Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft Energetika Kolleci
SƏRBƏST İŞ
İxtisas : 040546 Neft və qaz yataqlarında geoloji və geofiziki işlər
Qrup : 546/1
Kurs : II
Fənn : Faydalı qazıntılar,mineralogiya və petroqrafiya
Müəllim : Əliyeva Nuranə
Tələbə : Məmmədov İlkin
Mövzu : Geoloji axtarış üsulları
Bakı-2023
Mündəricat
Giriş.................................................................................3
Plan 1 : Faydalı qazıntı yataqlarının əmələ gəlmə şəraiti
.................………….............................................……....4
Plan 2 : Geoloji xəritəalma üsulu.................................…5
Plan 3 : Geofiziki üsullar.............………………………7
İstifadə olunan ədəbiyyat siyahısı....................................8
Giriş
Təbii şəraitdə əmələ gələn və xalq təsərrüfatında istifadə edilə bilən metallara və ya minerallara faydalı qazıntılar deyilir.
Müxtəlif proseslər nəticəsində yer qabığının səciyyəvi geoloji strukturunda əmələ gələn və keyfıyyətcə sənayenin tələbatına cavab verən bir və ya bir neçə filiz kütləsindən ibarət olan mineral toplusuna faydalı qazıntı yatağı deyilir.
Filiz kütləsi - süxurlar içərisində faydalı qazıntının (filizin) ayrılmış şəkildə toplanmasıdır.
Filiz təzahürü - yer qabığında istismar üçün kifayət etməyən miqdarda toplanmış və lazımi dərəcədə öyrənilməmiş faydalı qazıntı toplusudur.
Filiz (ingiliscə - ores, fransızca - minerais, almanca - erze) elə bir mineral aqreqatına deyilir ki, ondan xalq təsərrüfatında istifadə etmək üçün bir və ya bir neçə metalın, yaxud mineralın çıxarılması texnoloji cəhətdən mümkün, iqtisadi cəhətdən isə əlverişli olsun. Ümumiyyətlə, «filiz» termini təkcə metallik faydalı qazıntılara deyil, bəzi qeyri-metal faydalı qazıntılarına da aid edilir. Məsələn, asbest, kükürd, fosfor, qrafit filizləri və s.
Sənayedə tətbiqinə görə faydalı qazıntı yataqları filiz (metallik), qeyri-filiz (qeyri-metal), yanar (kaustobiolitlər) və hidromineral qruplara ayrılır. Öz növbəsində filiz yataqları qara, yüngül, əlvan, nadir, radioaktiv, nəcib metallara, nəhayət, səpələnmiş və nadir torpaq elementləri yataqlarına bölünür. Qeyri-filiz yataqları içərisində kimyəvi, aqronomik, metallurji, texniki və tikinti mineral xammal yataqları ayrılır. Yanar faydalı qazıntı yataqlarına neft, yanar qazlar, kömür, yanar şist və torf yataqları aid edilir. Hidromineral yataqlar yeraltı içməli, texniki və balneoloji (mineraloji) sulara və tərkibində qiymətli elementlər (brom, yod, bor, radium) saxlayan neft sularına ayrılır.
Dostları ilə paylaş: |