Ödəniş dərəcələrinə ixtisas tələbləri:
1. Ali pedaqoji təhsil;
2. Ən azı 5 il (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və ya elmi adı olduqda 3 il) pedaqoji staj;
3. Təhsilin təşkili və idarə olunması ixtisası üzrə diplom (sertifikat).
14-cü dərəcə-R (Ş) TŞ üzrə işçilərin sayı 2000-ə qədər olduqda;
15-ci dərəcə-R (Ş) TŞ üzrə işçilərin sayı 2000-dən çox olduqda.
METODİST
Əmək funksiyası:
Təlim-tərbiyə müəssisələrində metodiki işləri planlaşdırır və təşkil edir. Tədris metodiki və tərbiyə işinin keyfiyyətini yüksəltmək üçün müvafiq təkliflər verir və həyata keçirilməsinə çalışır. Metodik materialları sistemə salır, informasiya bankı yaradır və onlardan istifadə olunmasını təşkil edir.
Konkret ixtisaslar üzrə tədris planları və proqramlarının, tərbiyəvi tədbirlərin tərtibində iştirak edir, pedaqoji kadrların fənn metodbirləşmələrinin işini təşkil edir və istiqamətləndirir. Təlim-tərbiyə müəssisələri işçilərinin ixtisasının artırılması və yenidən hazırlanmasının təşkilində iştirak edir. Proqnozlaşdırma və planlaşdırmanı yerinə yetirir, kursdan qabaq və kursdan sonrakı dövrlərdə şəxsi təhsilə nəzarət və rəhbərlik edir.
Məktəb, rayon (şəhər) səviyyəsində təlimatı tematik problemli seminarlar, aktual mövzular üzrə elmi-praktik müşavirələr keçirir.
Təlim-tərbiyənin tətbiqi sahəsində müəllimlərin ən yaxşı məsləhətçisi olmaqla müsabiqə, sərki, olimpiada, baxış, yarış, konfrans, görüşlər, açıq dərslərin keçirilməsində bilavasitə iştirak edir. Qabaqcıl müəllim, metodist və ya alimlərin hazırladıqları didaktik materialları, metodik işləmə və tövsiyələri, digər tədris vasitələrinin müzakirəsini, rəy verilməsini, çapa hazırlanmasını təşkil edir.
Qabaqcıl iş təcrübəsini öyrənir, ümumiləşdirir və yayır. Metodşuranın işində fəal iştirak edir, ixtisas fənni üzrə tədrisin keyfiyyətini və şagirdlərin bilik, bacarıq və vərdişlərinin səviyyəsini öyrənir, təhlil edir, xarakterik səhvləri və çatışmazlıqları aşkara çıxarır, onların aradan qaldırılması üçün rayon (şəhər) TŞ şurasına təkliflər verir.
Müəllimlərin attestasiyasının hazırlanmasına da, təşkilində və keçirilməsində fəal iştirak edir.
Bilməlidir:
"Azərbaycan Respublikasının Təhsil Qanunu"nu və bu qanundan irəli gələn qanunvericilik aktlarını, Təhsil Nazirliyinin müvafiq əmr, sərəncam və göstərişlərini, pedaqogika və psixologiyanın son nailiyyətlərini, ixtisas fənnini və onun tədrisi metodikasını, metodiki işin təşkili və aparılmasını, bu sahədə respublika və beynəlxalq iş təcrübəsini, həmçinin əmək qanunvericiliyinin əsaslarını.
Dostları ilə paylaş: |