Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti



Yüklə 63,62 Kb.
tarix16.11.2022
ölçüsü63,62 Kb.
#119588
sosial stratifikasiya


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Fakultə: Kulturologiya
İxtisas: Sosial İş
Fənn: Sosiologiya
Qrup: SW22
Fənn müəllimi: Davud Həşimov
Tələbə: Şəms İsmayılova
Mövzu: Sosial stratifikasiya
Sərbəst İş
PLAN
1.Stratifikasiya anlayışı,terminin mahiyyəti,sosialogiya elmində tutduğu mövqe;
2.Sosial struktur və sosial stratifikasiyanın təməl fərqləri, sosial ierarxiya anlayışı;
3.Müasir Azərbaycan cəmiyyətində sosial stratifikasiya təlimi və onun sosial strukturda rolu.

GİRİŞ
Sosial stratifikasiya sosial təbəqələşmə deməkdir.«Təbəqələşmə» termini hərfi mənada bütün cəmiyyətin təbəqələrə. Sosial təbəqələşmə əhali arasında təbəqələrin yaranma prosesi və onun nəticələridir. Bu prosesin başlanğıc nöqtəsi sosial yekcins cəmiyyətdir, yəni insanların əmlak və sosial vəziyyətinə görə fərqlənmədikləri cəmiyyətdir. Latın dilində buna iki termin uyğun gəlir: differensiasiya və stratifikasiya.«Stratifikasiya» termini daha çox elm sahəsində, «təbəqələşmə» sözü isə daha çox gündəlik məişətimizdə, bəzən elmdə də işlədilir.İş burasındadır ki, təbəqələşmə sözündən daha çox cəmiyyətin yoxsullara və varlılara ayrıldığı halda istifadə edilir.Bu halda həmin anlayış çoxsaylı orta sinfi əhatə etmir.Buna görə də stratifikasiya reallığı daha tam inikas etdirir.O, təkcə əhalinin yoxsullara və varlılara ayrılma prosesini deyil, həm də cəmiyyətdə orta sinfin yerini və rolunu düzgün əks etdirir. İnsanların - sosial birliklərin bərabərsizliyi cəmiyyətin bütün tarixi inkişaf boyu onun başlıca xüsusiyyətlərindən biridir. İbtidai icma cəmiyyətində bərabərsizlik əsaslı deyildi. Buna görə də stratifıkasiya demək olar ki, yox idi. Müasir cəmiyyətdə insanları gəlirlərinə, təhsil səviyyələrinə, hakimiyyətdə iştirakına görə müxtəlif təbəqələrə bölmək olar. Əvvəl silklər, sonra təbəqələr, caha sonra isə siniflər meydana gəlir. Əgər cəmiyyətlərin bir qismində sosial təbəqənin (stratın) birindən başqasına keçməsi qadağandırsa, başqalarında məhduddur, üçüncüsündə isə tamamilə azaddır. Təbəqələr,siniflər və onlarla bağlı olan bərabərsizlik problemi Qərb sosiologiyasında xüsusi yer tutmuşdur və hazırda da tutmaqdadır. Sosioloji fikir tarixi sosial stratifikasiyanın mahiyyətinin başa düşülməsi ilə bağlı və bir-birilərinə tamamilə zidd olan nəzəri ümumiləşdirmələr və tövsiyələrlə olduqca zəngindir. “Stratifıkasiya”, “orta sinif’ analyışları daha ardıcıl şəkildə “Münaqişə nəzəriyyəsi” və “Veber nəzəriyyəsi” kimi klassik sosioloji nəzəriyyələrdə nəzərdən keçirilmişdir. Bu nəzəriyyələrdən hər biri müasiri olduğu cəmiyyətin stratifıkasiya mənzərəsini anlayış bazası vasitəsilə ümumiləşdirmək səyindən ibarətdir. P. Sorokinin sosial stratifıkasiya ilə bağlı fıkirləri də maraq doğurur. O, sosial stratifıkasiyanın üç müxtəlif növünü fərqləndirir: iqtisadi, siyasi və peşə. Siyasi stratifikasiya cəmiyyətin bütün tərəflərini əhatə edən iyerarxiya ranqları sistemini təsvir edir. Bura nüfuz, hakimiyyət və s. daxildir. Peşə stratifikasiyası əhalinin fəaliyyətinə, məşğuliyyətinə və peşəsinə görə bölünməsidir.
1. «Stratifıkasiya» termini sosiologiyaya təbiət elmlərindən keçmişdir, o, latın mənşəli söz olub, «stratum» - döşəmə, qat deməkdir. Hidrologiyada stratifikasiya anlayışı altında müxtəlif sıxlıqda və temperaturda olan su qatlarının yerləşməsi başa düşülür. Sosial tərkib aaxımından cəmiyyətin sosial strukturunun bütün elementləri i'füqi yerləşdilirib, yəni formal olaraq sistemin tərkib elementləri kimi onlar bərabərdir. Lakin real sosial fəaliyyətdə onlar bərabər deyillər. Hər bir konkret cəmiyyətdə müxtəlif fərdlər, qruplar, siniflər, birliklər, stratifikasiyalar və təşkilatlar qeyri-bərabər vəziyyətdədir. Sosial bərabərsizlik cəmiyyətin ierarxiyah strukturunun olmasını təsdiq edir. Bir fərd, qrup, sinif və təşkilat başqasından yuxanda və ya aşağıda yerləşir. Bu isə o deməkdir ki, onlar başqası ilə müqayisədə çox və ya az sərvətə, hakimiyyətə malikdir. Bərabərsizliyin bu prinsipindən çıxış edərək sosial stratifıkasiya sosial qurumların (qrupların, siniflərin, təbəqələrin və s.) ierarxiya qaydasında yerləşdirilmiş vəhdətidir. Beləliklə, stratifıkasiya fərdlərin, qrupların, siniflərin məlum sosial sistemdə tutduqları yerə müvafiq olaraq differensiasıyalsıdır. İnsanların - sosial birliklərin bərabərsizliyi cəmiyyətin bütün tarixi inkişaf boyu onun başlıca xüsusiyyətlərindən biridir. İbtidai icma cəmiyyətində bərabərsizlik əsaslı deyildi. Buna görə də stratifıkasiya demək olar ki, yox idi. Müasir cəmiyyətdə insanları gəlirlərinə, təhsil səviyyələrinə, hakimiyyətdə iştirakına görə müxtəlif təbəqələrə bölmək olar. Əvvəl silklər, sonra təbəqələr, caha sonra isə siniflər meydana gəlir. Əgər cəmiyyətlərin bir qismində sosial təbəqənin (stratın) birindən başqasına keçməsi qadağandırsa, başqalarında məhduddur, üçüncüsündə isə tamamilə azaddır. Sosial yerdəyişmələrin sərbəstliyi (mobiliık) cəmiyyətin açıq və ya qapalı olduğunu müəyyən edir. Sosial stratifikasiyaya ən lakonik təriflərdən birini ingilis sosioloqu Entoni Giddens vermişdir. C, «stratifikasiya»nı müxtəlif insan qrupları arasında strukturlaşdırılan bərabərsizlik kimi müəyyən edirdi. İnsanlar və ya insan birlikləri (qrupları) arasındakı bərabərsizlik onların müxtəlif sosial rifahları: pul, maddi və mənəvi sərvətləri, hakimiyyət və nüfuzu əldə etmələrinin müxtəlif şərait və imkanlarını göstərir. Strukturlaşdırılmış bərabərsizlik müxtəlif insan birliklərinin ehtiyat və sərvətlərə qeyri-bərabər imkanının sosial institutlar vasitəsi ilə möhkəmləndirilməsi, deməkdir. Bunun nəl içəsində cəmiyyətdə əlaqələndirilmiş və ierarxik təşkil olnınuş sosial təbəqələrin (stratların) ciddi sistemi yaranır. P. Sorokinin fikrincə, əhalinin peşə əlaməti üzrə stratifıkasiyası cəmiyyətin özülünü təşkil edir. Peşələr üzrə olan əlaqələr «dövlət ümumiliyinə» görə olan təsadüfi əlaqələrdən, ideologiya və siyasi partiyaya mənsubiyyət üzrə olan əlaqələrdən fərqli olaraq dərin, köklü və əsaslı xarakter daşıyır. İqtisadi stratifıkasiya üçün Sorokinin fluktuasiya adlandırdığı iki göstərici səciyyəvidir: 1) qrup və ya cəmiyyətin varlanması və yoxsullaşması; 2) iqtisadi piramidanın hündürlüyünün artması və azalması. Qeyd etmək lazımdır ki, stratifikasiya nəzəriyyəsi müasir dövrdə ən çox işlənilən və nəzəri cəhətdən əsaslandırılmış nəzəriyyədir. Lakin bəzi tədqiqatçılar onun da bir sıra çatışmazlıqlara malik olduğunu göstərirlər. Onlardan biri cəmiyyətdə mükafatlandırma sisteminin bölgüsündə əhəmiyyətli rol oynayan hakimiyyət amilinin rolunun nəzərə alınmamasıdır. Bu xüsusilə demokratiya prinsiplərini rəhbər tutmayan ölkələrin sosial strukturu üçün səciyyəvidir. Bu cəhətdən xarakterik nümunə kimi MDB-nin əksər ölkələrinin sosial strukturunu göstərmək olar. Bu gün tam aydınlığı ilə görünür ki, həm inkişaf etmiş Qərb, həm də bəzi MDB ölkələrinin postindustrializm və informasiya cəmiyyəti mərhələsinə daxil olması, həm də onlarda baş verən nəhəng miqyaslı elmi-texnoloji nailiyyətlər bu ölkələrin stratifıkasiya strukturuna ciddi dəyişikliklər gətirir. Qloballaşma proseslərinin həmin dəyişikliklərdə yaratdığı yeniliklər hələ də kifayət qədər tədqiq olunmamışdır.
2. Əgər sosial struktur əməyin ictimai bölgüsünü xarakterizə edirsə, onda sosial stratifıkasiya əməyin nəticələrinin, sosial nemətlərin ictimai bölgüsünü xarakterizə edir. İerarxiya nisbətən davamlı sosial qrup (birlik) üçün xarakterikdir. İerarxiya bütövün elementlərinin yuxarıdan aşağıya doğru müəyyəıı qaydada yerləşdirilməsidir. Birlik (qrup) nümayəndələrinin müəyyən statusu əldə etməsi üçün onların kollektivdə fəallığı və professional müvəffəqiyyətləri xüsusi əhəmiyyət kəsb edir. Hər bir statusa öz təsir, hakimiyyət və nüfuz səviyyəsi uyğun gəlir. İnkişaf prosesində birlikdə (qrupda) funksional rol və statuslar onları icra edən adamların şəxsi keyfiyyətindən ayrılır və spesifik bir struktur yaranır. Bu struktura müvafiq olaraq, hakimiyyət, nüfuz artıq qrup hüdudlarında konkret şəxslərə deyil, statusa, rütbeyə aid edilir. Müxtəlif statusların qeyribərabər vəziyyəti sosial normalarla, ənənə və mərasimlərlə möhkəmləndirilir və sosial nəzarət sistemi ilə təmin olunur. Birliyin (qrupun) tərkibi dəyişə bilər, lakin əgər normalar, ənənə və mərasimlər onun yeni üzvləri tərəfindən təkrar yaradılırsa, onda sosial ierarxiya da yenidən qurulur. Beləliklə də, sosial birliklərin və qrupların yaranması, inkişafı, şəxsiyyətlərarası əlaqələrin möhkəmlənməsi labud olaraq statusların icrarxiyasının formalaşmasına və deməli, birliklərin (qrupların) daxilində təsir - hakimiyyət, nüfuz və s. baxımından bərabərsizliyin yaranmasına gətirib çıxarır. Sosial ierarxiya təkcə qrup (birlik) daxilində deyil, həm də böyük sosial sistem, bütövlükdə cəmiyyət daxilində təzəhür edir. Birinci halda fərdlərin status ierarxiyası, ikinci halda isə birlik və qru pların status ierarxiyası nəzərdə tutulur. Seçilən meyarlardan asılı o'araq, sosial ierarxiyanın bir çox səviyyəsi ola bilər. Lakin bu və ya digər cəmiyyətdə sosial ierarxiya haqqında ən ümumi təsəvvür yaratmaq üçün 3 əsas səviyyəni: ali, orta və aşağı səviyyələri göstərmək kifayətdir. Əhalinin bu səviyyələrə görə ayrılması ümumiləşdirilmiş meyarlara görə mümkündür. Çox vaxt bu bölgü iqtisadi meyarlara əsasən qurulur və iqtisadi bərabərsizlik cədvəli adlanır. Sosial stratifikasiyanın yönümü, bir qayda olaraq, iqtisadi meyarlara görə təsnif edilmiş ali, orta və aşağı təbəqələrin nisbəti ilə müəyyən edilir. Cəmiyyətin ierarxiya strukturunun stabilliyi əhəmiyyətli dərəcədə orta təbəqənin və ya «orta sinfinə həcmindən və rolundan asılıdr. «Orta sinif» bir sıra əlamətlərinə: gəlir səviyyəsinə, istehlak standartlarına, maddi və intellektual mülkiyyətə malik olmasına, təhsil və qabiliyyət səviyyəinə, yüksək ixtisaslı əməyinə görə seçilir. Hal-hazırda Qərbdə «orta sinfi» xırda və orta biznes nümayəndələri, fermer və kəndlilərin, intellektualların, mühəndis-texniki işçilərin, qulluqçuların, yüksək ixtisaslı fəhlələrin, iaişə xidməti sahəsində çalışan işçilərin böyük əksəriyyəti təşkil edir. İnkişaf etmiş ölkələrdə «orta sinif» əhalinin təxminən 60-70%-ni təşkil edir və tutduğu orta vəziyyətə görə sosial ierarxiyanm qütbləri arasında qarşıdurmanı aradan qaldıraraq, özünəməxsus əlaqələndirici rolu həyata keçirir. Orta sinfin həcmi artdıqca onun fundamental sərvətlərinin qədəri də artır. İqtisadi böhranlar zamanı orta sinfin vəziyyətindəki qeyri-sabitlik cəmiyyətdə ciddi sarsıntılara səbəb olur. Unutmaq olmaz ki, sosial ierarxiya sosial qrupda mövcuddur və bütün sosial sistemlər ierarxiya yolu ilə qurulub. Lakin ictimai ierarxiyanm daimiliyi heç də onun elementlərinin, yəni fərdlərin, sosial qrupların və təbəqələrin hərəkətsiz qalması demək deyildir.
3. Sosial stratifikasiya təlimi müasir Azərbaycan cəmiyyətinin sosial strukturunıın vəziyyətini hərtərəfli təhlil etməyə imkan verir. Müstəqillik əldə etdikdən sonra respublikamızın ictimai həyatının bütün tərəflərində əsaslı dəyişiklikər baş verməkdədir. Bütün bunlar koınpleks halda sosial sistemin ümumi səciyyəsində də əhəmiyyətli dəyişikliklərə və yeni meyllərə səbəb olur. Sosial stratifikasiya nəzəriyyəsinə görə cəmiyyətdəki social təbəqələr müəyyən meyarlar əsasında təyin olunur.Müəyyənetmə əlamətlərinin toplusuna təhsil, məişət şəraiti məşğulluq gəlir və sair daxil edilir. Stratifikasiya birölçülü və çoxölçülü meyarlar üzrə müəyyən olunur. Birölçülü meyar bir əlamətin əsas götürürlməsini, çoxölçülü isə belə meyarların birdən artıqlığını özündə birləşdirir. Sosializm cəmiyyətində social stratifikasiya ilə bağlı cəmiyyətin sinfi strukturu ideyası irəli sürürlmüşdür. Stratifikasiya nəzəriyyəsində isə cəmiyyətin yuxarı,, orta və aşağı təbəqələrə bölünməsi fikri geniş yayılmışdır. Bu nöqteyi nəzərlər arasında ziddiyyət elmi əsaslarlə aradan qaldırıla bilər.Sinfi cəmiyyət ideyası qəbul edildikdə siniflərlə yanaşı, müəyyən təbəqələrin varlığını da iddia etmək lazım gəlirdi. Müəyyən əlamətlərə görə təbəqələrə ayırma isə cəmiyyətin bütün üzvlərini əhatə edir. Deməli, social stratifikasiya seçilmiş meyaralara görə aparılmalıdır.Sosial siyasət əhalinin müxtəlif cəhətlərinə görə qruplaşdırıla bilər.Məsələn yaça görə,cinsə görə,sosial vəziyyətə görə,sosial –peşə yönümünə görə və s.
