Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Azərbaycan Turizm və Menecment Universiteti Fakültə


Maliyyə siyasətinin formalaşması və onun təşkili prinsipləri



Yüklə 163,42 Kb.
səhifə4/8
tarix11.04.2022
ölçüsü163,42 Kb.
#115230
1   2   3   4   5   6   7   8
Elnur-maliyyə siyasəti (1) (1)[1](AvtoBərpaEdilmiş)

Maliyyə siyasətinin formalaşması və onun təşkili prinsipləri


Maliyyə siyasəti - müəyyən bir iqtisadi məqsədlərə çatmaq üçün maliyyədən istifadə olunmasıdır. Dövlət, xüsusilə makroiqtisadi məqsədlərinə çatmaq üçün maliyyə vasitələrindən istifadə edir. Dövlət gəlirlərinin artırılması, büdcə tarazlığı iqtisadi artıma aparan əsas vasitələrdir, bu vasitələrin təmin olunması isə maliyyə siyasətinin əsas vəzifələrindəndir.

Maliyyə siyasəti iqtisadiyyatın və sosial sferanın ayrı-ayrı sahələrinin, təsərrüfat subyektlərinin inkişafının məqsəd və vəzifələrinin reallaşdırılmasının təmin edilməsinə yönəldilmişdir.

Maliyyə siyasətinin işlənməsi Maliyyə Nazirliyinə həvalə olunmuşdur. Maliyyə Nazirliyi maliyyə siyasətinin bir neçə variantını hazırlayır. Bu variantlar ekspertlər tərəfindən qiymətləndirilir və əlverişli variant baxılmaq üçün hökumətə təqdim edilir. Yalnız hökumətin müvafiq qərarı ilə maliyyə siyasətinin optimal variantı icra edilmək üçün göndərilir. Icra funksiyasını Maliyyə Nazirliyi yerinə yetirir.

Maliyyə strategiyasının işlənib hazırlanması sxemi

1. Maliyyə vəziyyətinin kritik nöqtələrinin qiymətləndirilməsi və sıralanması

2. Planlaşdırılan dövr üçün proqnozların verilməsi

3. Təşkilatın maliyyə fəaliyyətinin təkmilləşdirilməsi üçün əsas meyarın seçilməsi

4. Maliyyə strategiyasının formalaşdırılması üçün təkliflərin hazırlanması, təhlili və seçilməsi

5. Sin variantlarında seçilmiş təkliflərin qiymətləndirilməsi

6. Maliyyə fəaliyyətinin həyata keçirilməsinin əsas məqsədinin məqsədəuyğunluğunun yoxlanılması

7. Maliyyə strategiyasının formalaşdırılması - Direktorlar Şurası tərəfindən təsdiq edilməsi

CƏDVƏL 2

Maliyyə siyasətinin həyata keçirilməsində dövlətin məqsədi, cəmiyyətin inkişafının ən vacib tələbatını təmim etmək üçün zəruri olan maliyyə ehtiyatlarının tam səfərbərliyə alınmasıdır. Buna uyğun olaraq, maliyyə siyasətinin həyata keçirilməsi sahibkarlıq fəaliyyətinin fəallaşdırılması üçün lazımi şəraitin təşkil edilməsini təmin etməlidir.

Maliyyə siyasətinin əsas məqsədi maliyyə ehtiyatlarının həcmini və istifadəsinin səmərəliliyini artırmaq olmalıdır. Maliyyə siyasətinin hazırlanması zamanı konkret tarixi şərait nəzərə alınmalıdır

Qаrşıyа qоyulаn məqsədlərin хаrаktеrindən və həll оlunmаsı mеtоdlаrındаn аsılı оlаrаq mаliyyə siyаsəti 2 yеrə bölünür:

1.Mаliyyə strategiyası;

2.Mаliyyə tаktikаsı.

Mаliyyə strаtеgiyаsı iqtisаdi, siyаsi və sоsiаl strаtеgiyа ilə müəyyən оlunаn, iri miqyаslı vəzifələrin həllini nəzərdə tutаn, gələcək üçün planlaşdırılmış uzun mцddətli mаliyyə siyаsəti kursudur. Maliyyə strategiyası maliyyə siyasətinin irimiqyaslı, uzunmüddətli məqsəd və vəzifələrini əhatə edir ki, bu da ölkənin və təsərrüfat subyektlərinin inkişafına müsbət təsir göstərir. Maliyyə strategiyası da maliyyə siyasəti kimi daxili struktura malikdir. Məsələn, dövlət maliyyə strategiyası özünə dövlət gəlirlər və xərcləri sahəsində strategiyanı, yerli özünüidarəetmə orqanlarının maliyyəsinin təşkili strategiyasını, büdcə və vergi strategiyasını, dövlət borclarının idarə edilməsi və s. daxil inkişafının müəyyən mərhələsində maliyyə siyasətinin reallaşdırılmasıüçün konkret tədbirləri müəyyən edir. Maliyyə taktikası bir qayda olaraq qısa müddət üçün müəyyən edilir.

Mаliyyə tаktikаsı cəmiyyətin inkişаfının kоnkrеt mərhələsində qаrşıyа çıхаn məsələlərin mаliyyə əlаqələrinin təşkili qаydаlаrının dəyişdirilməsi, mаliyyə rеsurslаrının yеnidən qruplаşdırılmаsı yоlu ilə həll еdilməsi məqsədi dаşıyır. Maliyyə taktikası maliyyə strategiyasını konkretləşdirir, ölkənin və təsərrüfat subyektlərinin inkişafının müəyyən mərhələsində maliyyə siyasətinin reallaşdırılması üzrə konkret tədbirləri müəyyən edir. Maliyyə taktikası bir qayda olaraq qısamüddətli dövr üçün hesablanır. Maliyyə taktikası tədbirlərinin tərkıbı müxtəlıfdir, dövlətin və təsərrüfat subyektlərinin maliyyə strategiyasınin müxtəlifliyindən asılıdır. Mаliyyə strаtеgiyаsının nisbi sаbitliyi şərаitində mаliyyə tаktikаsı çеvik оlmаlıdır.

Mаliyyə siyаsətinin strаtеgiyаsı və tаktikаsı qаrşılıqlı əlаqədədir. Strаtеgiyа tаktiki vəzifələrin yеrinə yеtirilməsi üçün əlvеrişli şərаit yаrаdır. Düzgün mаliyyə tаiktiаsı mаliyyə əlаqələrinin təşkili fоrmаlаrını vахtındа və qısа müddətə dəyişməklə аz məsrəflə mаliyyə strаtеgiyаsınıın qаrşıyа qоyduğu məqsədlərə nаil оlunmаsınа imkаn yаrаdır. Elmi cəhətdən əsaslandırılmış maliyyə strategiyası və taktikası maliyyə konsepsiyasının əsas məzmununu təşkil edir.

Maliyyə siyasətinin formalaşması zamanı bir sıra konkret vəzifələrin yerinə yetirilməsi əsas problem kimi qarşıya qoyulmalıdır:

1) Maliyyə siyasətinin təşkili zamanı müəyyən məkan və zaman daxilində hər bir ölkənin spesifik xüsusiyyətləri, yəni regional, demoqrafik, milli, psixoloji xüsusiyyətləri nəzərə alınmalıdır. Buna görə də respublikamızın bazar iqtisadiyyatına keçdiyi bir dövrdə maliyyə siyasəti elə qurulmalıdır ki, bu, xalqın həyat səviyyəsinin yüksəldilməsinə səbəb olsun.

2)Maliyyə ehtiyatlarının səmərəli istifadə istiqamətlərinin müəyyən edilməsi.

3)Maliyyə münasibətlərinin təşkilinin konkret metod və üsullarının müəyyənləşdirilməsi. Bu vəzifəyə vergilərin və digər maliyyə tənzimləyicilərinin təşkili qaydaları, dövlət maliyyə orqanlarının işinin təşkili metodları və s. aiddir. Bu sahədə xarici ölkələrin təcrübələrinin öyrənilməsi vacib amildir.

Maliyyə siyasətinin formalaşması prinsipləri aşağıdakılardır:

Maliyyənin inkişafının elmi cəhətdən əsaslandırılmış konsepsiyasının hazırlanması. Bu konsepsiya iqtisadiyyatın mövcud vəziyyəti, gələcək üçün sabitliyi, istehsal münasibətlərinin inkişafı, iqtisadiyyatın və əhalinin maliyyə resurslarına olan tələbatının təhlili əsasında aparılır.

Maliyyə siyasətinin həyata keçirilməsində və idarə edilməsində demokratik prinsiplərə əməl olunması;

Dövlətin maliyyə resurslarından istifadənin əsas istiqamətlərinin müəyyən edilməsi. Burada məqsəd vəsaitlərdən daha səmərəli istifafə edilməsindən ibarətdir. Buna isə resursların priotet sahələrə və sosial sferaya bölüşdürmək yolu ilə nail olunur. Daha az məsrəflə yüksək nəticəyə nail olmaq həm dövlətin və həm də ayrı-ayrı təsərrüfat subyektlərinin əsas vəzifəsidir.

Maliyyə resurslarının bir hissəsinin dövlətin mərkəzləşdirilmiş fondlarında cəmləşdirilməsi. Bu vəsaitlərin formalaşması məhkəmə, icra hakimiyyəti, ordu, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin maliyyələşdirilməsinin təmin edilməsi məqsədi daşıyır. Ümumdövlət maliyyə fondlarından istifadə edərkən həm dövlətin, həm də ayrı-ayrı iqtisadi rayonların və regionların sosial iqtisadi inkişaf mənafeyi nəzərə alınmalıdır.

Ümumdövlət maliyyəsi ilə təsərrüfat subyektlərinin maliyyəsinin qarşılıqlı əlaqəsi təmin edilməlidir.

Maliyyə sisteminin bütün həlqələrinin və xüsusilə büdcənin gəlirləri və xərclərinin tarazlaşdırılması təmin edilməlidir.

Ölkənin maliyyə vəziyyəti və maliyyə resursları üzərində dövlət nəzarəti təmin edilməlidir. Fövqəladə və təxirəsalınmaz xərcləri ödəmək üçün dövlətin maliyyə ehtiyatları yaradılmalıdır.

İqtisadiyyatın inkişafına maliyyənin təsirinin müəyyən edilməsi. Bünün üçün səmərəli maliyyə mexanizminin fəaliyyəti zəruridir. Ümumdövlət vəzifələrinin vaxtında maliyyələşdirilməsi üçün dövlətin əlində zəruri miqdarda maliyyə resursları cəmlənməlidir.

Elmi cəhətdən əsaslandırılmış maliyyə siyasətdən istifadə eiməklə maliyyə münasibətlərinin tənzimlənməsi. Maliyyə siyasət-dövlətin vergilər və dövlət xərcləri sahəsində həyata keçirdiyi siyasət olub, dövlət xəzinəsinin vəsaitlə təmin edilməsinə yönəldilmiş maliyyə siyasətinin bir hissəsidir.

Maliyyə siyasətinin obyekti iqtisadi sistem və onun maliyyə vəziyyəti və maliyyə nəticələri ilə əlaqəli fəaliyyəti, təsərrüfat subyektinin pul vəsaitlərinin daxilolmaları və ödənişlərinin hərəkəti olan pul dövriyyəsidir.

Maliyyə siyasətinin predmetini müəssisədaxili və müəssisədaxili maliyyə prosesləri, münasibətləri və əməliyyatları, o cümlədən maliyyə axınlarını formalaşdıran və maliyyə vəziyyətini və maliyyə nəticələrini müəyyən edən istehsal prosesləri, hesablaşma münasibətləri, investisiyalar, qiymətli kağızların əldə edilməsi və emissiyası məsələləri və s.

Maliyyə siyasətinin subyekti mənfəət əldə etmək və ondan səmərəli istifadə etməklə müəssisənin likvidliyini və ödəmə qabiliyyətini artırmaq məqsədilə maliyyə idarəçiliyinin strategiya və taktikasını işləyib hazırlayan və həyata keçirən təşkilatın və idarəetmənin təsisçiləri (işəgötürənlər), maliyyə xidmətləridir. Maliyyə siyasəti maliyyə menecmentinin məqsəd və vəzifələrinin müəyyən edilməsindən, habelə onların həyata keçirilməsi üsul və vasitələrinin müəyyən edilməsindən və istifadəsindən, gedən proseslərin nəzərdə tutulan məqsədlərə uyğunluğunun daimi monitorinqindən, təhlilindən və qiymətləndirilməsindən ibarətdir. Maliyyə siyasəti maliyyə resurslarının səfərbər edilməsinin və optimal bölüşdürülməsinin forma və üsulları sistemində təzahür edir, idarəetmədə maliyyə resurslarının formalaşmasının, istiqamətlərinin və istifadəsinin səmərəliliyinin və məqsədəuyğunluğunun qiymətləndirilməsi üçün maliyyə mexanizmlərinin, üsul və meyarlarının seçilməsini və işlənib hazırlanmasını müəyyən edir. .

Müəssisənin maliyyə siyasətinin uğurlu formalaşdırılması və həyata keçirilməsinin əsasını informasiya təminatı təşkil edir və menecerlər nə qədər dolğun və etibarlı informasiyaya malik olsalar, onların düzgün və əsaslandırılmış qərar qəbul etmək şansları bir o qədər çox olur. Müəssisənin maliyyə idarəçiliyi sahəsində qərarlar qəbul edərkən menecerlər istehsal, mühasibat (maliyyə və idarəetmə) və vergi uçotu daxil olmaqla bir neçə mühasibat uçotu sistemləri daxilində yaradılan məlumatlardan istifadə edirlər.


Yüklə 163,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin