Plan 3: Geofiziki üsullar Bu üsullar regional geoloji planaalma mərhələsində ümumi geoloji məsələlərin həllində, axtarış işlərində, həmçinin faydalı qazıntı yataqlarının kəşfiyyatında müvəffəqiyyətlə tətbiq edilir.Filizlərin və süxurların fıziki xüsusiyyətlərindən və həmçinin qarşıya qoyulmuş işin məqsədindən asılı olaraq aparıcı rol oynayır. Axtarış mahiyyətli əsas geofıziki üsulların qısa təsviri aşağıda verilir.
Maqnitometriya. Maqnitometriküsul süxurların və filizlərin maqnit xüsusiyyətlərininfərqinə, xüsusən də maqnit həssaslığına (X), yəni maqnitsahəsində maqnitləşmə qabiliyyətinə əsaslanır. Bu əlamətlərinə görə bütünmaddələr diamaqnitlərə (x<0) və paramaqnitlərə(x>0) bölünürlər.
Radiometrik axtarış üsulları. Bu üsulların əsasına süxur və filizlərin tərkiblərində uran-torium sırası radioaktiv elementlərinin miqdarı ilə əlaqədar təbii radioaktivlik fərqi qoyulmuşdur
Elektrometrik üsul. Elektrometrik axtarış üsulları süxur və filizlərin elektrikkeçirmə fərqlərinin istifadəsinə əsaslanır. Təbii şəraitlərdə bu fərqlər süxurəmələgətirən və filizəmələgətirən mineralların elektrik müqaviməti, süxurların və filizlərin məsaməliyi və rütubətlənmə dərəcəsi ilə müəyyən edilir.
Qravimetrik iisul. Yer üzərində cazibə sahələrinin öyrənilməsinə əsaslanan qravimetrik üsul, yerləşdirici süxurlardan sıxlığına görə əhəmiyyətli dərəcədə fərqlənən faydalı qazıntı yataqlarını aşkar etməyə imkan verir. Süxurların və filizlərin sıxlığı onların mineral tərkiblərinə görə, məsamələri dolduran maddələrin məsaməliliklərinə və xüsusi çəkilərinə görə müəyyən edilir.
Seysmometrik üsul. Seysmometrik üsul dayaz (100 m-ə qədər) quyularda aparılan partlayışlar və yaxud da yer səthinə salınan ağır yüklərin təsirindən yaranan elastik dalğaların yer qabığında yayılma sürətinin və hərəkətdə olma vaxtının öyrənməsinə əsaslanır. Elastik dalğaların süxurlarda yayılma sürəti onların litoloji tərkibi, yatım dərinliyi, məsaməliliyi və rütubətliliyi ilə müəyyən edilir.
İstifadə olunan ədəbiyyat siyahısı
“Faydalı qazıntılar, mineralogiya və petroqrafiya “ fənnindən mühazirələr.pdf