Azərbaycan Respublikası dövlət vergi xidməti orqanlarının rəhbər işçilərinə



Yüklə 50.1 Kb.
tarix21.06.2018
ölçüsü50.1 Kb.

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 1993-cü il 17 dekabr

tarixli 618 nömrəli qərarı ilə

təsdiq edilmişdir



Azərbaycan Respublikası dövlət vergi xidməti orqanlarının rəhbər işçilərinə

və mütəxəssislərinə fərdi rütbələrin verilməsi və rütbələrə görə əmək

haqqına üstəliklərin hesablanması qaydaları haqqında

Ə S A S N A M Ə

1. Bu Əsasnamə “Dövlət vergi xidməti haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq dövlət vergi xidməti orqanlarının rəhbər işçilərinə və mütəxəssislərinə fərdi rütbələrin verilməsi və rütbələrə görə onların aylıq vəzifə maaşlarına üstəliklərin hesablanması ilə ödənilməsi qaydalarını müəyyən edir.


2. “Dövlət vergi xidməti haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq dövlət vergi xidməti orqanlarının rəhbər işçilərinə və mütəxəssislərinə aşağıdakı fərdi rütbələr verilir:
Ali dövlət vergi müşaviri:
I dərəcəli baş dövlət vergi xidməti müşaviri;

II dərəcəli baş dövlət vergi xidməti müşaviri;

III dərəcəli baş dövlət vergi xidməti müşaviri;

I dərəcəli böyük dövlət vergi xidməti müşaviri;

II dərəcəli böyük dövlət vergi xidməti müşaviri;

III dərəcəli böyük dövlət vergi xidməti müşaviri;

I dərəcəli dövlət vergi xidməti müşaviri;

II dərəcəli dövlət vergi xidməti müşaviri;

III dərəcəli dövlət vergi xidməti müşaviri;
3. Ali dövlət vergi xidməti müşaviri. I və II dərəcəli baş dövlət vergi xidməti müşaviri rütbələrindən başqa bütün fərdi rütbələr Baş Dövlət Vergi Müfəttişliyinin rəisi tərəfindən verilir.
4. Dövlət Vergi Xidməti Orqanlarında vergi qanunvericiliyinə əməl olunmasına, vergilərin və digər icbari ödənişlərin hesablanmasına və müvafiq büdcələrə ödənilməsinə, habelə dövlət qiymət intizamının gözlənilməsinə nəzarət edən rəhbər işçilərə və mütəxəssislərə, onların peşəkarlıq səviyyəsi və iş stajı nəzərə alınmaqla, tutduqları vəzifələrinə müvafiq aşağıdakı fərdi rütbələr verilir:
1. Baş Dövlət Vergi Müfəttişliyinin mərkəzi aparatı:


III dərəcəli baş dövlət vergi xidməti müşaviri

aparıcı idarə və müstəqil şöbələrin rəisləri

I dərəcəli böyük dövlət vergi xidməti müşaviri

aparıcı idarə və müstəqil şöbələrin rəis müavinləri

II dərəcəli böyük dövlət vergi xidməti müşaviri

Baş dövlət vergi müfəttişləri, baş mütəxəssislər

III dərəcəli böyük dövlət vergi xidməti müşaviri

Böyük dövlət vergi müfəttişləri, aparıcı mütəxəssislər

I dərəcəli böyük dövlət vergi xidməti müşaviri

Dövlət vergi müfəttişləri, 1-ci kateqoriyalı mütəxəssislər

2. Naxçıvan Muxtar Respublikası, Bakı və Gəncə şəhərləri üzrə dövlət Vergi müfəttişliklərinin mərkəzi aparatları




III dərəcəli baş dövlət vergi xidməti müşaviri

Naxçıvan Muxtar Respublikası üzrə Dövlət Vergi Müfəttişliyi rəisinin birinci müavini və müavinləri Bakı və Gəncə şəhərləri üzrə dövlət Vergi müfəttişliklərinin rəisləri

I dərəcəli böyük dövlət vergi xidməti müşaviri

Naxçıvan Muxtar Respublikası üzrə Dövlət Vergi Müfəttişliyinin aparıcı idarə və müstəqil şöbə rəisləri

Bakı və Gəncə şəhərləri üzrə Dövlət Vergi Müfəttişliklərinin rəis müavinləri



II dərəcəli böyük dövlət vergi xidməti müşaviri

Naxçıvan Muxtar Respublikası üzrə Dövlət Vergi Müfəttişliyinin aparıcı idarə və müstəqil şöbə rəislərinin müavinləri

Bakı və Gəncə şəhərləri üzrə Dövlət Vergi Müfəttişliklərinin aparıcı idarə və müstəqil şöbə rəisləri



III dərəcəli böyük dövlət vergi xidməti müşaviri

Baş dövlət vergi müfəttişləri, baş mütəxəssislər

I dərəcəli dövlət vergi xidməti müşaviri

Böyük dövlət vergi müfəttişləri, baş mütəxəssislər

II dərəcəli dövlət vergi xidməti müşaviri

Dövlət Vergi müfəttişləri 1-ci kateqoriyalı mütəxəssislər

3. Rayon və şəhərlər üzrə Dövlət Vergi Müfəttişlikləri




I dərəcəli böyük dövlət vergi xidməti müşaviri

Dövlət Vergi Müfəttişliklərinin rəisləri

II dərəcəli böyük dövlət vergi xidməti müşaviri

Dövlət Vergi Müfəttişliklərinin rəislərinin müavinləri

III dərəcəli böyük dövlət vergi xidməti müşaviri

Şöbə rəisləri

I dərəcəli dövlət vergi xidməti müşaviri

Baş dövlət vergi müfəttişləri, baş mütəxəssislər

II dərəcəli dövlət vergi xidməti müşaviri

Böyük dövlət vergi müfəttişləri, baş mütəxəssislər

III dərəcəli dövlət vergi xidməti müşaviri

Dövlət Vergi müfəttişləri 1-ci kateqoriyalı mütəxəssislər

4. Dövlət Vergi Xidməti orqanlarında təsərrüfat və mühəndis-texniki xidmət, habelə kargüzarlıq vəzifələrində işləyənlərə fərdi rütbə verilmir.


