Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR)
İnformasiya Texnologiyaları və Rabitə İdarəsi SOCAR-da neft-qaz əməliyyatlarının aparılması üçün tələb olunmayan material qiymətlilərinin açıq hərrac yolu ilə özgəninkiləşdirilməsinə dair müraciətin tarixinin uzadılmasını elan edir
Hərraca çıxarılan material qiymətliləri:
Mal-materiallar: Hərrac vasitəsi ilə özgəninkiləşdirilməsi nəzərdə tutulan material qiymətliləri haqqında məlumat; (əlavə olunur);
Hərracda iştirak etmək üçün təqdim edilməli sənədlər:
Hərracda iştirak üçün müraciət (əlavə olunur);
Hərracın nəticələrinə uyğun olaraq, hərracın qalibi olduğu təqdirdə material qiymətlilərinin mütləq alınacağı barədə təminat məktubu;
Fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti;
Hüquqi şəxslər üçün təsis sənədlərinin notarial qaydada təsdiq edilmiş surəti;
Elanda göstərilmiş hesaba hərraca çıxarılmış material qiymətlilərinin 10 % həcmində behin (92716.4 AZN) köçürülməsini təsdiq edən sənədin surəti.
Tələb olunan sənədlərin elektron surətləri Hərrac Komissiyasının əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsli hərrac təkliflərinin təqdim edilməsinin son gününədək Hərrac Komissiyasına təqdim edilməlidir.