Azərbaycan Respublikası özünün dövlət müstəqilliyini əldə etdikdən sоnra ilk həyata keçirdiyi tədbirlərdən biri оnun beynəlхalq maliyyə təşkilatlarına üzv оlmasıdır. 1992-ci ildə Azərbaycan Respublikası BVF və BYİB-yə müraciət etmiş və həmin ilin sentyabr ayında bu təşkilatlara üzv qəbul edilmişdir. 1992-ci ilin avqust ayının 19-da bu məqsədlə Azərbaycan Respublikasının müvafiq Qanunu qəbul edilmişdir. Həmin Qanunda göstərilir ki, BVF, BYİB-in, Beynəlxalq Maliyyə Kоr-pоrasiyasının, Beynəlxalq İnkişaf assosiasiyasının sazişlərinin, İnvestisiyaların Hərtərəfli Təminatı agentliyi və Beynəlxalq İnvestisiya Mübahisələrinin həlli Mərkəzinin əsasları haqqında konvensiyaların normaları Azərbaycan Respublika-sının ərazisində tətbiq edilir. Əgər həmin sazişlərin və kоnvensiyaların nоrmaları ilə Azərbaycan Respublikasının qanunvericilik aktları və nоrmaları arasında uyğunsuzluq yaranarsa, оnda həmin sazişlərin və konvensiyaların nоrmaları tətbiq edilir.
Axırıncının iki səbəbi vardır. Birincisi ondan ibarət idi ki, sovet rublu sürətlə qiymətdən düşürdü, camaat belə düşünürdü ki, əgər Azərbaycan kifayət qədər güc-lü iqtisadi potensialla öz puluna keçsə, o, inflyasiyadan azad olacaq. İkinci səbəb isə ondan ibarət idi ki, keçmiş SSRİ-də hələ rubl işlədilirdi və nağd pul çatışmırdı. Hər dəfə Rusiyadan nağd pul gətirdikdə rüşvət vermək lazım gəlirdi, xalq vaxtında və tam maaş, təqaüd və s. ala bilmirdi. Ölkədə ciddi sosial ağırlıq artırdı. Manat ilk mövsümdə istifadə olunan rubl ilə paralel olaraq rubla qarşı öz qiymətini sax-laması üçün tədavülə hissə-hissə buraxılırdı. Düzgün olaraq həmin vaxt rəhbərlik elan etdi ki, özəlləşdirmə manatla olacaq və onun hörmətini bir az da artırdı. Lakin Azərbaycan keçmiş sovet ölkələrindən aldığı malların dəyərini rublla ödəməli olurdu və bununla belə, bu ölkələrdə, ən əsas da Rusiyada qiymətlər liberallaşmış və böyük sürətlə qalxmaqda idi. Bu hadisələrin qaçılmaz olduğu əvvəlcədən məlum idi. Artıq 1993-cü ilin yaz fəslində manat həm əmtəəyə, həm də rubla qarşı qiymətdən düş-məyə başladı.
Dövlət maliyyəsi
|
Müəssisə və
təşkilatların
maliyyəsi
|
Kredit-bank
sistemi
|
Dövlət maliyyə
orqanları
sistem
|
›Dövlət
büdcəsi
›Büdcədənkən
ar fondlar
›Dövlət krediti
›Dövlət
|
›Kommersiya
müəssisələrinin
(təşkilatlarının)
maliyyəsi
›Dövlət və
bələdiyyə
müəssisələrinin
maliyyəsi
›Qeyri
kommersiya
müəssisə və
təşkilatlarının
maliyyəsi
|
›AR-nın Milli
Bankı
›Kommersiya
bankları
›Bank
olmayan
kredit
təşkilatları
|
›AR-nın
Maliyyə
Nazirliyi
›Respublika
xərinədarlığı
›AR-nın
subyektlərinin
maliyyə
orqanları
|
Dostları ilə paylaş: |