Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini



Yüklə 21,99 Kb.
tarix28.11.2018
ölçüsü21,99 Kb.
#84963

Dağlıq Qarabağ əhalisinə Müraciət haqqında

AZƏRBAYCAN RESPUBLİKASI ALİ SOVETİ MİLLİ ŞURASININ QƏRARI

 

Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası qərara alır:



Dağlıq Qarabağ əhalisinə Müraciət bəyənilsin.

 

Azərbaycan Respublikası Ali Soveti



sədrinin müavini

T. QARAYEV.

 

Bakı şəhəri, 11 dekabr 1991-ci il.



№ 19.

 

 



________________

 

 



Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının

Dağlıq Qarabağ əhalisinə

 

M Ü R A C İ Ə T İ

 

Həmvətənlər! Dörd ildir ki, qədim Azərbaycan torpağı rahatlıq nə olduğunu bilmir. Onun füsunkar hissələrindən biri olan Qarabağda millətlərarası qanlı ədavət tüğyan edir. Bu ədavət yüzlərlə adamın ölümünə səbəb olmuş, minlərlə adamın taleyini alt-üst. etmişdir. Getdikcə daha çox adam başa düşür ki, dinc evlərə müsibət, bədbəxtlik və dərd-qəm gətirmiş silahlı toqquşmalara son qoyulmalıdır. Bu toqquşmaların güclənib Azərbaycan ilə Ermənistan arasında geniş miqyaslı müharibəyə çevrilməsinə yol vermək olmaz.



İki qonşu xalq arasında bir ovuc avantüristin və demaqoqun qızışdırdığı qarşıdurmanın davam etdirilməsinin sadə adamların mənafeyinə uyğun olduğuna inanmaq çətindir. Azərbaycanlılar və ermənilər burada əsrlər boyu yaşamış, Qafqaz adəti üzrə duz-çörək kəsmiş, bir-birinin sevincinə və kədərinə şərik çıxmış, eyni torpağı əkib-becərmiş, bir-biri ilə qohum olmuş, ailə qurmuş, uşaqlarını bir-birinin dininə, adətlərinə və mədəniyyətinə hörmət ruhunda böyütmüş və tərbiyələndirmişlər. Yararsız və vaxtı keçmiş totalitar sovet sisteminin ağır yükünü hamımız birlikdə çəkmiş və yaxınlaşan dəyişiklikləri ümid hissi ilə gözləmişik. Bu yaxınlaradək Ermənistan ərazisində yaşayan azərbaycanlıların vəziyyəti məgər bundan yaxşı idimi? İndi isə onlar da bütün xalqların Stalin tərəfindən zorla köçürülməsinin qurbanları olan və hələ də ədalətin qələbəsinə nail olmayan on minlərlə və yüz minlərlə adamın, tatarın, Mesxeti türkünün və dikər milli qrupların aqibətinə düçar olmuşlar.

Erməni və Azərbaycan xalqlarının qarşılıqlı münasibətləri tarixində kədərli səhifələr olmuş, imperiya siyasətinin məqsədləri naminə onlar süni surətdə bir-birinin üzərinə salışdırılmışlar. hər iki respublikanın uzun sürməyən istiqlaliyyət illərinə də müharibə öz kölgəsini salmışdır. Düşünmək olardı ki, keçmişin təcrübəsi yeni nəsillərə müdriklik öyrədəcəkdir. 20-ci illərin əvvəllərində ərazilər arasında güzəştli şərtlərlə sərhəd çəkilməsi nəticəsində yarım milyondan çox azərbaycanlı Ermənistanın daxilində qalsa da, ermənilər üçün bu, özlərinin Respublikasından əlavə, Azərbaycan Respublikasının ərazisində muxtar vilayət yaradılması ilə əlamətdar olmuşdur. Yenidənqurma ilə əlaqədar başlanan dəyişikliklər Dağlıq Qarabağın muxtariyyət statusunu yeni demokratik məzmunla dolğunlaşdırmağa, Azərbaycan torpaqlarında yaşayan ermənilərin milli mədəniyyətinə əlavə təkan yaratmağa imkan verirdi.

Bu, Ermənistanda yaşayan azərbaycanlıların mükəmməl demokratiya, özünüidarə və milli mədəniyyəti inkişaf etdirmək hüquq-larının və imkanlarının genişləndirilməsi ilə birlikdə, Zaqafqaziya xalqlarına imkan verərdi ki, sovet imperiyasının amirliyinə qarşı vahid cəbhə halında fəaliyyət göstərsinlər və istiqlaliyyətə, demokratiyaya və tərəqqiyə doğru irəliləsinlər. Regionun bütün respublikalarının sivilizasiyalı dünya millətlər birliyinə minimum itki ilə daxil olmasını yAliız birlikdə təmin etmək mümkün idi.

Lakin hadisələrin belə inkişafı Sov.İKP-nin, DTK-nın və sovet bürokratiyasının simasında köhnə imperiya mərkəzini təmin etmirdi. Onlar iki qonşu xalqı bir-birinin üzərinə salışdırmaq və özlərinin hökmranlığını davam etdirmək üçün bəhanə tapdılar. Millətçi-separatçıların cinayətkar fəaliyyətinin nəticələri məlumdur. Yüz minlərlə erməni və azərbaycanlı qaçqına çevrilmiş, Dağlıq Qarabağın iqtisadiyyatı dağılmış, onun əhalisi isə Ermənistan ərazisindən göndərilən və idarə edilən silahlı quldur birləşmələrinin əlində əsir-yesir olmuşdur. Aldadılan və qorxudulan Qarabağ ermənilləri kobud zorakılıqla respublikanın qanuni hakimiyyət orqanları ilə qarşıdurmanı gücləndirmək yoluna təhrik edilirlər. Keçmiş muxtar qurumun ərazisi Azərbaycan xalqına qarşı müharibə aparmaq üçün əslində döyüş meydanına çevrilmişdir. Azərbaycanlıları Dağlıq Qarabağdakı öz torpaqlarından qovmaq təhlükəsi və münaqişəni beynəlmiləlləşdirmək üçün göstərilən aramsız cəhdlər göz qabağındadır. Bir-birinin ardınca qanunsuz aktlar qəbul edilir, qanuni qüvvəsi olmayan seçkilər, əhalinin rəy sorğuları keçirilir.

Bu şəraitdə Azərbaycan dövləti lazımi tədbirlər görməli olmuşdur ki, respublika ərazisinin parçalanmasına yönəldilmiş pozuculuq fəaliyyətinə son qoyulsun, sabitsizlik və terrorizm ocağı ləğv edilsin. Azərbaycan Respublikası parlamentinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edilmişdir. Vilayət əhalisinin və idarə orqanlarının Azərbaycan Konstitusiyasına və qanunlarına hörmət göstərməməsi, respublika hakimiyyət orqanlarının qərarlarını yerinə yetirməkdən boyun qaçırılması muxtariyyətin varlığının hüquqi əsasını ərlində dağıtmışdır. Dövlət barəsində konstitusiya vəzifələrinə əməl etməkdən boyun qaçırılması Azərbaycan dövlətinin muxtariyyətə vermiş olduğu hüquqları puça çıxarır.

Azərbaycan dövləti bu aktla hüquqi hərcmərcliyə son qoyaraq Qarabağın erməni əhalisinin təhlükəsizliyinin təmin olunması və onun vətəndaş hüquqlarına, milli-mədəni tələbatına əməl edilməsi üçün məsuliyyəti öz üzərindən götürmür. Bundan ötrü həmin torpaqda əminamanlığı bərqərar etmək, silahlı terrorçuları birgə səylərlə oradan çıxarmaq, qanunçuluğu və hüquq qaydalarını bərpa etmək lazımdır.

Biz erməni icmasının liderlərini ağıl-kamal göstərməyə və minlərlə adamın taleyi ilə, oynamaqdan əl çəkməyə çağırırıq, yalnız respublikanın hakimiyyət orqanlarına bilavasitə müraciət etməklə və onlarla birgə tədbirlər görməklə çoxdan közlənilən əmin-amanlığı təmin etmək, regionun dağılmış iqtisadiyyatının bərpası, əhalinin həyat təminatının normallaşdırılması kimi çətin məsələləri həll etmək olar.

Eyni zamanda biz bütün ölkələrə və beynəlxalq təşkilatlara müraciət edib onları Qarabağ münaqişəsinə qiymət verməkdə təmkin göstərməyə və düşünülməmiş addımlara yol verməməyə çağırırıq. Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını pozmaqla və Ermənistandan göndərilmiş silahlı quldur dəstələrinin təzyiqi altında qəbul edilmiş bütün aktların hüquqi qüvvəsi yoxdur və bunların təqdir edilməsi Azərbaycana qarşı düşməncilik tədbirləri kimi qiymətləndiriləcək, daxili işlərimizə qarışmaq kimi səciyyələndiriləcəkdir.

Başa düşmək lazımdır ki, Azərbaycan xalqı öz əzəli torpağının heç bir qarışını kimsəyə verməyə heç vaxt razı olmayacaq. Bu torpaqda isə qanuna hörmət edən, dinc çalışmaq, uşaqlarını boya-başa çatdırmaq, əmin-amanlıq və mehriban qonşuluq şəraitində yaşamaq istəyənlərin hamısına yer var.

 

(Müraciət 1991-ci il dekabrın 11-də



Azərbaycan Respublikası

 Ali Soveti Milli Şurasının Qərarı ilə bəyənilmişdir).



 
Yüklə 21,99 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin