Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi 7435 – az



Yüklə 15,74 Kb.
tarix05.07.2018
ölçüsü15,74 Kb.
#55818

MARAQ İFADƏLƏRİNİN TƏQDİMATINA DƏVƏT

 

Azərbaycan Respublikası



Əmlak Məsələləri Dövlət Komitəsi

Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi 7435 – AZ

 

İCTİMAİ AGAHLIQ KAMPANİYASININ DAVAM ETDİRİLMƏSİ MƏQSƏDİLƏ



ŞİRKƏTİN SEÇİMİ ÜZRƏ MƏSLƏHƏTÇİ XİDMƏTLƏRİ

 

İstinad No.: RERP/PP#49a-A9/CS/PAC/FBS



 

Azərbaycan Hökuməti Dünya Bankından Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsinin maliyyələşdirilməsi məqsədilə kredit almışdır və onun müəyyən bir hissəsini məsləhətçi xidmətləri üçün istifadə etmək niyyətindədir. Layihənin məqsədi daşınmaz əmlak bazarlarını və dövlət əmlakının idarə edilməsi və istifadəsini dəstəkləyən daşınmaz əmlakın etibarlı, şəffaf və səmərəli qeydiyyatı sistemini təmin etməkdir. Layihə Azərbaycanda daşınmaz əmlakdan istifadə və daşınmaz əmlakdan ipoteka və girov məqsədləri üçün istifadə məsələlərini həll etməyə yardım edəcək, mülkiyyət hüquqlarının şəffaflığı və təhlükəsizliyini təkmilləşdirəcəkdir. Layihə daşınmaz əmlak bazarında olan əqdləri sürətləndirəcək və daşınmaz əmlakın kadastrı və qeydiyyatı ilə bağlı xərclərin azalmasını məqsəd götürəcəkdir. Layihənin diqqət mərkəzində olan əsas məsələlərindən biri ictimai agahlıq kampaniyasının həyata keçirilməsidir.


Bu layihə çərçivəsində müvafiq müqaviləyə uyğun olaraq ictimai agahlıq kampaniyası həyata keçirilmişdir. Layihə çərçivəsində ötən müddət ərzində bir sıra ictimai agahlıq, maarifləndirmə və məlumatlandırma tədbirləri həyata keçirilmişdir. Daşınmaz əmlakın qeydiyyatı sahəsində göstərilən elektron xidmətlərin izahı təcrübəsindən istifadə edilmişdir. Daşınmaz əmlakın qeydiyyatı və kadastrı ilə bağlı bir neçə ictimai təqdimat keçirilmişdir.
Bu maraq ifadələrinin təqdimatına dəvət ictimai agahlıq kampaniyasının davam etdirilməsi üçün məsləhətçi xidmətlərinin göstərilməsi məqsədilə yerli şirkətin seçimi üçündür. Seçilmiş şirkət ictimaiyyəti daşınmaz əmlak üzərində hüquqların qeydiyyatının vacibliyi və səmərəsi barədə məlumatlandırmalı; ictimaiyyəti ölkədə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahəsində aparılan islahatlar barədə maarifləndirməli; daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı hüquq və vəzifələrini ictimaiyyətə izah etməli və cavab almalı; daşınmaz əmlakın və kadastrın yeni texnologiyasının vacibliyi, səmərəsi barədə əsas maraqlı tərəfləri müəyyənləşdirməli və məlumatlandırmalı; ictimaiyyəti daşınmaz əmlakın rəqəmsal məlumat sisteminin iş prinsipləri ilə tanış etməli; daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, daşınmaz əmlakın kadastrı, inventarlaşdırılması, daşınmaz əmlakın inventar və real bazar dəyərinin müəyyən edilməsi üçün lazım olan prosedurlar haqqında əhaliyə geniş məlumat verməli; layihə ərazisində və mümkün olan dərəcədə layihənin xidmət göstərmədiyi ərazidə olan daşınmaz əmlak bazarının real və potensial iştirakçılarına elektron kadastr məlumat bazasının yaradılması, rəqəmsal kadastr xəritələrinin tərtibinin hüquqi və sosial aspektlərdən zəruriliyini çatdırmalı; elektron xəritələrin əmlakın qeydiyyatında yaradacağı sadələşmə və onun əmlak sahiblərinə gətirəcəyi digər sosial-iqtisadi faydaları izah etməli; yerli əhalini bu işlərin yerli kontekstə birbaşa və bilavasitə müsbət təsirlər edəcəyinə dair məlumatlandırmalı; layihənin icrası zamanı layihə əraziləri ictimaiyyətin və bazar iştirakçılarının yüksək dəstəyi və yardımına nail olmalıdır.

Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsinin Layihə İdarəetmə Qrupu xidmətlərin göstərilməsində öz marağını ifadə edən münasib yerli məsləhətçi şirkətləri (məsləhətçilər) dəvət edir. Maraqlanan məsləhətçi şirkətlər ictimaiyyətlə əlaqələr (PR) sahəsində ən azı 2 illik təcrübə; media kommunikasiyaları və əhalinin həssas və xidmətlərin təmin edilmədiyi qruplarının cəlb olunması sahəsində təcrübə; daşınmaz əmlakın yeni qeydiyyat sisteminə inteqrasiya olunmaq və layihə fəaliyyətlərinin təkmilləşdirilməsi məqsədilə ictimaiyyətlə əlaqələr kampaniyası müddətində benefisiarların şərhlərini konkret və praktik tövsiyələrə çevirmək sahəsində təcrübə; media resursları ilə qarşılıqlı əlaqələrin mövcudluğu; PR strategiya, media-plan, mətbuat relizlərinin hazırlanması sahəsində təcrübə; reklam sahəsində təcrübə; şirkət heyətinin kompyüter bilikləri və Azərbaycan və İngilis dilinə mükəmməl yiyələnməklə tələb olunan ixtisasa və müvafiq təcrübəyə malik olduqlarını nümayiş etdirən məlumat təqdim etməlidirlər.

Tapşırığın təklif olunan müddəti xidmətlərin başlanması tarixindən etibarən 7 aydır.
Maraqlanan məsləhətçilər may 2004-cü il tarixdə nəşr edilmiş, oktyabr 2006-cı il və may 2010-cu illərdə düzəlişlər edilmişDünya Bankının borcalanları tərəfindən məsləhətçilərin seçilməsi və işə cəlb olunması (BYİB-in krediti və BİA-nın krediti və qrantları çərçivəsində)” üzrə təlimatında (məsləhətçilərlə bağlı təlimat) Dünya Bankının maraqların ziddiyyəti ilə bağlı siyasətindən bəhs edən 1.9-cu paraqrafını nəzərə almalıdırlar.

 

Məsləhətçi, məsləhətçilər üzrə təlimatda müəyyən edilmiş məsləhətçilərin sabit büdcə əsasında seçiminə uyğun olaraq seçilməlidir.


Daha ətraflı məlumat üçün aşağıda göstərilən ünvana iş günü ərzində, saat 09-dan 17-dək müraciət etmək olar:
Maraq ifadələri 30 aprel 2014-cü il, saat 18:00-a kimi yazılı şəkildə aşağıdakı ünvana şəxsən, həmçinin elektron formada təqdim edilməlidir.

 

Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi



Layihə İdarəetmə Qrupu

Nigar Hüseynova, satınalmalar üzrə assistent

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin binası,

Hüseyn Cavid prospekti 31, 6-cı mərtəbə, otaq 612,

AZ1073, Bakı şəhəri, Azərbaycan.

Tel.: (+994 12) 510 91 45 (daxili. 7227)



Email:  nhuseynova@emdk.gov.az 

 gunelsafaraliyeva@gmail.com 
 
Yüklə 15,74 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin