Bu xidmət vətəndaşlara ovçuluq hüququ verən sənədin (ovçuluq biletinin)verilməsiüçün müraciətin və tələb olunan sənədlərin elektron formada qəbul edilməsindən ibarətdir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
1.3.1 “Ovçuluq Haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsi;
1.3.2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.09.2004-cü il tarixli 147-saylı qərarı;
1.3.3 “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın 11.14-cü bəndi.
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”nin 11.18-ci bəndi.
“Azərbaycan Respublikasında ovçuluqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 30 sentyabr tarixli 147 nömrəli Qərarı