Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universiteti



Yüklə 0,84 Mb.
səhifə1/4
tarix04.12.2022
ölçüsü0,84 Mb.
#120427
  1   2   3   4
B.Sevda Mülki müdafiə


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Fakültə: Filologiya
İxtisas: Azərbaycan dili və ədədbiyyat müəllimliyi
Qrup: 2105b
Kurs: 2
Fənn: Mülki müdafiə və ilkin tibbi yardım
Fənn müəllimi: İsgəndərova Arzu
Tələbə: Bağvanova Sevda
Mövzu: Mülki müdafiənin mühafizə qurğuları

PLAN

  • Mühafizə qurğuları və müxtəlif növlərə;
  • Sığınacaqlar, quruluşu və onların əhəmiyyəti;
  • Fərdi mühafizə vasitələri və onlardan istifadə.

Mühafizənin əsas üsullarından biri mülki müdafiənin mühafizə qurğularından istifadə olunmasıdır. Mühafizə qurğuları əhalini nüvə, kimyəvi və bakterioloji silahlardan, habelə nüvə partlayışları zamanı və adi qırğın vasitələri işlədilərkən yarana biləcək ikincili (əlavə) zədələyici amillərdən qorumaq üçün nəzərdə tutulan xüsusi mühəndis qurğularıdır (tikililərdir). Mühafizə qurğuları aşağıdakı növlərə ayrılır: sığınacaqlar, radiasiya əleyhinə daldalanacaqlar və sadə daldalanaqlar. İri şəhərlərdə və vacib təsərrüfat obyektlərində sığınacaqlar hələ sülh dövründə təsərrüfat planlarına müvafiq şəkildə tikilir.

Sığınacaq adamları müharibə dövründə kütləvi qırğın silahlarının zədələyici amillərinin təsirindən mühafizə etmək üçün nəzərdə tutulan mühafizə qurğusuna deyilir. Sığınacaqların əksəriyyəti bina ilə birlikdə tikilir. Bu məqsədlə, adətən, istehsalat binalarının, ictimai binaların, yaşayış evlərinin zirzəmi və yarımzirzəmilərindən istifadə olunur. Sığınacağı binadan ayrı qurğu kimi də tikmək mümkündür. Belə sığınacaqlar tamamilə və ya qismən yerin altında olur, onların üstü və yanları torpaqla örtülür. Cürbəcür yeraltı keçidləri və lağımları, metro stansiyalarını, dağ-mədən yerlərini də sığınacaq kimi uyğunlaşdırmaq mümkündür

  • Sığınacaq adamları müharibə dövründə kütləvi qırğın silahlarının zədələyici amillərinin təsirindən mühafizə etmək üçün nəzərdə tutulan mühafizə qurğusuna deyilir. Sığınacaqların əksəriyyəti bina ilə birlikdə tikilir. Bu məqsədlə, adətən, istehsalat binalarının, ictimai binaların, yaşayış evlərinin zirzəmi və yarımzirzəmilərindən istifadə olunur. Sığınacağı binadan ayrı qurğu kimi də tikmək mümkündür. Belə sığınacaqlar tamamilə və ya qismən yerin altında olur, onların üstü və yanları torpaqla örtülür. Cürbəcür yeraltı keçidləri və lağımları, metro stansiyalarını, dağ-mədən yerlərini də sığınacaq kimi uyğunlaşdırmaq mümkündür

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin