Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinə



Yüklə 7,79 Kb.
tarix14.07.2018
ölçüsü7,79 Kb.
#56804

Azərbaycan Respublikası 1 saylı Bakı

Yerli İqtisad Məhkəməsinə

Cavabdeh «1-ci təşkilat» MMC tərəfindən

Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin ___________ saylı 03.11.20__-cı il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi barədə

Qiyabi qətnaməsinin ləğv edilməsi barədə

Ə R İ Z Ə

Nəzərinizə çatdırıram ki, Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad məhkəməsinin icraatında olmuş iddiaçı Bakı şəhəri Vergilər Departamentinin cavabdeh «1-ci təşkilat» MMC-yə qarşı yoxlama üçün zəruri olan sənədlərin götürülməsi barədə iddiasına dair işə 12 iyun 20__-cı il tarixdə baxılmış və ____________ saylı 03.11.20__-cı il tarixli qiyabi qətnamə çıxarılaraq iddiaçının iddia tələbi təmin edilmişdir.

Hörmətli məhkəmə!

Bildirirəm ki, 12.06.20__-cı il tarixə təyin edilmiş məhkəmə iclası barədə, ümumiyyətlə bu iş üzrə təyin edilmiş hər hansı bir iclas barədə mənim xəbərim olmayıb. Mənə məhkəmənin çağırış vərəqəsi göndərilməyib. Ona görə də mən məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməmişəm.

Bildirmək istəyirəm ki, mən qiyabi qətnamənin mövcud olması barədə 01.07.20__-cı il tarixdə poçt vasitəsilə qətnaməni alanda xəbər tutmuşam.

Azərbaycan Respublikası MPM-nin 244-cü maddəsinə əsasən cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır.

Azərbaycan Respublikası MPM-nin 250-ci maddəsinə əsasən əgər məhkəmə cavabdehin iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinin və ya cavabdehin üzürlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olmamasını müəyyən etsə, qiyabi məhkəmə qətnaməsi ləğv edilməlidir.

Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 244,249, 250, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmədən

X a h i ş e d i r ə m

Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin _______________ saylı 03.11.20__-cı il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi;

İşin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad çıxarasınız.



«1-ci təşkilat» MMC-nin direktoru

Ə.Flankəsov
Yüklə 7,79 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin