Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universiteti Fakültə: Filologiya
İxtisas: Azərbaycan dili və ədədbiyyat müəllimliyi
Qrup: 2105b
Kurs: 2
Fənn: Mülki müdafiə və ilkin tibbi yardım
Fənn müəllimi: İsgəndərova Arzu
Tələbə: Bağvanova Sevda Mövzu: Mülki müdafiənin mühafizə qurğuları
Mühafizənin əsas üsullarından biri mülki müdafiənin mühafizə qurğularından istifadə olunmasıdır. Mühafizə qurğuları əhalini nüvə, kimyəvi və bakterioloji silahlardan, habelə nüvə partlayışları zamanı və adi qırğın vasitələri işlədilərkən yarana biləcək ikincili (əlavə) zədələyici amillərdən qorumaq üçün nəzərdə tutulan xüsusi mühəndis qurğularıdır (tikililərdir). Mühafizə qurğuları aşağıdakı növlərə ayrılır: sığınacaqlar, radiasiya əleyhinə daldalanacaqlar və sadə daldalanaqlar. İri şəhərlərdə və vacib təsərrüfat obyektlərində sığınacaqlar hələ sülh dövründə təsərrüfat planlarına müvafiq şəkildə tikilir.
Sığınacaq adamları müharibə dövründə kütləvi qırğın silahlarının zədələyici amillərinin təsirindən mühafizə etmək üçün nəzərdə tutulan mühafizə qurğusuna deyilir. Sığınacaqların əksəriyyəti bina ilə birlikdə tikilir. Bu məqsədlə, adətən, istehsalat binalarının, ictimai binaların, yaşayış evlərinin zirzəmi və yarımzirzəmilərindən istifadə olunur. Sığınacağı binadan ayrı qurğu kimi də tikmək mümkündür. Belə sığınacaqlar tamamilə və ya qismən yerin altında olur, onların üstü və yanları torpaqla örtülür. Cürbəcür yeraltı keçidləri və lağımları, metro stansiyalarını, dağ-mədən yerlərini də sığınacaq kimi uyğunlaşdırmaq mümkündür