Ödəniş dərəcələrinə ixtisas tələbləri:
Ali təhsilli və ya ixtisas üzrə kurs bitirmiş şəxslər
8-ci dərəcə - müəllim-defektoloq, ali pedaqoji təhsilli, ixtisas üzrə kurs bitirmiş, iş stajına tələb qoyulmadan;
9-cu dərəcə - müəllim-defektoloq, ali ixtisas təhsilli, iş stajına tələb qoyulmadan;
10-cu dərəcə - müəllim-defektoloq, ali ixtisas təhsilli, 3 ilədək pedaqoji stajı olan və ya ali məktəbi fərqlənmə diplomu ilə bitirən;
11-ci dərəcə - müəllim-defektoloq, ali ixtisas təhsilli, 3 ildən 8 ilədək pedaqoji stajı olan;
12-ci dərəcə - müəllim-defektoloq, ali ixtisas təhsilli, 8 ildən 13 ilədək pedaqoji stajı olan;
13-cü dərəcə - II kateqoriya müəllim-defektoloq, ali ixtisas təhsilli, 13 ildən 18 ilədək pedaqoji stajı olan;
14-cü dərəcə - ali kateqoriyalı müəllim-defektoloq, ali ixtisas təhsilli, elmi dərəcəsi və ya elmi adı olan, iş təcrübəsi bəyənilib yayılan, dərslik və metodik tövsiyələri olan.
Dostları ilə paylaş: |