Azərbaycan Respublikası “Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri



Yüklə 6,69 Kb.
tarix21.11.2018
ölçüsü6,69 Kb.
#84400



Azərbaycan Respublikası

Çernobıl Əlilləri İttifaqı”



İctimai Birliyinin sədri
M. Həsənova

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri cənab Ağa-Bala Hacıyevin 07 mart 2016-cı il tarixli 17/PA-368-13 nömrəli dərkənarı ilə Səhiyyə Nazirliyinə ünvanlanmış məktubunuza baxılmışdır.

Bildiririk ki, Çernobıl AES-də baş vermiş qəza nəticəsində radiasiyanın təsirinə məruz qalmış şəxslər, onların qəzadan sonra doğulmuş övladları və həlak olanların ailə üzvləri Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada dövlət tibb müəssisələrində pulsuz ixtisaslı tibbi xidmətlə, həmçinin dərman preparatları ilə təmin olunurlar.

2013-cü ilin mart ayında qəbul olunmuş “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu Çernobıl əlillərinin övladlarına tibbi nəzarətin artırılması, müayinəsi, xəstəliklərin erkən aşkarlanması və müalicəsi üçün geniş imkan yaratmışdır.



Bununla yanaşı, Çernobıl faciəsinin 30-cu ildönümü ilə əlaqədar qəza nəticəsində radiasiyanın təsirinə məruz qalmış şəxslərə, onların qəzadan sonra doğulmuş övladlarına və həlak olanların ailə üzvlərinə tibbi xidmətin aparılmasının daimi nəzarətdə saxlanılması barədə Səhiyyə Nazirliyinin tibb müəssisələrinə müvafiq tapşırıqlar verilmişdir.


Tibbi yardımın təşkli

şöbəsinin müdiri G.Poladov
Yüklə 6,69 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin