Azərbaycan Dövlət İqtisad Universitetinin Nəzdində Sosial-İqtisad Kolleci
SƏRBƏST İŞ
Ad: Səidə
Soyad : Əhmədova
İxtisas: Komputer sistemlərində proqram təminatı
Kurs: 4
Qrup: 2108
Müəllim: Qurbanlı Nərmin
Fənn: Tətbiqi proqram təminatı
Mövzu: Word mətn prosessorunda mətnə əlavələrin edilməsi
Word mətn prosessorunda mətnə əlavələrin edilməsi
Mətnin formatlaşdırılması mətn üzərində işləyərkən əsas mərhələlərdən biri sayılır. Mətnin formatlaşdırılması mətnə səliqəli, gözəl, ifadəli görkəm verir. Mətnin formatlaşdırılması dedikdə mətndəki simvolların xüsusiyyətinin dəyişdirilməsi (şriftin, ölçünün, rəngin, simvolların parametrlərinin və atributların) nəzərdə tutulur. Formatlaşdırmanın əsas alətləri Home (ГлавнаяƏsas) qoşmasındakı Font (Шрифт-Yazı tipi) təlqinində (qrupunda) toplanmışdır .
Home (Главная - Əsas ) qoşması, Font (Шрифт - Yazı tipi) təlqini Mətnin formatlaşdırılmasına aid olan digər alətlər isə ekranın zəminində (arxasında) gizlənmişlər.
Belə panellərdən istifadə istifadəçi üçün əlverişlidir. Çünki mətn üzərində hər hansı bir əməliyyatı yerinə yetirən zaman istifadəçinin Home (Главная-Əsas) qoşmasına müraciət etməsinə ehtiyac qalmır. İtifadəçinin nəzərinə çatdırmaq lazımdır ki, sürüşən alətlər panelinə formatlamanın bütün alətləri daxil deyildir .
İstifadəçi bilməlidir ki, formatlama alətləri ancaq mətnin seçilmiş hissələrinə tətbiq edilə bilir. Bəzi hallarda formatlama alətlərini kursorun yerləşdiyi mətn hissəsinə də tətbiq etmək olur.
İstənilən əməliyyat sistemində istifadəçinin ixtiyarına çoxlu sayda şriftlər verilir. İstifadəçi onlardan istifadə etməklə müxtəlif proqramlarda müxtəlif xarakterli sənədlər hazırlaya bilər. Microsoft Office proqramlarında Windows şriftlərindən istifadə mümkündür. Əgər iş prosesində istifadəçiyə əlavə şriftlərdən istifadə etmək lazım gələrsə, onda o, əməliyyat sisteminə əlavə şriftləri yükləməlidir. İstifadəçi ona lazım olan şrifti Home (Главная-Əsas) qoşmasındakı Font (Шрифт-Yazı tipi) qupundan seçə bilər. Bunun üçün: 1.Şriftini dəyişmək istədiyiniz mənin fraqmentini seçin. 2.Home (Главная-Əsas) qoşmasındakı Font (ШрифтYazı tipi) qupunu seçin . 3.Sizə lazım olan şrifti şrift siyahısından seçin . Bu zaman mətndəki seçilmiş fraqmentin şrifti seçilmiş şriftə uyğun olaraq dəyişəcəkdir. 4.Mətndən fraqmenti seçin, sonra mausun oxunu şriftlərin siyahısı üzərinə gətirin, şrifti seçin, seçilmiş şrift seçilmiş fraqmentə tətbiq ediləcək .