XI B Ö L M Ə
T.İSMAYILOV ADINA BAKI UŞAQ-GƏNCLƏR YARADICILIQ SARAYI
DİREKTOR
Əmək funksiyası:
Fəaliyyətinin bütün istiqamətləri üzrə sarayın işini təşkil edir. Müəssisənin metodiki şurasının qərarı ilə mərkəzin inkişafının əsas istiqamətlərini müəyyənləşdirir, dövlət və ictimai orqanlarda onun mənafeyini müdafiə edir. Kadrların seçilməsi və onların yerləşdirilməsini həyata keçirir, əmək qanunvericiliyi və daxili intizam qaydalarına uyğun olaraq işçilərin əmək funksiyalarını müəyyənləşdirir. Uşaqların qorunması, şagirdlərin və müəllimlərin əməyinin mühafizəsi tələblərinə nəzarət edir. Müəssisənin metodiki şurasına rəhbərlik edir, təlim-tərbiyə işinin məzmunu və effektivliyi üzərində nəzarəti həyata keçirir. Müəssisənin şəxsi heyətinin yüksək məhsuldarlıqla işləməsi, şagirdlərin yaradıcılıq səviyyəsinin yüksəldilməsi üçün əlverişli şərait yaradır, pedaqoji kadrların attestasiyaya hazırlığını və onun keçirilməsini təşkil edir. Müəssisənin və onun şöbələrinin, bölmələrinin fəaliyyətini yaxşılaşdırmaq istiqamətində iş aparır. Təlim-tərbiyə, metodiki, kütləvi işlərə nəzarət edir. Eyni zamanda ümumtəhsil məktəblərinin, uşaq birlikləri təşkilatının rəhbərlərinə və məktəb pedaqoji kollektivinə profil üzrə metodiki köməklik göstərilməsini planlaşdırır.
Ayrılmış dövlət vəsaitindən səmərəli istifadə olunmasını təmin edir. Müəssisənin maddi bazasının uçotunu, qorunmasını və artırılmasını, sanitar-gigiyena rejimi, əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə qaydalarına əməl olunmasını təmin edir.
Bilməlidir:
"Azərbaycan Respublikası Təhsil Qanununu, təhsil müəssisələrinin işinin təşkili üzrə təhsil və tərbiyə məsələlərinə dair hökumət qərarlarını, Təhsil Nazirliyinin normativ sənədlərini, pedaqogikanı, uşaqların fiziologiyası və gigiyenasını, əmək qanunvericiliyi və maliyyə-təsərrüfat məsələlərinin əsaslarını, əməyin mühafizəsini, texniki təhlükəsizlik və yanğından mühafizə qaydalarını və normalarını, təşkilatçılıq və idarəetmənin əsaslarını, ictimai təşkilatların gənc nəslin tərbiyəsi ilə əlaqədar funksiyalarını və hüquqlarını.
Ödəniş dərəcəsinə ixtisas tələbləri
15-ci dərəcə - ali təhsilli (pedaqoji, incəsənət) təhsil-tərbiyə müəssisələrində pedaqoji və rəhbər vəzifələrdə 5 ildən az olmamaqla iş stajı.
Dostları ilə paylaş: |