Azərbaycan Respublğikaeı Nazirliklərinin Dövlət Komitələrinin və başqa Mərkəzi İcra hakimiyyəti


Ödəniş dərəcələrinə ixtisas tələbləri



Yüklə 1,67 Mb.
səhifə4/147
tarix10.01.2022
ölçüsü1,67 Mb.
#109970
1   2   3   4   5   6   7   8   9   ...   147
Ödəniş dərəcələrinə ixtisas tələbləri:

16-cı dərəcə - ali ixtisas təhsilli, azı 5 il pedaqoji iş stajı, təşkilatçılıq bacarığı olan;

17-ci dərəcə - ali ixtisas təhsilli, azı 10 il pedaqoji iş stajı, təşkilatçılıq bacarığı və rəhbərliketmə təcrübəsi olan.
METODİST (BÖYÜK, BAŞ METODİST)
Əmək funksiyası:

Məşğul olduğu sahə üzrə tədris metodiki və normativ sənədlərin hazırlanması işini bilavasitə həyata keçirir, tədris müəssisələrində, elmi-tədqiqat institutlarında, idarələrində, təşkilatlarında və digər müəssisələrdə çalışan mütəxəssislərlə bir-başa əlaqə saxlayır, onları tədris vasitələrinin işlənib hazırlanmasına cəlb edir, hazırlanmış tədris vasitələrinin müzakirəsini, müsabiqəsini, rəy verilməsini və çapa hazırlanmasını təşkil edir, normativ sənədlər hazırlayır, qabaqcıl pedaqoji təcrübəni öyrənir və onu ümumiləşdirərək yayır. Təhsil müəssisələri işçilərinə təlimin keyfiyyətini yaxşılaşdırmaq üçün tövsiyələr verir və əməli köməklik göstərir. Hazırladığı tədris metodiki və normativ sənədlərin keyfiyyətinə görə məsuliyyət daşıyır, tədris müəssisələri işçilərinə və təhsilin digər sahələrində çalışan mütəxəssislərə təhsilin keyfiyyətini yaxşılaşdırmaq üçün bu və ya digər elmi təcrübi eksperimentlərin keçirilməsinə əməli köməklik göstərir; ixtisası üzrə fənnin tədrisi keyfiyyətini müntəzəm olaraq öyrənir, təhlil edir və fənnin tədrisi keyfiyyətini yaxşılaşdırmaq üçün müvafiq təkliflər hazırlayır: öz işi haqqında şöbə rəhbərinə hesabat verir.



Bilməlidir:

Təhsilə dair "Azərbaycan Respublikasının Təhsil Qanunu"nu, təhsillə bağlı qanunvericilik aktlarını, respublikada metodiki işin təşkilini və bu sahədə beynəlxalq təcrübəni, öz əmək funksiyaları çərçivəsində təlimlə bağlı tədqiqatların nəticələrini, həmçinin təhsilə dair əmək qanunvericiliyinin əsaslarını.




Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin