Ödəniş dərəcələrinə ixtisas tələbləri:
10-cu dərəcə (psixoloq) - baza psixoloji təhsili olan (staj tələb olunmamaqla) psixoloq;
11-ci dərəcə (psixoloq) - baza psixoloji təhsili olan, müvafiq ali məktəbi fərqlənmə diplomu ilə bitirmiş və ya ixtisası üzrə 1 ildən az olmayaraq iş stajına malik olan;
12-ci dərəcə (psixoloq) - baza psixoloji təhsili olan, ixtisası üzrə 1 ildən 3 ilədək stajı olan.
13-cü dərəcə (II kateqoriya psixoloq) - baza psixoloji təhsili olan, ixtisası üzrə 3 ildən 5 ilə qədər stajı olan psixoloq. Testləşdirməni və diaqnostikanı, psixotreninq və korreksiya işlərinin mürəkkəb formalarını həyata keçirilməsinə xüsusi icazəsi olan.
14-cü dərəcə (I kateqoriya psixoloq) - baza psixoloji təhsili olan ixtisas üzrə 5 ildən az iş stajı olmayan psixoloq. Psixoloji təhsildən əlavə xüsusiləşdirilmiş elmi-praktiki psixoloji mərkəzlərin birində əlavə hazırlıq keçmiş, şəxsiyyətin psixoemosional inkişaf korreksiyası, qruplarda psixotreninq keçirilməsi ilə, sosial psixoloji təsir və təhsil müəssisələrinin fəaliyyətinin optimallaşdırılması ilə bağlı metodlardan istifadə üçün mürəkkəb növlü psixokorreksiya işlərini aparmağa icazə verən sertifikatı olduqda.
15-ci dərəcə (ali kateqoriya psixoloq) - baza təhsilli, ixtisası üzrə 5 ildən 10 ilə qədər stajı olan psixoloq. Əlavə, xüsusiləşdirilmiş hazırlıq keçmiş (aspirantura, doktorantura), psixodiaqnostik, konsultativ və psixokorreksion işlərin mürəkkəb formalarının aparılmasına xüsusi icazə olduğunu sübut edən sertifikatı olduqda, elmi və praktiki psixologiya sahəsində elmi işləri, elmi adları p.e.n. və ya p.e.d.
Dostları ilə paylaş: |