Bu nəzəriyyəni Azərbaycan Respublikasının iqtisai mənafeyi prizmasından izah etsək, müxtəlif iqtisadi rayonların da adlarını qeyd edə bilərik.Yeni sənaye müəssisələrinin yerləşmə xüsusiyyətinə görə Bakı, Gəncə, Sumqayıt, Daşkəsən, Əli Bayaramlı,Mingəçevir bir-birindən fərqli komplekslərə və buna görə də fərqli potensiala malikdir.Mübaliğəsiz demək olar ki, Azərbaycanda da sosial struktura aid tədqiqatların əsas istiqaməti bu və ya digər dərəcədə «yüksək sinif - aşağı sinif» qütbləşməsinə yönəlmişdir. Bu mövqedən çıxış edənlər orta sinfin xarakterik xüsusiyyətlərini açmağa səy göstərir və sinfi qütbləşməni ən azı triada kimi (yüksək sinif - orta sinif - aşağı sinif) təqdim etməklə cəmiyyətin stabillik və davamlı inkişafına kömək etməyə çalışırlar. Cəmiyyətimizin yaşadığı indiki keçid dövründə sosial struktur keyfiyyətcə yeni məzmun kəsb edir. Bu dövrdə ictimai həyatın bütün sfera və tərəflərində həyata keçirilməkdə olan əsaslı islahatlar sosial strukturda prinsipial dəyişiklikləri şərtləndirir. Öncə göstərilməlidir ki, ölkəmizdə kolxozların ləğvi nəticəsində kolxozçu kəndli sinfi sosial arenadan silinib getmişdir. Digər bir meyl - ənənəvi fəhlə sinfınin sayının azalması, onun (habelə digər sinif və qrupların) hesabına orta təbəqələrin sayının artmasıdır. Bazar iqtisadiyyatının formalaşması, siyasi və mənəvi həyatın demokratikləşməsi müasir cəmiyyətin sosial strukturunu daha rəngarəng və çoxçalarlı edir. Bir sözlə, totalitar rejimin qalıqlarının aradan qaldırılması və demokratik cəmiyyətin inkişafı prosesi sürətləndikcə sosial struktur daha çox açıq xarakter alır, sosial mobillik və mütəhərriklik güclənir. Bununla yanaşı qeyd edilməlidir ki, müasir şəraitdə Azərbaycan cəmiyyətinin sosial strukturu özünün qeyrisabitliyi və dinamizmi ilə səciyyələnir. Azərbaycanın indiki sosial strukturu üçün istehsalla birbaşa bağlı olmayan marginal təbəqələrin (işsizlər, qaçqınlar, dilənçilər) xüsusi çəkisinin xeyli dərəcədə yüksək olması səciyyəvidir
NƏTİCƏ
Beləliklə, sosial stratifıkasiya şaquli qaydada yerləşmiş sosial təbəqələrin məcmusudur.Burada sosial təbəqələr hakimiyyət, var-dövlət, təhsil və nüfuza sahib olmaq üçün sosial bərabərsizlik meyarı üzrə yerləşmişdir. Strat stratifıkasiyanın dörd şkalası üzrə oxşar göstəricilərə malik olan insanların sosial təbəqəsidir.Sosioloji ədəbiyyatda stratifikasiyanın müxtəlif meyarları əsaslandırılır.Alman sosioloqu R. Darendorf sosial stratifikasiya üçün başlıca meyar «nüfuz» anlayışını hesab edirdi. Amerika sosioloqu B.Barber cəmiyyətin stratifıkasiyasını gəlir, təhsil, dini, peşə, etnik mənsubiyyət və s.kimi meyarların əsas götürülməsini təklif etmişdir. 
ƏDƏBİYYAT SİYAHISI

  1. F. Q. Vahidov, T. B. Ağayev “Sosiologiya” Bakı 2008

  2. R. Əzimova “KEÇİD DÖVRÜ CƏMİYYƏTİNİN SOSİAL STRATİFİKASİYASINDA ORTA SİNİF”Bakı 2014

  3. Əfəndiyev M. , Şirinov A. “Sosiologiyanın nəzəri problemləri”. Bakı, 2001.

  4. H.Rəcəbli “Cımiyyətin sosial stratifikasiyası” Bakı,2005


Yüklə 63,62 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin