Şriftin ölçüsünü d ə yişm ə k üçün istifadə olunan düymələr Düymələrdən istifadə etməklə mətnin müəyyən atributlarına “aşağı indeks” və “yuxarı indeks” mənimsətmək olar. Aşağıda hər iki düymənin yerinə yetirdiyi funksiyaya nümunə göstərilir. 1.Strikethrough (Надстрочный знак-Sətirüstü) əmrinə nümunə: E = mc 2
2.Superscript (Подстрочный знак-Sətiraltı) əmrinə nümunə: H 2 SO 4
Home (Главная - Əsas) qoşması, Font (Шрифт Yazı tipi) qrupu, Strikethrough (Зачеркнутый - Üstüxətli) ə mri Mətn redaktorunda mətn yığarkən istifadəçi susma prinsipinə görə əsasən qara rəngdən istifadə edir. Buna səbəb qara rəngli şriftin işgüzar sənədlərin hazırlanmasında geniş istifadə olunmasıdır. İstifadəçinin nəzərinə çatdırmaq lazımdır ki, Word mətn redaktoru təkcə işgüzar sənədlərin hazırlanmasında deyil, digər sənədlərində, məsələn, açıqcaların, reklam vərəqlərinin və Veb-səhifələrin hazırlanmasında istifadə edilə bilər. Odur ki, istifadəçi hazırladığı sənədin xarakterindən asılı olaraq şriftin rəngini dəyişə bilər.
Fraqmentdəki şriftləri rəngləmək üçün sadəcə olaraq dialoq pəncərəsindəki istənilən rəngi seçmək kifayətdir. Bəzən rəngləmək üçün istifadə olunacaq rəng dialoq pəncərəsində olmur. Bunun üçün dialoq pəncərəsinin üzərindəki More Colors (Другие цвета-Başqa rənglər) əmrini aktivləşdirmək lazımdır. Bəzən istifadəçi hazırladığı sənəddən seçilmiş fraqmentə qradiyent tətbiq etməli olur. Bunun üçün dialoq pəncərəsindəki Credient (ГрадиентнаяQradiyent) əmrini seçmək kifayətdir. Masaüstünə Credient (Градиентная-Qradiyent) diaoq pəncərəsi açılacaq. Dialoq pəncərəsi istifadəçiyə seçilmiş fraqmenti bir rənglə deyil, daha mürəkkəb rənglərdən (qradiyent dolumlarından) istifadə etməklə rəngləməyə şərait yaradır. İstifadəçi seçilmiş fraqmentdəki müxtəlif sözləri müxtəlif rənglərlə rəngləyə bilər. Hətta fraqmentdəki bir sözə daxil olan simvoların hər birini müxtəlif rənglərlə rəngləmək mümkündür.