Text Highlight Color (Цвет выделенного текста Seçilmiş mətnin rəngi) əmri İstifadəçi mətn üzərində formatlaşdırma əməliyyatları aparan zaman mətnin yığılması zamanı istifadə edilən şriftə müxtəlif effektlər tətbiq etməklə yanaşı şriftin yazılma variantlarını da seçə bilər. İstifadəçi bu məqsədlə Font (Шрифт-Yazı tipi) qrupuna daxil olan Text Effects and Typography (Текстовые еффекты и оформление-Mətn effektləri və tərtibat) əmrindən istifadə edə bilər . Text Effects and Typography (Текстовые еффекты и оформление-Mətn effektləri və tərtibat) əmri çoxlu sayda punktlardan ibarətdir. Mətnə kölgə, həcm, yarışəffaf və s. effektlərindən birini vermək olar.
Mətnin fraqmentinin rəng seçimi İstifadəçi mətnə daha incə effekt tətbiq etməklə yanaşı tətbiq edilmiş effekti sazlaya da bilər. Bunun üçün o, dialoq pəncərəsinin aşağı hissəsindəki OutLine (СтруктураQuruluş), Shadow (Тень-Kölgə), Reflection (Отражениеİnikas) və Glow (Подсветка-İşıq salma) əmrlərdən (punktlardan) istifadə edə bilər.
Text Effects and Typography (Текстовые еффекты и оформление - M ətn effektləri və tərtibat) dialoq pəncərəsi Bəzən də istifadəçi yerinə yetirilmiş bütün formatlaşdırma əməliyyatlarını bir dəfəyə ləğv etməli olur. Bunun üçün Home (Главная-Əsas) qoşmasındakı Clear Formatting (Очистить формат-Formatlamanı təmizlə) əmrindən istifadə olunur. Əmri icra edən düymə Font (Шрифт-Yazı tipi) qrupuna daxildir və qrupun yuxarı/sağ küncündə yerləşir .
Clear Formatting (Очистить формат - Formatlamanı təmizlə ) əmrini icra edən düymə Prinsipcə Font (Шрифт-Yazı tipi) qrupunda formatlaşdırma əməliyyatını yerinə yetirmək üçün yararlı olan bütün alətlər toplanmışdır.
Font (Шрифт - Yazı tipi) dialoq pəncərəsi, Font (Шрифт - Yazı tipi) səhifəsi İstifadəçinin nəzərənə çatdırılır ki, Font (Шрифт-Yazı tipi) dialoq pəncərəsinin köməkliyi ilı yerinə yetirilmiş əməliyyatlar dialoq pəncərəsində yerləşən OK düyməsi sıxıldıqdan sonra həyata keçir. OK düyməsi sıxılan kimi dialoq pəncərəsi bağlanır. Odur ki, istifadəçi mətn üzərində müəyyən formatlaşdırma əməliyyatlarını ancaq dialoq pəncərəsi açıq olan halda yerinə yetirə bilər.