VIII BÖLMƏ
RESPUBLİKA GƏNC TURİSTLƏR VƏ DİYARŞÜNASLIQ MƏRKƏZİ
DİREKTOR
Əmək funksiyası:
Mərkəzin iş planlarının vaxtında yerinə yetirilməsinə, təlim-tərbiyə, metodiki və kütləvi işlərin vəziyyətinə-maliyyə-təsərrüfat fəaliyyətinə, kadrların seçilib yerləşdirilməsinə, müəyyən olunmuş əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbul və işdən azad edilməsinə, əmək intizamına əməl olunmasına görə məsuliyyət daşıyır.
Azərbaycan Respublikası Hökumətinin təhsil üzrə qərarlarının, əmr və göstərişlərinin yerinə yetirilməsini təmin edir. İşçilərin təşəbbüskarlığının inkişaf etdirilməsinə onların peşə səviyyəsinin yüksəldilməsinə şərait yaradır. Müəssisənin sosial inkişafı, onun pedaqoji, maliyyə, təşkilat-təsərrüfat fəaliyyəti ilə bağlı məsələlər üzrə tədbirlər görür. Yanğından mühafizə olunma qaydalarının yerinə yetirilməsini təmin edir, büdcə vəsaitlərindən düzgün səmərəli istifadə olunmasını təmin edir. Turizm-diyarşünaslıq və ekskursiya işlərini genişləndirmək məqsədilə respublikanın şəhər və rayonlarında, gənc turistlər stansiyalarında orta ixtisas, ümumtəhsil, texniki peşə və ali məktəblərdə, yaşayış sahələrində dərnək şəbəkələrinin daha da artırılması üçün tədbirlər görür.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəhbərliyinə görülən işlər barədə hesabat verir.
RGTDM-in fəaliyyətini Turist klubu, Təbiəti Mühafizə Cəmiyyəti, Respublika Turizm və Ekskursiya Şurasının digər təşkilatları ilə işi əlaqələndirməyi təmin edir.
Bilməlidir:
Təhsil sisteminin və pedaqoji elmlərin əsas istiqamətlərini və inkişafı perspektivlərini; məktəbdənkənar müəssisələrin təlim-tərbiyə proqramlarını; qabaqcıl pedaqoji təcrübəni; əmək qanunvericiliyini və əməyin elmi təşkilinin əsaslarını; Təhsil Qanununu və təhsilə dair direktiv sənədləri; məktəbdənkənar müəssisələr üzrə normativ sənədləri.
Ödəniş dərəcəsinə ixtisas tələbləri
15-ci dərəcə - ali ixtisas təhsilli, ixtisas üzrə 5 il iş stajı və rəhbərlikdə səriştəsi olan.
Dostları ilə paylaş: |