ŞÖBƏ (BÖLMƏ) MÜDİRLƏRİ
Əmək funksiyası:
Şöbənin işini planlaşdırır və təşkil edir, iş planlarının yerinə yetirilməsinə nəzarət edir. Şöbənin işini yoxlayır. Şöbə inventarının qorunub saxlanmasına cavabdehdir. Şöbə (bölmə) işçilərinin fəaliyyətinə və əmək funksiyalarının yerinə yetirilməsinə nəzarət edir, şöbənin (bölmənin) işinə dair işçilərə göstəriş verir, öz səlahiyyəti həcmində şöbənin (bölmənin) bütün işçilərindən daxili qayda qanuna riayət edilməsini tələb edir, şöbə (bölmə) işçilərinin işinə qiymət verir, onların işinin keyfiyyəti haqqında qərar qəbul edir. Şöbənin işçiləri işdən azad olunarkən yaxşı işinə görə mükafat verilməsi haqqında təkliflər verir, müdiriyyət tərəfindən verilən bütün tapşırıqların vaxtında və düzgün yerinə yetirilməsinə nəzarət edir. Müəssisədə, ondan kənarda profilə uyğun tədbirlərin təşkili və keçirilməsinə rəhbərlik edir, məktəblərə və digər tərbiyə müəssisələrinə profilə uyğun tədbirlərin keçirilməsində metodiki və praktiki kömək göstərir. Dərnək rəhbərlərinə metodiki və praktiki köməklik göstərir. Tədris prosesində şagirdlərin yaradıcılığının, profil üzrə tərbiyənin qoyuluşunu öyrənir və yayılması təşəbbüsündə olur. Metodiki şuraya məsələlər hazırlayır. Profil üzrə müsabiqələr, yarışlar, seminarlar, sərgilər təşkil edir.
Bilməlidir:
"Azərbaycan Respublikası Təhsil Qanunu"nu, Azərbaycan Uşaqlar Birliyinin Əsasnaməsini, təhsil məsələlərinə dair qanunvericilik və normativ sənədləri, əmək qanunvericiliyinin əsaslarını, pedaqogika və psixologiyanı, peşə təliminin metodikalarını, gigiyena və fiziologiyanın əsaslarını, uşaq və gənclərin təlim-tərbiyə məsələləri üzrə hökumət və digər dövlət orqanlarının qərarlarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri
14-cü dərəcə - müvafiq ixtisas üzrə ali təhsilli və 5 ildən az olmayaraq müvafiq iş stajı olan;
13-cü dərəcə - müvafiq ixtisas üzrə ali təhsilli və 3 ildən az olmayaraq müvafiq iş stajı olan.
METODİST
Əmək funksiyası:
Respublikada və Bakı şəhərində yerləşən məktəbdənkənar uşaq yaradıcılıq mərkəzləri və müəssisələri ilə iş aparır, bu kateqoriyalar üçün seminar məşğələlər, konfranslar, kütləvi tədbirlər təşkil edir, məktəblərə, uşaq yaradıcılıq mərkəzlərinə gedir, onlara təşkilati, təlimi-metodiki kömək göstərir, məsləhət saatları təşkil edir. Profilli şöbələrin, dərnək rəhbərlərinin, metodistlərin yığıncaqlarında iştirak edir, onların təlimi-metodiki işinə nəzarət edir, məktəbdənkənar müəssisələrin ən yaxşı iş təcrübəsinin öyrənilməsi və yayılmasına, metodiki tövsiyələrin hazırlanmasına nəzarət edir. Təhsil Nazirliyi tərəfindən verilən əmr, sərəncam, təlimatlar, əmək qanunvericiliyinə riayət olunmasına dair sənədlərin öyrənilib məktəbdənkənar müəssisə işçilərinə və sarayın metodistlərinə çatdırılmasına nəzarət edir.
Bilməlidir:
"Azərbaycan Respublikası Təhsil Qanununu, Təhsil haqqında normativ sənədləri, Azərbaycan Uşaqlar Birliyinin Əsasnaməsini, pedaqogika və psixologiyanı, metodbirləşmələrin təşkili prinsipləri və məzmununu.
Ödəniş dərəcələrinə ixtisas tələbləri
14-cü dərəcə (ali kateqoriyalı metodist) - ali təhsilli, I kateqoriyalı metodist vəzifəsində 2 il iş stajı;
13-cü dərəcə (I kateqoriyalı metodist) - müvafiq ixtisas üzrə ali təhsilli və II kateqoriya metodist vəzifəsində 2 il iş stajı;
12-ci dərəcə (II kateqoriyalı metodist) - müvafiq ixtisas üzrə ali təhsilli və 5 ildən artıq iş stajı;
11-ci dərəcə (metodist) - müvafiq ixtisas üzrə ali təhsilli və 5 ilə qədər iş stajı.
Dostları ilə paylaş: |