5. Dövlət Vergi Xidməti orqanlarında bir il müddətində təcrübə keçməsi mütləq şərt olan işçilərə təcrübə müddəti qurtardıqdan sonra və onlar vəzifəyə təyin olunduqda onlara III dərəcəli dövlət vergi xidməti müşaviri fərdi rütbəsi verilir.

İdarə və şöbə rəislərinə, habelə onların müavinlərinə təcrübə müddəti qurtardıqdan sonra vəzifələrinə müvafiq fərdi rütbə verilir.


6. Fərdi rütbələrdə olma müddəti aşağıdakı kimi müəyyən edilir:


III dərəcəli dövlət vergi xidməti müşaviri

-2 il

II dərəcəli dövlət vergi xidməti müşaviri

-3 il

I dərəcəli dövlət vergi xidməti müşaviri

-3 il

III dərəcəli böyük dövlət vergi xidməti müşaviri

-3 il

II dərəcəli böyük dövlət vergi xidməti müşaviri

-4 il

I dərəcəli böyük dövlət vergi xidməti müşaviri

-5 il

7. I, II və III dərəcəli baş dövlət vergi xidməti müşaviri fərdi rütbələrində olma müddətləri müəyyən edilmir.


8. Növbəti fərdi rütbə, bir qayda olaraq, işçinin vəzifəsi artdıqda və əvvəlki fərdi rütbədə olma müddəti başa çatdıqdan sonra verilir. İşçinin fərdi rütbədə olma müddəti başa çatdıqdan sonra verilir. İşçinin fərdi rütbədə olma müddəti onun vəzifəsi artmadıqda başa çatarsa, növbəti fərdi rütbə verilməyə bilər.
9. Xidməti vəzifələrini nümunəvi icra etdiyinə və işdə xüsusi fərqləndiyinə görə Baş Dövlət Vergi Müfəttişliyinin rəisinin əmri ilə işçiyə fərdi rütbədə olma müddəti başa çatmadan növbəti fərdi rütbə verilə, habelə işçinin yüksək vəzifəyə keçirən zaman onun fərdi rütbəsi iki növbəti fərdi rütbədən yüksək olmamaq şərtilə, növbəlilik gözlənilmədən artırıla bilər.

Bütün hallarda növbəti fərdi rütbələr işçinin attestasiyası keçirildikdən sonra attestasiya komissiyasının qərarı əsasında verilir.


10. Dövlət Vergi Xidməti Orqanları işçilərinə verilmiş fərdi rütbələr onlar üçün ömürlük saxlanılır.
11. Verilməsi qaydasına müvafiq olaraq Ali dövlət vergi xidməti müşaviri I və II dərəcəli baş dövlət vergi xidməti müşaviri fərdi rütbələrindən məhrum edilmə Azərbaycan Respublikasının Prezidenti, digər fərdi rütbələrdən məhrum edilmə Baş Dövlət Vergi Müfəttişliyinin rəisi və habelə məhkəmə tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş hallarda aparıla bilər.
12. İntizam tənbehi almış vergi xidməti işçilərinə, tənbehin qüvvədə olduğu müddət qurtaranadək və ya həmin tənbeh vaxtından əvvəl işçinin üzərindən götürülənədək fərdi rütbə verilmir.
13. Dövlət Vergi Xidməti işçilərinə bu Əsasnamə ilə müəyyən edilmiş qaydada fərdi rütbələr verildiyi gündən, onların aylıq vəzifə maaşlarına üstəliklər hesablanır.
14. Fərdi rütbələrə görə aylıq vəzifə maaşlarına faizlə aşağıdakı üstəliklər müəyyən edilir:


Ali dövlət vergi xidməti müşaviri

30

I dərəcəli baş dövlət vergi xidməti müşaviri




II dərəcəli baş dövlət vergi xidməti müşaviri

25

III dərəcəli baş dövlət vergi xidməti müşaviri




I dərəcəli böyük dövlət vergi xidməti müşaviri

20

II dərəcəli böyük dövlət vergi xidməti müşaviri




III dərəcəli böyük dövlət vergi xidməti müşaviri

15

I dərəcəli dövlət vergi xidməti müşaviri




II dərəcəli dövlət vergi xidməti müşaviri




III dərəcəli dövlət vergi xidməti müşaviri

10

15. Fərdi rütbələrə görə üstəliklər aylıq əmək haqqı fondunda nəzərdə alınmaqla müvafiq vergi orqanlarının ştat cədvəli üzrə təsdiq edilir və respublika büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.


16. Fərdi rütbələrə malik olan işçilərə məzuniyyət, habelə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə xəstəlik vərəqələri üzrə haqq-hesab aparılarkən, fərdi rütbələrə görə üstəliklərin məbləğləri nəzərə alınır.
17. Mükafatlar, habelə maddi yardım və digər birdəfəlik ödənişlər verilərkən fərdi rütbələrə görə üstəliklər nəzərə alınmır.

Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə