoji stajı olan;
12-ci dərəcə (II kateqoriya metodist) - ali təhsilli, 5 ildən 10 ilədək pedaqoji stajı olan;
13-cü dərəcə (I kateqoriya metodist) - ali təhsilli, 10 ildən 15 ilədək pedaqoji stajı olan;
14-cü dərəcə (ali kateqoriya metodist) - ali təhsilli, 15 ildən yuxarı pedaqoji stajı olan.
Dostları ilə paylaş: |