Ödəniş dərəcələrinə ixtisas tələbləri:
9-cu dərəcə - ali və ya orta ixtisas təhsilli, 3 il stajı; 10-cu dərəcə - ali təhsil, ixtisası üzrə 3 ildən 8 ilə qədər stajı; - orta ixtisas təhsilli, ixtisası üzrə 3 ildən 10 ilə qədər stajı;
11-ci dərəcə - ali təhsil, ixtisası üzrə 8 ildən 13 ilə qədər stajı; - orta təhsil, ixtisası üzrə 10 ildən 15 ilə qədər stajı;
12-ci dərəcə - ali təhsil, ixtisası üzrə 13 ildən çox stajı; - orta ixtisas təhsili, ixtisas üzrə 15 ildən çox stajı.
MAŞIN TRAKTOR PARKININ MÜDİRİ
Əmək funksiyası:
Məktəbin maşın-traktor parkında olan bütün traktorların, avtomobillərin, kombaynların, kənd təsərrüfatı maşınlarının və başqa avadanlığın fasiləsiz və təhlükəsiz işini təmin edir.
Mövcud təlimatlara əsasən maşın-traktor parkında olan texnika və avadanlığın illik, rüblük, aylıq təmirini və texniki qulluq qrafiklərini tərtib edir və onların icrasını təmin edir.
Təmirin və texniki qulluqların qiymətlərinin, tələb olunan ehtiyat hissələrinin və materialların hesabatını aparır. Parkda məşğələ saatlarına görə lazım olan yanacaq-yağlama materiallarının sifarişinin hazırlanmasında iştirak edir. Texnikanın və avadanlığın təmirinə tələb olunan ehtiyat hissələri üçün sifariş verir.
Texnikanın və avadanlığın vəziyyətinə baxış keçirir. Parkda olan kənd təsərrüfatı texnikasına Dövlət Texniki Nəzarət Müfəttişliyində, avtomobil nəqliyyat vasitələrinə, DYP-də texniki baxışların keçirilməsini təşkil edir. Tədris müəssisəsinə daxil olan texnika və avadanlığın müəyyən olunmuş qaydada təhvil alınmasını və istismara verilməsini təşkil edir.
Tədris müəssisəsinin mühasibi ilə birlikdə texnikanın, avadanlığın uçotunu və onun hərəkəti üzrə inventar kitabını aparır, əsasnaməyə müvafiq olaraq yararsız hala düşən texnika və avadanlıqların silinməsi üçün sənədləri hazırlayır.
Maşın - traktor parkında əməyin təhlükəsizliyi və yanğından mühafizə tədbirlərini təşkil edir. Texnikanın və avadanlığın müvəqqəti və daimi saxlanmaya qoyulması və konservasiya qaydalarının yerinə yetirilməsini təmin edir.
Bilməlidir:
Təhsil Qanununu, Təhsil Nazirliyinin əmr və göstərişlərini, texnikanın və avadanlığın silinməsinin normalarını, məktəb direktorunun əmr və sərəncamlarını.
Dostları ilə paylaş: |